Məhkəmə qərarları › İş №e-2(075)-490/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-490/2025

22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-490/2025 22.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi; İddia tələbinin dəlilləri; İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli BPM**********93 saylı tamkart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 53.95 (əlli üç manat doxsan beş qəpik) manat əsas borc və 0.02 (iki) qəpik faiz borcu olmaqla, cəmi 53.97 (əlli üç manat doxsan yeddi qəpik) manat və kart kredit limiti üzrə 741.93 (yeddi yüz qırx bir manat doxsan üç qəpik) manat əsas borc olmaqla cəmi 741.93 (yeddi yüz qırx bir manat doxsan üç qəpik) manat məbləğində kredit borcu, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Şəki filialı ilə İsmayılov Rafiq İsmayıl oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********93 saylı tamkart çərçivə müqaviləsinə əsasən 30 ay müddətinə 3040 manat məbləğində nağd kredit və 36 ay müddətinə 300 manat məbləğində kart kredit limiti verilmiş və daha sonra kredit limiti 800 manat məbləğinə artırılmışdır. X1 İsmayıl oğlu xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Şəki regional ASAN xidmət mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 2823 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum İsmayılov Rafiq İsmayıl oğlunun adına vərəsəlik işi qanun üzrə vərəsəsi olan Cavabdeh tərəfindən verilmiş mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair ərizəsi əsasında açılmışdır. Bankın “Şəki” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, İsmayılov Rafiq İsmayıl oğlunun xx.xx.2021-ci il tarixli BPM**********93 saylı tamkart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 53.95 manat əsas borc və 0.02 manat faiz borcu olmaqla, cəmi 53.97 manat və kart kredit limiti üzrə 741.93 manat əsas borc olmaqla cəmi 741.93 manat məbləğində borcu qalmışdır. Cavabdeh, mərhum İsmayılov Rafiq İsmayıl oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir.Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı "xxxx" ASC və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və cavabdeh gəlməmişdir. Lakin "xxxx" ASC-nin nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin və Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşin halları "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İsmayılov Rafiq İsmayıl oğlu arasında bağlanmış BPM**********93 nömrəli, xx.xx.2021-ci il tarixli tamkart çərçivə müqaviləsinə əsasən 30 ay müddətinə 3040 manat məbləğində nağd kredit və 36 ay müddətinə 300 manat məbləğində kart kredit limiti verilmiş və daha sonra kredit limiti 800 manat məbləğinə artırılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ödəniş cədvəlindən görünür ki, İsmayılov Rafiq İsmayıl oğlu götürdüyü 3040 (üç min qırx) manat məbləğində kredit borcunu ona hesablanmış faizləri ilə birlikdə 30 ay müddətinə qaytarmalı olmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin maliyyə arayışından görünür ki, İsmayılov Rafiq İsmayıl oğlunun xx.xx.2021-ci il tarixli, BPM**********93 №-li kredit müqaviləsi üzrə ödənilməmiş 53.95 (əlli üç manat doxsan beş qəpik) manat əsas borc və 0.02 (iki) qəpik faiz borcu olmaqla, cəmi 53.97 (əlli üç manat doxsan yeddi qəpik) manat və kart kredit limiti üzrə 741.93 (yeddi yüz qırx bir manat doxsan üç qəpik) manat əsas borc olmaqla cəmi 741.93 (yeddi yüz qırx bir manat doxsan üç qəpik) manat məbləğində kredit borcu olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X2 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-39/2-1060/2025 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.1993-cü il tarixdə İsmayılov Rafiq İsmayıl oğlunun adına qeydiyyata alınmışdır. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli, 2V-680 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.2024-cü il tarixdə vəfat etmiş İsmayılov Rafiq İsmayıl oğlunun vərəsəsi Cavabdeh təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikasının Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli 3-17-1/2- 61944/2025 nömrəli məktubdan görünür ki, mərhum İsmayılov Rafiq İsmayıl oğlunun vəfatı tarixinə əmək pensiyası üzrə alınmamış məbləğ aşkar edilməyib. Şəki Regional “ASAN Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İsmayılov Rafiq İsmayıl oğlu xx.xx.2024-cü il tarixdə ölmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən mərhum İsmayılov Rafiq İsmayıl oğlunun vərəsəsi Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, borcun ödənilməsi barədə iddiaçı tərəfindən onlara xəbərdarlıq edilmiş və əks təqdirdə bank borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin tərəfindən verilmiş 2823 nömrəli xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İsmayılov Rafiq İsmayıl oğlunun vərəsəsi Cavabdehdır Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə mərhum İsmayılov Rafiq İsmayıl oğlu arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, xx.xx.2021-ci il tarixli BPM**********93 saylı tamkart çərçivə müqaviləsinə əsasən 30 ay müddətinə 3040 manat məbləğində nağd kredit və 36 ay müddətinə 300 manat məbləğində kart kredit limiti verilmiş və daha sonra kredit limiti 800 manat məbləğinə artırılmışdır. Lakin, İsmayılov Rafiq İsmayıl oğlu müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. İsmayılov Rafiq İsmayıl oğlu xx.xx.2024-cü il tarixdə ölmüşdür. İsmayılov Rafiq İsmayıl oğlu öldükdən sonra onun vərəsəsi Cavabdeh miras qoyanın qanun üzrə vərəsəsi kimi ondan miras qalmış əmlakı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini vərəsəlik qaydasında rəsmi olaraq qəbul etmiş və bu barədə onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdeh mərhum İsmayılov Rafiq İsmayıl oğlunun ölümündən sonra ondan qalmış miras əmlakı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini miras qoyanın qanun üzrə vərəsə kimi qəbul etdiyindən, həmin əmlakın dəyərinin də hazırda iddiaçının tələb etdiyi məbləğdən yüksək olması mübahisə doğurmadığından, iddiaçı mərhum İsmayılov Rafiq İsmayıl oğlunun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi Cavabdeh tələb etməkdə haqlıdır. Odur ki, ümumilikdə xx.xx.2021-ci il tarixli BPM**********93 saylı tamkart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 53.95 (əlli üç manat doxsan beş qəpik) manat əsas borc və 0.02 (iki) qəpik faiz borcu olmaqla, cəmi 53.97 (əlli üç manat doxsan yeddi qəpik) manat və kart kredit limiti üzrə 741.93 (yeddi yüz qırx bir manat doxsan üç qəpik) manat əsas borc olmaqla cəmi 741.93 (yeddi yüz qırx bir manat doxsan üç qəpik) manat məbləğində kredit borcu, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli BPM**********93 saylı tamkart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 53.95 (əlli üç manat doxsan beş qəpik) manat əsas borc və 0.02 (iki) qəpik faiz borcu olmaqla, cəmi 53.97 (əlli üç manat doxsan yeddi qəpik) manat və kart kredit limiti üzrə 741.93 (yeddi yüz qırx bir manat doxsan üç qəpik) manat əsas borc olmaqla cəmi 741.93 (yeddi yüz qırx bir manat doxsan üç qəpik) manat məbləğində kredit borcu, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar