Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-551/2023 16.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi ilə, İddiaçı BOKT "xxxx" QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3907.94 AZN (üç min doqquz yüz yeddi manat 94 qəpik) əsas borc, 586.19 AZN (beş yüz səksən altı manat 19 qəpik) cərimə borcu, ödənilmiş 65.34 (altmış beş manat, 34 qəpik) dövlət rüsumu olmaqla, ümumilikdə 4559,47 AZN (dörd min beş yüz əlli doqquz manat, 47 qəpik) pul vəsaitinin iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh X1 qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdehlər tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh2 18 ay müddətinə qaytarılmaq şərti ilə 4930 (dörd min doqquz yüz otuz manat) manat məbləğində krеdit vеrilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli 494-EMB-0062- 22 saylı Krеdit Müqaviləsi bağlanmışdır. Krеdit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin еtmək məqsədilə xx.xx.2022-ci il tarixli 494-EMB-0062-22/A saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC qarşısında öhdəlikləri tam yеrinə yеtirilənədək Cavabdeh1 zamin durmuşdur. Zaminlik Müqaviləsinin 5.1-ci bəndinə görə Borcalan kredit müqaviləsi üzrə öhdəlikərini icra etmədikdə və ya lazımı qaydada icra etmədikdə, X2rşısında götürdüyü bütün öhdəlikləri Borcverənin ilk tələbi ilə heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür. Krеdit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh2 xx.xx.2023-cü il tarixə əsas borcu 3907.94 AZN (üç min doqquz yüz yeddi manat 94 qəpik), cərimə borcu 586.19 AZN (beş yüz səksən altı manat 19 qəpik) olmaqla ümumi borcu 4494.13 AZN (dörd min dörd yüz doxsan dörd manat 13 qəpik) təşkil edir ki, bu borcun da cavabdehlər tərəfindən ödənilməsi təmin edilməlidir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət оlunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, götürülən bоrcun qaytarılması ilə bağlı cavabdehlər tərəfindən hеç bir təşəbbüs göstərilməmişdir. X4 göndərilmiş xx.xx.2022-ci il tarixli, 3681/22 saylı pretenziya (хəbərdarlıq) məktubu da cavabsız qalmışdır. Göründüyü kimi cavadehlər müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətini müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Krеdit Müqaviləsinin 3.1-ci bəndinə əsаsən, “Borcalan” Müqaviləyə və onun əlavə(lər)sinə müvafiq olaraq vaxtlı-vaxtında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi təqdirdə əsas və faiz borcundan əlavə “Borcverən”ə ödənilməmiş məbləğin hər günü üçün 1% məbləğində cərimə ödəyir. Zaminlik Müqaviləsinin 3.1-ci bəndinə əsasən zamin Borcverən qarşısında müqavilə üzrə öhdəliklərin tam icrasına, həmçinin kreditlə əlaqədar yarana biləcək hər cür zərər, komissiya haqqı, cərimə, məhkəmə xərcləri və.s xərclərin ödənilməsi üçün Borcalan ilə eyni həcmdə, birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı BOKT "xxxx" QSC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 586.19 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 3907.94 AZN (üç min doqquz yüz yeddi manat 94 qəpik) əsas borc, 20 AZN (iyirmi manat) cərimə borcu, ödənilmiş 65.34 (altmış beş manat, 34 qəpik) dövlət rüsumu olmaqla, ümumilikdə 3993,28 AZN pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq BOKT "xxxx" QSC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 3907.94 AZN (üç min doqquz yüz yeddi manat 94 qəpik) əsas borc, 20 AZN (iyirmi manat) cərimə borcu, ödənilmiş 65.34 (altmış beş manat, 34 qəpik) dövlət rüsumu olmaqla, ümumilikdə 3993,28 AZN pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq BOKT "xxxx" QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-551/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-551/2023
16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver