Məhkəmə qərarları › İş №e-2(075)-557/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-557/2023

05.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-557/2023 05.04.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulmasına dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 4728.70 manat əsas borc, 742.08 manat faiz borcu olmaqla, cəmi 5470.78 (beş min dörd yüz yetmiş manat 78 qəpik) manat məbləğində kredit borcunun, və ödənilmiş 74.71 (yetmiş dörd manat 71 qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini belə əsaslandırmışdır ki, "xxxx" ASCnin “Tərtər” filialı ilə Cavabdeh arasında elektron sənəd mübadiləsi yolu ilə rəsmiləşdirilərək bağlanmış CL-EE000042222 nömrəli xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 17,9 faiz olmaqla 4900 manat məbləğində kredit verilmişdir. CL-EE000042222 nömrəli xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinin 10.1-ci bəndinə əsasən Borc alana kredit onun tərəfindən normativ xarakterli aktlarda və ABB-nin daxili qaydalarında nəzərdə tutulmuş sənədlərin ABB-yə təqdim edilməsindən 10 (on) iş günü ərzində Borc alanın ABB-də açılmış müvafiq cari hesaba köçürülməklə verilir. Həmin Müqavilənin 10.2-ci bəndinə əsasən Borc alan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, həmin öhdəliyin bu Müqavilə ilə müəyyənləşdirilmiş icra müddətindən sonrakı otuzuncu təqvim günündən başlayaraq ABB tərəfindən Borc alana gecikdirmənin hər günü üçün (maksimum 120 gün müddətində) gecikdirilmiş əsas borc məbləğinin 1 (bir) faizi həcmində penya hesablana bilər. Cavabdeh xx.xx.2022-ci il tarixli EE000042222 nömrəli Balansdan kənar Məxaric orderini imzalamaqla 4900 manat məbləğində krediti ödəniş kartı vasitəsilə xx.xx.2022-ci il tarixdə məxaric etmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, cavabdeh bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməli olmasına baxmayaraq öhdəliklərini yerinə yetirməmişdir. Bununla əlaqədar Bank tərəfindən cavabdehə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən onun üzərinə düşən öhdəliklər bu günədək yerinə yetirilməmişdir. Yuxarıda adı çəkilən Kredit müqaviləsinə əsasən cavabdehin xx.xx.2022-ci il tarixinə 4728.70 manat əsas, 742.08 manat faiz borcu olmaqla, cəmi 5470.78 (beş min dörd yetmiş manat 78 qəpik) manat məbləğində kredit borcu mövcuddur. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 04 aprel 2023-cü il tarixdə məhkəməyə göndərdiyi elektron ərizəsində məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh iddianı qəbul edərək izahatında göstərmişdir ki, onunla "xxxx" ASC arasında bağlanmış CL-EE000042222 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən o, 24 ay müddətinə illik 17,9 faiz olmaqla 4900 manat məbləğində kredit götürmüşdür. O, həmin kredit müqaviləsinə əsasən krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin maddi imkanı yaxşı olmadığından borcunu tam şəkildə ödəyə bilməmişdir. Ailəlidir, himayəsində dörd azyaşlı övladı vardır. Ödəniş şərtləri yüngülləşsə, aylıq ödəniş məbləği aşağı salınsa, borcunu hissə-hissə ödəyəcəkdir. Banka olan borcunu qəbul edir. Özü usta işləyir. Məhkəmə qətnaməsi çıxarıldıqdan sonra borcunu hissə-hissə ödəyəcəkdir. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli CL-EE000042222 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh 24 ay müddətinə illik 17,9% ödəmək şərti ilə 4900 manat məbləğində kredit verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli CL-EE000042222 nömrəli kredit müqaviləsi üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 06 yanvar 2023-cü il tarixinə 4728,7 manat əsas, 742,08 manat faiz olmaqla, cəmi 5470,78 manat borcu vardır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş xx.xx.2022ci il tarixli CL-EE000042222 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh götürdüyü 4900 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissəhissə ödəməklə 24 ay müddətinə qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 11 oktyabr 2022-ci il tarixli bildirişdən görünür ki, bildiriş əsasında Cavabdeh xx.xx.2022-ci il tarixinə hesablanmış 4728,7 manat əsas borc, 544,56 manat faiz borcunun ödənilməsi tələb edilmişdir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli CL-EE000042222 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə illik 17,9% ödəmək şərti ilə 4900 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də "xxxx" ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək Cavabdeh "xxxx" ASC-nin xeyrinə 4728.70 manat əsas borc, 742.08 manat faiz borcu olmaqla, cəmi 5470.78 manat məbləğində kredit borcu, ödənilmiş 74.71 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə 4728.70 manat əsas borc, 742.08 manat faiz borcu olmaqla, cəmi 5470.78 manat məbləğində kredit borcu, ödənilmiş 74.71 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar