Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-565/2022 21.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.08.2020-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 17.12.2021-ci il tarixinə yaranmış borcu 1712 manat əsas, 256,8 manat cərimə, cəmi 1968,8 manat, 02.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 472 manat əsas, 70,8 manat cərimə, cəmi 542,8 manat, 05.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 2002 manat əsas, 300,3 manat cərimə, cəmi 2302,3 manat, 26.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 2413 manat əsas, 361,9 manat cərimə, cəmi 2774,9 manat, 22.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 346,6 manat əsas, 51,9 manat cərimə, cəmi 398,5 manat, ümumilikdə 8471,9 manat borcun və 104,72 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə 04 aprel 2022-ci il tarixdə məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsində göstərmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “İphone 11Pro” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 192 manat olmaqla cəmi 3440 manat, 02.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı 02 (iki) ədəd “Samsung A125” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 60 manat olmaqla cəmi 712 manat, 05.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Samsung G996” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 210 manat olmaqla cəmi 2519 manat, 26.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “HP” markalı komputerə görə 12 ay ödəniş cədvəli üzrə hər ay 242 manat olmaqla cəmi 2897 manat, 22.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Samsung A025” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 29 manat olmaqla cəmi 346,6 manat, ümumilikdə beş müqavilə üzrə 99146 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, 29.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 05.06.2021-ci il tarixində 192 manat, 02.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 27.05.2021-ci il tarixində 60 manat, 05.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 10.06.2021-ci il tarixdə 97 manat, 26.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 27.05.2021-ci il tarixində 242 manat və 22.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə isə heç bir ödəniş etməmiş və beş müqavilə üzrə cəmi qalıq qalmış 6945,6 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylıəlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Bildirmişdir ki, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu hər dörd müqavilə üzrə 15263 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər beş müqavilə üzrə 15263 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfilərindən güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 1526,3 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh 17.12.2021-ci il tarixədək "xxxx" MMC-nə olan borcu 29.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 1712 manat əsas, 256,8 manat cərimə, cəmi 1968,8 manat, 02.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 472 manat əsas, 70,8 manat cərimə, cəmi 542,8 manat, 05.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 2002 manat əsas, 300,3 manat cərimə, cəmi 2302,3 manat, 26.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 2413 manat əsas, 361,9 manat cərimə, cəmi 2774,9 manat, 22.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 346,6 manat əsas, 51,9 manat cərimə, cəmi 398,5 manat, beş müqavilə üzrə 6945,6 manat əsas, 1526,3 mana tcərimə, cəmi 8471,9 manat təşkil etmişdir. Ona görə də, hər beş müqavilə üzrə 8471,9 manat məbləğində borc Cavabdeh tutularaq "xxxx" MMC-nə ödənilməlidir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29.08.2020-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, həmin müqavilə əsasında Cavabdeh aldığı “İphone 11 PRO 64gb Space Gray” markalı mobil telefona 18 ay ödəniş cədvəli üzrə 192 manat olmaqla cəmi 3440 manat ödəməyi öhdəsinə götürmüşdür. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 29 avqust 2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 3440 manat pul məbləğini 192 manat olmaqla 18 ay müddətində qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 17.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 29.08.2020-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC-nə 1712 manat əsas, 2568 manat cərimə borcu olmaqla, cəmi 4280 manat borcu vardır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 02.02.2021-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, həmin müqavilə əsasında Cavabdeh aldığı 2 (iki) ədəd “Samsung A125 Blue 32gb” markalı mobil telefona 12 ay ödəniş cədvəli üzrə 60 manat olmaqla cəmi 712 manat ödəməyi öhdəsinə götürmüşdür. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 02 fevral 2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 712 manat pul məbləğini 60 manat olmaqla 12 ay müddətində qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 17.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 02.02.2021-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC-nə 472 manat əsas, 708 manat cərimə borcu olmaqla, cəmi 1180 manat borcu vardır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05.03.2021-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, həmin müqavilə əsasında Cavabdeh aldığı “Samsung G996 BLACK” markalı mobil telefona 12 ay ödəniş cədvəli üzrə 210 manat olmaqla cəmi 2519 manat ödəməyi öhdəsinə götürmüşdür. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 05 mart 2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 2519 manat pul məbləğini 210 manat olmaqla 12 ay müddətində qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 17.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 05.03.2021-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC-nə 2002 manat əsas, 3003 manat cərimə borcu olmaqla, cəmi 5005 manat borcu vardır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26.03.2021-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, həmin müqavilə əsasında Cavabdeh aldığı “Noutbuk HP Pavilion Gaming-dk1027ur” komputerə 12 ay ödəniş cədvəli üzrə 242 manat olmaqla cəmi 2897 manat ödəməyi öhdəsinə götürmüşdür. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 26 mart 2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 2897 manat pul məbləğini 242 manat olmaqla 12 ay müddətində qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 17.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 26.03.2021-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC-nə 2413 manat əsas, 3619 manat cərimə borcu olmaqla, cəmi 6032 manat borcu vardır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22.05.2021-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, həmin müqavilə əsasında Cavabdeh aldığı “Samsung A025 BLACK” mobil telefona 12 ay ödəniş cədvəli üzrə 29 manat olmaqla cəmi 346,6 manat ödəməyi öhdəsinə götürmüşdür. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 22 may 2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 346,6 manat pul məbləğini 29 manat olmaqla 12 ay müddətində qaytarmalı olmuşdur. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, aldığı “İphone 11Pro” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 192 manat olmaqla cəmi 3440 manat, 02.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı 02 (iki) ədəd “Samsung A125” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 60 manat olmaqla cəmi 712 manat, 05.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Samsung G996” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 210 manat olmaqla cəmi 2519 manat, 26.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “HP” markalı komputerə görə 12 ay ödəniş cədvəli üzrə hər ay 242 manat olmaqla cəmi 2897 manat, 22.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Samsung A025” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 29 manat olmaqla cəmi 346,6 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə müqavilə əsasında satılmış malların verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı MMC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 29.08.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 256,8 manat məbləğində cərimənin, 02.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 70,8 manat cərimənin, 05.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən 300,3 manat cərimənin, 26.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 361,9 cərimənin, 22.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 51,9 manat cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı MMC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı MMC qalıq qalmış borcun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh İddiaçı MMCnin xeyrinə 29.08.2020-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə yaranmış borcu 1712 manat əsas, 30 manat cərimə, 02.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 472 manat əsas, 10 manat cərimə 05.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 2002 manat əsas, 50 manat cərimə, 26.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, 2413 manat əsas, 40 manat cərimə, 22.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 346,6 manat əsas, 10 manat cərimə borcu və 104,72 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 29.08.2020-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə yaranmış borcu 1712 manat əsas, 30 manat cərimə, 02.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 472 manat əsas, 10 manat cərimə 05.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, 2002 manat əsas, 50 manat cərimə, 26.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 2413 manat əsas, 40 manat cərimə, 22.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 346,6 manat əsas, 10 manat cərimə borcu və 104,72 manat dövlət rüsumu tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-565/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-565/2022
21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver