Məhkəmə qərarları › İş №e-2(075)-515/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-515/2023

29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-515/2023 29.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc 4189,11 manat, faiz borcu 29,79 manat olmaqla, cəmi 4218,90 ( dörd min iki yüz on səkkiz manat doxsan qəpik) manat borcun və ödənilmiş 62,18 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı sonradan məhkəməyə iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4189,11 manat əsas borc, 42.36 manat faiz borcu olmaqla, cəmi 4231.47 manat borcun və ödənilmiş 62,18 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-ə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin həcminin artırılması barədə ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icratına qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X4 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi barədə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının İdarə Heyətinin 06 avqust 2020-ci il tarixli, 86 saylı Qərarının icrası ilə əlaqədar İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının ( İddiaçı QSC) Səki filialı ilə Cavabdeh1 arasında 16 noyabr 2020-ci il tarixli RDB-051 saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsi” (Restrukturizasiya müqaviləsi) bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 4538,08 manat vaxtı keçmiş borcunu müqavilə imzalandığı tarixdən illik 1 faiz hesablanmaqla ödəniş qrafiki əsasında 60 ay müddətində İddiaçı QSC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. Cavabdeh1 ilə bağlanmış 16 noyabr 2020-ci il tarixli RDB-051 saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsi”nin təminatı kimi İddiaçı QSC-nin Şəki filialı ilə Cavabdeh2 arasında 16 noyabr 2020-ci il tarixli Z-1(RDB-051) saylı və Cavabdeh3 arasında 16 noyabr 2020-ci il tarixli Z-2(RDB-051) saylı zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Bununla da Cavabdeh1Restrukturizasiya müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqıçatanlardan məhrum etmişdir. Cavabdeh1 İddiaçı QSC-yə olan əsas borcu 4189,11 manat, faiz borcu 29,79 manat, cəmi borcu 4218,90 ( dörd min iki yüz on səkkiz manat doxsan qəpik) manat təşkiledir. Borcun ödənilməsi tələbi ilə Cavabdeh1 və onun zaminlərinə dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılması nəhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə onun arasında bağlanmış 16 noyabr 2020-ci il tarixli RDB-051 saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsi”-nə əsasən o, 4538,08 manat borcu müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. İddianı qəbul edir. Lakin borc məbləğini birdəfəyə ödəməyə imkanı yoxdur. Borcunu hər ay 40-50 manat olmaqla hissə-hissə ödəyəcəyini öhdəsinə götürür. Cavabdeh3 məhkəmə iclasında izahat verərək göstərdi ki, xəstədir və zaminlik müqaviləsinə anlaqsız vəziyyətdə imza atmışdır. Himayəsində xəstə övladı var. Borc məbləğini ödəməyə imkanı yoxdur. Borcu ödəmək fikri yoxdur. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 16 noyabr 2020-ci il tarixli RDB-051 saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsi”-dən görünür ki, Cavabdeh1 4538,08 (dörd min beş yüz otuz səkkiz manat səkkiz üç qəpik) manat borcu müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 16 noyabr 2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 Cavabdeh1 İddiaçı QSC BOKT qarşısındakı 16 noyabr 2020-ci il tarixli “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsi” üzrə öhdəliklərin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 16 noyabr 2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 Cavabdeh1 İddiaçı QSC BOKT qarşısındakı 16 noyabr 2020-ci il tarixli “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsi” üzrə öhdəliklərin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 götürdüyü 4538.08 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 60 ay müddətinə qaytarmalı olmuşdur. İş materiallarında olan Şəki rayonu, Qoxmuq kəndində yaşayan Cavabdeh1 restrukturizasiya olunmuş kredit borcunun xx.xx.2021-ci il tarixə olan vəziyyəti barədə məlumatdan görünür ki, Cavabdeh1 889.56 manat əsas, 2.25 manat faiz borcu olmaqla, cəmi 4250.67 manat borcu vardır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən Cavabdeh1 kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh1 kredit müqaviləsi üzrə, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 isə zaminlik müqavilələri üzrə üzərinə götürdükləri öhdəliklərini tam şəkildə icrasını təmin etməmişlər. Bu səbəbdən də İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək, 4189,11 (dörd min bir yüz səksən doqquz manat on bir qəpik) manat əsas borc, 42,36 (qırx iki manat otuz altı qəpik) manat faiz borcu olmaqla, cəmi 4231,47 (dörd min iki yüz otuz bir manat qırx yeddi qəpik) manat borc və 62,18 (altmış iki manat on səkkiz qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4189,11 (dörd min bir yüz səksən doqquz manat on bir qəpik) manat əsas borc, 42,36 (qırx iki manat otuz altı qəpik) manat faiz borcu olmaqla, cəmi 4231,47 (dörd min iki yüz otuz bir manat qırx yeddi qəpik) manat borc və 62,18 (altmış iki manat on səkkiz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar