Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-57/2023 16.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2294,19 (iki min iki yüz doxsan dörd manat 19 qəpik) manat əsas borc, 2783,17 (iki min yeddi yüz səksən üç manat 17 qəpik) manat faiz borcu, 2058,93 (iki min əlli səkkiz manat 93 qəpik) manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 331,52 (üç yüz otuz bir manat 52 qəpik) manat faiz borcu olmaqla cəmi 7467,81 (yeddi min dörd yüz altmış yeddi manat 81 qəpik) manat borcun və ödənilmiş 94,68 (doxsan dörd manat 68 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 23 avqust 2017-ci il tarixli 005274 nömrəli Bank Xidmətləri Müqaviləsi bağlanmışdır. 23 avqust 2017-ci il tarixli 005274 nömrəli Bank Xidmətləri Müqaviləsinə əsasən 23 avqust 2017-ci il tarixində 5 saylı əlavə saziş bağlanaraq Cavabdeh1 24 (iyirmi dörd) ay müddətinə illik 29 (iyirmi doqquz) faiz dərəcəsi ilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 23 avqust 2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-cı bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********395 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 7467,81 (yeddi min dörd yüz altmış yeddi manat 81 qəpik) manat təşkil edir. Bundan 2294,19 (iki min iki yüz doxsan dörd manat 19 qəpik) manat əsas, 2783,17 (iki min yeddi yüz səksən üç manat 17 qəpik) manat faiz, 2058,93 (iki min əlli səkkiz manat 93 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 331,52 (üç yüz otuz bir manat 52 qəpik) manat faiz borcu təşkil edir. Məhkəmə iclasında iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə təyin edilmiş ekspertiza rəyi ilə razı olmadığını bildirmişdir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək göstərdi ki, onunla İddiaçı ASC arasında bağlanmış 23 avqust 2017-ci il tarixli 005274 nömrəli Bank Xidmətləri Müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən ona 24 ay müddətinə illik 29 faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. Bildirmişdir ki, o, hər ay vaxtı-vaxtında banka olan borcundan ödəniş etsə də, bank bağlandıqdan sonra hərbiçi işlədiyi üçün işi ilə əlaqədar olaraq borcun ödənilməsində müəyyən gecikmələr olmuşdur. O, işi ilə əlaqəli olaraq hər an banka gedə bilmədiyi üçün üzürlü səbəbdən gecikmələr yaranmışdır. Bildirmişdir ki, iddiaçının hazırki tələbi həqiqəti əks etdirmədiyindən mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmiş və ekspert rəyi məhkəməyə daxil olmuşdur. Hazırda ekspertiza rəyini qəbul edir. Ancaq iddia ərizəsində göstərilən cərimə borcu ilə razı deyil. Cərimə borcunun silinməsinə köməklik göstərilməsini xahiş edir. Məhkəmə qətnaməsi çıxdıqdan sonra borcunu hissə-hissə ödəyəcəkdir. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onun iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab edir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Ləğv Prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 23 avqust 2017-ci il tarixli 005274 nömrəli Bank Xidmətləri Müqaviləsindən və həmin müqaviləyə 5 saylı əlavədən görünür ki, müqavilə əsasında Cavabdeh1 24 (iyirmi dörd) ay müddətinə illik 29 (iyirmi doqquz) faiz dərəcəsi ilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 23 avqust 2017-ci il tarixli, ZM1/007T08170046 saylı zaminlik müqaviləsindən görünür ki, həmin zaminlik müqaviləsi əsasında Cavabdeh2 23 avqust 2017-ci il tarixli 005274 nömrəli Bank Xidmətləri Müqaviləsi və həmin müqaviləyə 5 saylı əlavə üzrə Ləğv Prosesində olan İddiaçı ASC qarşısında Cavabdeh1 ilə eyni birlikdə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşdür. Həmin müqavilənin 5.1.4-cü maddəsində zaminliyin öhdəliyin icrası müddəti çatdıqdan sonra 1 il ərzində qüvvədə olması göstərilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş ödəniş qrafikindən görünür ki, Cavabdeh1 götürdüyü 3000 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 24 ay müddətinə qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 05 iyul 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Ləğv Prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 23 avqust 2017-ci il tarixli kredit müqaviləsi üzrə 24 iyun 2022-ci il tarixinə 2294,19 manat əsas, 2783,17 manat faiz, 2058,93 manat müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış cərimə, 331,52 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla, ümumilikdə 7467,81 manat məbləğində borc yaranmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 21 iyun 2022-ci il tarixli bildirişdən görünür ki, Ləğv Prosesində olan İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 7464,61 manat məbləğində borcunu 3 gün müddətində Ləğv Prosesində olan İddiaçı ASC-nə ödəməsi bildirilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 23 dekabr 2022-ci il tarixli, 9/8248 saylı məhkəməmühasibatlıq ekspertizasının rəyindən görünür ki, Cavabdeh1 Ləğv Prosesində olan İddiaçı ASC-yə xx.xx.2017-ci il tarixə 2288,90 manat məbləğində əsas borc, 1161,20 manat faiz borcu və müqavilə müddətindən sonra illik 5%-lə gecikdirilmiş vaxt üçün hesablanan 339,52 manat məbləğində faiz borcu olmaqla, cəmi 3789,62 manat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 31 may 2023-cü il tarixli, 9/3128 saylı əlavə məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, Cavabdeh1 Ləğv Prosesində olan İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixə 2288,90 manat məbləğində əsas borc, 1161,20 manat faiz borcu və müqavilə müddətindən sonra illik 5%-lə gecikdirilmiş vaxt üçün hesablanan 338,88 manat məbləğində faiz borcu olmaqla, cəmi 3788,98 manat borcu vardır. Məhkəmə mülki proses tərəflərinin izahatlarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 23 avqust 2017-ci il tarixli 005274 nömrəli Bank Xidmətləri Müqaviləsindən və həmin müqaviləyə 5 saylı əlavəyə əsasən Cavabdeh1 İddiaçı ASC tərəfindən 24 (iyirmi dörd) ay müddətinə illik 29 (iyirmi doqquz) faiz dərəcəsi ilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. 23 avqust 2017-ci il tarixli, ZM1/007T08170046 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında tam öhdəlik üzrə Cavabdeh1 ilə birgə məsuliyyət daşıyacağını öhdəsinə götürmüşdür. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı “DəmirBank'' ASC tərəfindən Cavabdeh1 kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də ləğv prosesində olan “DəmirBank'' ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh1 tələb etməkdə haqlıdır. Lakin məhkəmə qeyd edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlərdən 2294,19 (iki min iki yüz doxsan dörd manat 19 qəpik) manat əsas borc, 2783,17 (iki min yeddi yüz səksən üç manat 17 qəpik) manat faiz borcu, 2058,93 (iki min əlli səkkiz manat 93 qəpik) manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 331,52 (üç yüz otuz bir manat 52 qəpik) manat faiz borcu olmaqla cəmi 7467,81 (yeddi min dörd yüz altmış yeddi manat 81 qəpik) manat borcun və 94,68 manat dövlət rüsumunun tutulmasını məhkəmədən xahiş etsə də, mühasibalıq ekspertizasının 31 may 2023-cü il tarixli, 9/3128 saylı rəyi ilə Cavabdeh1 Ləğv prosesində olan “DəmirBank'' ASC-yə olan əsas borcunun 2288,90 manat məbləğində əsas borc, 1161,20 manat məbləğində faiz borcu, müqavilə müddətindən sonra illik 5%-lə gecikdirilmiş vaxt üçün hesablanan 338,88 manat məbləğində faiz borcu olmaqla cəmi 3788,98 manat olması müəyyən edilmişdir. Məhkəmə ekspert rəyi ilə razılaşır və müqavilə üzrə əsas borcunun 2288,90 manat, faiz borcunun 1161,20 manat məbləğində olmasını əsaslı hesab edir. Kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 331,52 (üç yüz otuz bir manat 52 qəpik) manat faiz borcunun, iddia tələbində təmin olunmasını məhkəmə əsaslı hesab edir. Həmçinin iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 2058,93 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Bundan əlavə, hazırkı iş üzrə əsas borclu ilə bərabər, verilmiş kreditin təmini üsulu kimi 23 avqust 2017-ci il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış və o bank qarşısında tam öhdəlik üzrə borcalanla birgə məsuliyyət daşıyacağını öhdəsinə götürmüşdür. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Lakin hazırki iddia tələbinin hansı cavabdehlərə qarşı yönəldilə biləcəyinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı əsas borclu olan Cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış borc məbləğlərini tələb etməkdə haqlı olsa da, digər Cavabdeh2 tələb etməsində haqlı deyildir. Belə ki, qeyd edilən hala münasibətdə MM-in 477.0.4-cü maddəsində nəzərdə tutulan kəsici müddətin keçməsi ilə bağlı müddəa tətbiq edilməlidir. Belə ki, həmin maddəyə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırkı zaminlik müqaviləsi üzrə zaminin öhdəliyinin icra müddəti 1 il, yəni, xx.xx.2018-ci il tarixədək müəyyən edilmişdir (Zaminlik müqaviləsinin 5.1.4-cü bəndi). Qeyd edilənlərdən müəyyən edilir ki, zaminliklə bağlı öhdəliyin çatma müddəti xx.xx.2018ci il tarixidir. Zaminlik müqaviləsinin 5.1.4-cü bəndində “Bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və təmin etdiyi öhdəlik yerinə yetirələnə qədər qüvvədədir. Qanunvericilik zaminlik müqaviləsinin qüvvədə olduğu 1 ildən sonra müəyyən edilən 5.1.4-cü bəndində (öhdəlik icra edilənədək qüvvədə olur) müddəasına aydınlıq gətirərək (hallardan asılı olaraq 1 il və ya 2 il) müəyyən edilir. Odur ki, Cavabdeh2 qarşı iddia tələbi qanunvericiliyin tələblərinə əsasən qeyd edilən öhdəliyin icrası müddətində qaldırıla bilərdi, bu müəyyən edilmədikdə öhdəliyin icrası müddətinin çadığı vaxtdan 1 il müddətində yəni, xx.xx.2019cu il tarixədək iddia qaldırıla bilərdi. Lakin iddiaçı zaminə qarşı 2 il sonra yəni xx.xx.2022-ci il tarixdə iddia qaldırmışdır. MM-in 477.0.4-cü maddəsində müəyyən edilən müddətlər (bir illik, hətta iki illik müddət) iddiaçı tərəfindən ötürülmüşdür. Bundan əlavə, tərəflərin zaminlik müqaviləsinin 5.1.4-cü bəndində müəyyən etdiyi qeyri-müəyyən müddət zaminə münasibətdə qanunvericilikdə müəyyən edilən hüquqların məhdudlaşdırılması ilə nəticələnir (MM-in 477.0.4-cü maddəsi). Öhdəlik uzun müddət icra edilməyə bilər. Hətta qanunvericilik kredit müqaviləsi üzrə əsas borclu ilə münasibətdə də müəyyən müddətlərin (öhdəliyin icra vaxtı çatdığı vaxtda 3 illik iddia müddəti) tətbiq edilməsi hallarını istisna etmir. Lakin zaminliyə qarşı 477.0.4-cü maddəsinin normalarının tətbiq edilməməsi və zaminin üzərində öhdəliyin saxlanmasını qeyri-müəyyən müddətdən asılı edilməsi qanunvericiliyin müddəaları ilə ziddiyyət təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilir ki, kəsici müddət iddia müddətindən fərqli olaraq şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından və Mülki Məcəllənin normalarının məzmunundan başa düşüldüyü kimi, kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Bu səbəbdən MM-in 477.0.4-cü maddəsi ilə müəyyən edilən müddət iddia müddəti deyil, bu normanın tətbiqi üçün tərəfin ərizəsi tələb edilmir və həmin müddətin tətbiqi məhkəmənin özü tərəfindən həyata keçirilir. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1 və 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh1 2288,90 manat əsas borc, 1161,20 manat faiz borcu, 100 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 331,52 manat faiz borcu olmaqla cəmi 3881,62 manat borc tutularaq ləğv prosesində olan Ləğv Prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 94,68 manat dövlət rüsumunun 45,46 manat məbləği iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nə aid edilməli, 49,22 manat məbləği Cavabdeh1 tutularaq Ləğv Prosesində olan İddiaçı ASC-nə ödənilməlidir. 200 manat ekspertiza xərcinin 103,96 manat məbləği Ləğv Prosesində olan İddiaçı ASC-dən, 96,04 manat məbləği Cavabdeh1 alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN **********, X3 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 357, 358,362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 2288,90 manat əsas borc, 1161,20 manat faiz borcu, 100 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 331,52 manat faiz borcu olmaqla cəmi 3881,62 manat borc tutularaq ləğv prosesində olan Ləğv Prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Ödənilmiş 94,68 manat dövlət rüsumunun 45,46 manat məbləği iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nə aid edilsin, 49,22 manat məbləği Cavabdeh1 tutularaq Ləğv Prosesində olan İddiaçı ASC-nə ödənilsin. 200 manat ekspertiza xərcinin 103,96 manat məbləği Ləğv Prosesində olan İddiaçı ASC-dən, 96,04 manat məbləği Cavabdeh1 alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN **********, X3 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-57/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-57/2023
16.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver