Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-539/2023 16.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-cı il tarixli kredit müqaviləsinə əsasən 5007,04 AZN əsas, 995,22 AZN faiz, xx.xx.2022-cı il tarixli Birkart Umico Kredit müqaviləsinə əsasən isə 2257,40 AZN əsas, 535,97 AZN faiz borcunun və 107,96 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə 24 yanvar 2023-cü il tarixdə elektron ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-cı il tarixli Kredit müqaviləsinə əsasən ona illik 27 faiz dərəcəsi ilə 5310 AZN kredit verilmişdir. Tərəflər arasında elektron qaydada bağlanmış xx.xx.2022-cı il tarixli Birkart Umico Kredit müqaviləsinə əsasən isə onun kartına illik faiz dərəcəsi 25, məbləği 2300 AZN olan kredit vəsaiti mədaxil edilmişdir. Daha dəqiq desək kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2022-cı il tarixli Kredit müqaviləsinə əsasən 5007,04 AZN əsas; Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: 995,22 AZN faiz; xx.xx.2022-cı il tarixli Birkart Umico Kredit müqaviləsinə əsasən isə 2257,40 AZN əsas; 535,97 AZN faiz; borc yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02 fevral 2022-ci il tarixli, GTKR4752448A170 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 35 ay müddətinə illik faiz dərəcəsi 25 faiz olmaqla 5310 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında elektron qaydada bağlanmış 11 may 2022-ci il tarixli, BBUM5291938A299 saylı kredit müqaviləsinə əsasən Cavabdeh kartına illik faiz dərəcəsi 25 faiz olmaqla 2300 manat məbləğində mədaxil edilmişdir. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 02 fevral 2022-ci il tarixli, GTKR4752448A170 saylı kredit müqaviləsinə əsasən götürdüyü 5310 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 36 ay müddətinə qaytarmalı olmuşdur. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 09 yanvar 2023-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 5007.04 manat əsas, 995.22 manat faiz, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 2257.40 manat əsas, 535.97 manat faiz borcu vardır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02 fevral 2022-ci il tarixli, GTKR4752448A170 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 5310 manat məbləğində kredit verilmiş və elektron qaydada bağlanmış 11 may 2022-ci il tarixli, BBUM5291938A299 saylı kredit müqaviləsinə əsasən Cavabdeh kartına 2300 manat məbləğində mədaxil edilmişdir. Kredit müqavilələri əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən cavabdehə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 02 fevral 2022-ci il tarixli, GTKR4752448A170 saylı kredit müqaviləsi üzrə 5007,04 AZN əsas, 995,22 AZN faiz borcu və xx.xx.2022-cı il tarixli Birkart Umico Kredit müqaviləsinə əsasən 2257,40 AZN əsas, 535,97 AZN faiz borcu və 107.96 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 02 fevral 2022-ci il tarixli, GTKR4752448A170 saylı kredit müqaviləsi üzrə 5007,04 AZN əsas, 995,22 AZN faiz borcu və xx.xx.2022-ci il tarixli Birkart Umico Kredit müqaviləsinə əsasən 2257,40 AZN əsas, 535,97 AZN faiz borcu və 107.96 manat dövlət rüsumu tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-539/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-539/2023
16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver