Məhkəmə qərarları › İş №e-2(075)-569/2025

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-569/2025

15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-569/2025 15.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi iştirakı ilə, İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3hməd oğluna qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 BOKT"xxxx" MMC-nin xeyrinə 178.87 manat əsas, 0.49 manat faiz borcu və 0.42 manat cərimə olmaqla cəmi 179.78 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30.00 manat məbləğində vəsaitin v ə 0.40 manat həcmində bank xərcinin tutulması, tələbin girov predmeti olan 1 (bir) ədəd 5.4 qramümumi çəkili və 5.0 qramxalis qızıl çəkidə olmaqla 583 əyarlı “kişi üzüyü qaşlı” adlı qızıl-zinət əşyalarına yönəldilməsi, həmin əmlakın hərracda satılması və satışından əldə olunmuş vəsait hesabına cavabdehin təşkilata olan borcunun ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun bağlanmasına yetərli olmadıqda qalıq borcunun borclulardan ümumi qaydada tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia ərizəsi 14 yanvar 2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, iş üzrə məhkəmə hazırlıq iclası bu günə, yəni 15 aprel 2025-ci il tarixə, saat 14:20-ə təyin edilmişdir. Lakin 07 aprel 2025-ci il tarixdə iddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə elektron qaydada ərizə göndərərək, iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3hməd oğlu isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. İddiaçı BOKT "xxxx" MMC nın ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1 və 170.3-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3hməd oğluna qarşı “borc” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçı BOKT "xxxx" MMC-na qaytarılsın. İddiaçı BOKT "xxxx" MMC-yə yenidən məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar