Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-554/2024 05.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı "xxxx" X4 Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" X4 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, ona hesablanamış faiz borcunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi İddia tələbinin dəlilləri; İddiaçı "xxxx" X4 Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli DKM/019N05A00875622 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ASC "xxxx" Bankı qarşısında 4411,66 (dörd min dörd yüz on bir manat altmış qəpik) manat məbləğində əsas borc, 545,72 (beş yüz qırx beş manat yetmiş iki qəpik) manat məbləğində kreditdən istifadəyə görə ilik 13% dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə ilik 15% dərəcəsi ilə hesablanmış 85,04 (səksən beş manat dörd qəpik) manat məbləğində penya, cəmi 5042,42 (beş min qırx iki manat qırx iki qəpik) manat məbləğində pul vəsaiti və xx.xx.2023-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə ilik 13% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, ilik 15% dərəcəsi ilə hesablanan penya və iddia ərizəsinin verilməsinə görə 71 (yetmiş bir) manat məbləğində dövlət rüsumu birgə qaydada cavabdehlər Cavabdeh1 və X1 ASC "xxxx" Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM/019N05A00875622 nömrəli kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən borc alana 48 (qırx səkkiz) ay müddətinə, illik 13 % (on üç faiz) ödənilməsi şərtilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin lazımı qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə İddiaçı ilə digər Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli DKM/019N05A00875622/ZM nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin borc alanın kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyi götürmüşdür. Kredit müqaviləsinin 2.4-cü bəndinə və onun 1 nömrəli Əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən Borc alan Cavabdeh1 hər ay müəyyənləşdirilmiş məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh1 bu öhdəliklərini kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixinə borc alan Cavabdeh1 Kreditor qarşısında gecikdirilmiş borcu 4957,38 (dörd min doqquz yüz əlli yeddi manat 38 qəpik) manat təşkil edir ki, bunun da 4411,66 (dörd min dörd yüz on bir manat 66 qəpik) manatı əsas borcdan, 545,72 (beş yüz qırx beş manat 72 qəpik) manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə Borc alan kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə penya ödəməlidir ki, xx.xx.2023-cü il tarixinə bu məbləğ 85,04 (səksən beş manat 04 qəpik) manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh1 tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq İddiaçının Kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Beləliklə, Bankın vaxtından əvvəl geri qaytarılmasını tələb etdiyi əsas borcun məbləği 4411,66 (dörd min dörd yüz on bir manat 66 qəpik) manat, yuxarıda göstərilən adi faizlər üzrə Borc alanın borclarını nəzərə alaraq Bankın xx.xx.2023-cü il tarixinə tələblərinin ümumi məbləği isə 4957,38 (dörd min doqquz yüz əlli yeddi manat 38 qəpik) manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh1 (Borc alan) tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq sonuncu ilə, eyni zamanda digər Cavabdeh2 (Zamin) ilə bir neçə dəfə əlaqə saxlanılmasına və onlara borcun ödənilməsinin tələb edilməsinə dair xx.xx.2023-ci il tarixli 01 nömrəli xəbərdarlıq məktubunun və xx.xx.2023-cü il tarixli 01 nömrəli öhdəliklərin yerinə yetirilməsi haqqında tələbin göndərilməsinə baxmayaraq, həmin şəxslər tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdı. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək göstərmişdir ki, o, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə arasında bağlanmış 04 fevral 2022-ci il tarixli, DKM/019N05A00875622 saylı kredit müqaviləsinə əsasən ona 5000 manat məbləğində kredit verilmişdir. O, banka olan borcunu qəbul edir. Hal-hazırda işsiz olduğu üçün borcunu tam olaraq ödəyə bilməmişdir. Məhkəmə qətnaməsi çıxarıldıqdan sonra borcunu hissəhissə ödəyəcəkdir. Məhkəmədən borcun hissə-hissə ödənilməsinə köməklik edilməsini və faiz borcunun silinməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları İş materiallarına əlavə edilməklə məhkəmə baxışında tədqiq edilmiş; 04 fevral 2022-ci il tarixli, DKM/019N05A00875622 saylı kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsi əsasında "xxxx" Bank ASC tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 13 % olmaqla 48 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. iddiaçı "xxxx" Bank ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, DKM/019N05A400875622/ZM saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 Cavabdeh1 bank qarşısında 04 fevral 2022-ci il tarixli, 019N05A00875622 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. 04 fevral 2022-ci il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh1 götürdüyü 5000 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 48 ay müddətinə qaytarmalı olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 465.2-ci maddəsinə əsasən görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyəti nəzərdə tutulmayıbsa zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, ASC "xxxx" Bankı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM/019N05A00875622 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən borcalana 48 (qırx səkkiz) ay müddətinə, kreditdən istifadəyə görəillik 13 % (on üç faiz) ödənilməsi şərtilə, 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Bununla da bank kredit müqavilələri üzrə üzərinə düşən öhdəliyi icra etmişdir. Cavabdeh1 bank qarşısındakı kredit öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2 ilə kredit kredit müqaviləsinin zaminliyə dair hissəsini imzalamış, zamin Cavabdeh2 Cavabdeh1 bank qarşısındakı kredit öhdəliklərinin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kredit sazişinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit sazişi üzrə kredit məbləğini tərəflər arasında imzalanmış kredit sazişinə əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki əsasında hər ay hissə-hissə ödəməli olmuşdur. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozaraq kredit borcunu bankın hesabına ödəməmişlər. Qanunvericiliyin tələbi baxımından öhdəliyin yaranması üçün tərəflər arasında müqavilə olamalıdır. Hazırki tələb üzrə tərəflər arasında belə bir müqavilə bağlanmışdır. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, ASC "xxxx" Bankı tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilərək Cavabdeh1 kredit məbləği verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit sazişi üzrə kredit borcunun tam şəkildə iddiaçının hesabına ödənilməsini təmin etməmişlər. Bu səbəbdən də ASC "xxxx" Bankı ödənilməmiş kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddia tələbinin xx.xx.2023-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə ilik 13% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% dərəcəsi ilə hesablanan penya hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının tələbi həmin hissədə əsassızdır. Belə ki, iddia tələbi bu hissədə qeyri-müəyyən olduğundan, əsasladırılmadığından, həmçinin iddiaçı konkret olmayan və qeyri-müəyyən tələblə çıxış etdiyindən həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarında qeyd edilir ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni, kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmçinin, qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. MM-in 445.7-ci maddəsi borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. MM-nin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Beləliklə, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli DKM/019N05A00875622 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ASC "xxxx" Bankı qarşısında 4411,66 (dörd min dörd yüz on bir manat altmış qəpik) manat məbləğində əsas borc, 545,72 (beş yüz qırx beş manat yetmiş iki qəpik) manat məbləğində kreditdən istifadəyə görə ilik 13% dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə ilik 15% dərəcəsi ilə hesablanmış 85,04 (səksən beş manat dörd qəpik) manat məbləğində penya, cəmi 5042,42 (beş min qırx iki manat qırx iki qəpik) manat məbləğində pul vəsaiti və 71 (yetmiş bir) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nə verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli DKM/019N05A00875622 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ASC "xxxx" Bankı qarşısında 4411,66 (dörd min dörd yüz on bir manat altmış qəpik) manat məbləğində əsas borc, 545,72 (beş yüz qırx beş manat yetmiş iki qəpik) manat məbləğində kreditdən istifadəyə görə ilik 13% dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə ilik 15% dərəcəsi ilə hesablanmış 85,04 (səksən beş manat dörd qəpik) manat məbləğində penya, cəmi 5042,42 (beş min qırx iki manat qırx iki qəpik) manat məbləğində pul vəsaiti və 71 (yetmiş bir) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-554/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-554/2024
05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver