Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-535/2024 27.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borc müqaviləsi əsasında 2475 (iki min dörd yüz yetmiş beş) manatın və ödənilmiş 45 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı Şəki rayonunun Turan qəsəbəsində yaşayır. Bir neçə il əvvələ kimi o, Şəki rayonu Sarıca kəndində yaşamaqla orada fərdi təsərrüfatla (əkin-biçin işləri) məşğul olmuşdur. Hazırkı iş üzrə cavabdeh olan Cavabdeh özü Şəki rayonunun Çayqaraqoyunlu kəndində yaşasa da, Şəki rayonunun Sarıca kəndində icra nümayəndəliyində işləyir. Bu vasitə ilə onlar bir-birilərini tanımış və münasibətləri yaranmışdır. 2023-cü ilin may ayında Cavabdeh ona yaxınlaşaraq şəxsi işləri ilə bağlı pul lazım olduğunu, ona borc pul verməyini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, ona olan borcunu qısa müddət ərzində qaytaracaqdır. Eyni kənddə işlədikləri, həmçinin bir-birilərini tanıdıqları üçün ona borc pul verməyə razılaşmışdır. Ancaq o, sonuncuya borcu rəsmi qaydada (notarial qaydada) verəcəyini bildirdikdə o, notariusa getməyə ehtiyac olmadığını, dilindən iltizam yazacağını və həmin iltizamı kənd icra nümayəndəliyində təsdiqlədəcəyini bildirdi. O da Cavabdeh ilə razılaşmışdır. 24 may 2023-cü ildə Cavabdeh 2475 (iki min dörd yüz yetmiş beş) manat pul verildi. Cavabdeh 24 may 2023-cü ildə Şəki rayonunun Turan qəsəbəsində iltizam yazdı. Həmin iltizam Şəki şəhər İHB-nın Turan qəsəbə İƏD-si üzrə nümayəndəsi X1 tərəfindən təsdiq edilmişdir. Göstərilən müddət bitdikdən sonra Cavabdeh aldığı borc pulu geri qaytarmamışdır. Dəfələrlə ondan həmin pulu geri qaytarmasını tələb etsə də müxtəlif bəhanələrlə pulu geri qaytarmaqdan yayınmışdır. Dəfələrlə müxtəlif orqanlara şikayət etsə də, şikayətləri cavabsız qalmışdır. Ona görə də o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - 24 may 2023-cü il tarixli iltizamda qeyd edilmişdir ki, Şəki rayonu Çayqaraqoyunlu kənd sakini Cavabdeh həmin iltizamı yazaraq bildirir ki, o, Şəki rayonu Qaratorpaq kənd sakini İddiaçı 2475 (iki min dörd yüz yetmiş beş) manat pulu aldı. xx.xx.2023-cü il tarixdə həmin miqdarda pulu ödəməyi öz öhdəsinə götürür. Söz verdiyi vaxtda həmin məbləği qaytarmasa məsuliyyəti özü daşıyır. - xx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 45 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Hazırkı işdə Mülki Məcəllənin 739.1-ci maddəsinin dispozitiv şərtləri mövcuddur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə qaytarmaq şərtilə 2475 manat məbləğində borc verilmişdir. Borc yazılı şəkildə cavabdeh tərəfindən iltizama imza olunmaqla təsdiq edilmiş və iltizam Şəki şəhər İcra Hakimiyyəti Başçısının Turan qəsəbə İƏD-si nümayəndəsi X1 tərəfindən təsdiq edilmişdir. Beləliklə, işin hallarını və qanunvericiliyin qeyd edilən normalarını əsas tutaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən 45 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Borc müqaviləsi əsasında Cavabdeh 2475 (iki min dörd yüz yetmiş beş) manat və 45 (qırx beş) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-535/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-535/2024
27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver