Məhkəmə qərarları › İş №e-2(075)-57/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-57/2024

22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-57/2024 22.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh1 iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1, X2 və Cavabdeh1 müştərək qaydada 4439,81 AZN əsas borc, 22,52 AZN kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 4462,33 AZN borcun, həmçinin 64,63 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılan zaman İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi 25 oktyabr 2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi (azaldılması) barədə elektron ərizə ünvanlayaraq bildirmişdir ki, hazırki mülki iş üzrə Cavabdeh2 aid hissədə iddia tələbi azaldaraq iddia tələbinin digər cavabdehlərdən ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin azaldılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanmış 037CASA193500015 saylı 16 dekabr 2019-cu il tarixli Güzəştli Kredit müqaviləsinə əsasən cavabdeh Lətifov Tərlan Hikmət oğluna 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə illik 1% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 4661,81 AZN məbləğində kredit verilmişdir. Digər cavabdehlər Cavabdeh3 ilə "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixli 037FİZAM43129803 saylı və Cavabdeh1 ilə İddiaçı ASC arasında xx.xx.2019-cu il tarixli 037FİZAM78657801 saylı zaminlik müqavilələri imzalanmış və onlar həmin müqavilələr üzrə öhdəlikləri öz üzərilərinə götürmüşdülər. Lətifov Tərlan Hikmət oğlu xx.xx.2022-ci il tarixdə ölmüşdür. Lətifov Tərlan Hikmət oğlunun vərəsəsi Cavabdeh2 ərizəsi əsasında vərəsəlik işi açılmışdır. Lakin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında icra etməyən cavabdehlərin İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixinə 4439,81 AZN əsas kredit borcu, 22,52 AZN kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 4462,33 AZN borcu qalmaqdadır. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Lətifov Tərlan Hikmət oğlu ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 037CASA193500015 saylı 16 dekabr 2019-cu il tarixli Güzəştli Kredit müqaviləsinə əsasən Lətifov Tərlan Hikmət oğluna 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə illik 1% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 4661,81 AZN məbləğində kredit verilmişdir. Digər Cavabdeh3 ilə İddiaçı ASC arasında 16 dekabr 2019-cu il tarixli 037FİZAM43129803 saylı və onunla İddiaçı ASC arasında 16 dekabr 2019-cu il tarixli 037FİZAM78657801 saylı zaminlik müqavilələri imzalanmış və onlar həmin müqavilələr üzrə Lətifov Tərlan Hikmət oğlunun bank qarşsında olan öhdəliklərini öz üzərilərinə götürmüşdülər. Bildirmişdir ki, banka olan borcunu qəbul edir. Lakin hal-hazırda heç yerdə işləmir, pensiya almır. Maddi imkanı aşağıdır. Banka olan borcunu ödəməyə maddi imkanı yoxdur. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Lətifov Tərlan Hikmət oğlu arasında bağlanmış 16 dekabr 2019-cu il tarixli Rest № 037CASA193500015 saylı güzəştli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı ASC tərəfindən Lətifov Tərlan Hikmət oğluna illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il müddətinə, 4661,81 manat kredit verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 16 dekabr 2019-cu il tarixli, 037FİZAM43129803 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 Lətifov Tərlan Hikmət oğlunun İddiaçı ASC qarşısındakı 16 dekabr 2019-cu il tarixli Rest № 037CASA193500015 saylı güzəştli kredit müqaviləsi üzrə öhdəliklərin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 16 dekabr 2019-cu il tarixli, 037FİZAM78657801 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 Lətifov Tərlan Hikmət oğlunun İddiaçı ASC qarşısındakı 16 dekabr 2019-cu il tarixli Rest № 037CASA193500015 saylı güzəştli kredit müqaviləsi üzrə öhdəliklərin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Lətifov Tərlan Hikmət oğlu İddiaçı ASC-dən götürdüyü 4661,81 manat məbləğində krediti ona hesablanmış faizləri ilə birlikdə 60 ay müddətinə banka qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş maaliyyə arayışından görünür ki, 16 dekabr 2019-cu il tarixli Rest № 037CASA193500015 saylı güzəştli kredit müqaviləsi üzrə Lətifov Tərlan Hikmət oğlunun İddiaçı ASC-nə xx.xx.2022-ci il tarixə 4439,81 manat əsas, 22,52 manat faiz borcu olmaqla cəmi 4462,33 manat məbləğində borcu vardır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Lətifov Tərlan Hikmət oğlu, Cavabdeh1 və Cavabdeh3 ünvanlanmış pretenziyadan görünür ki, iddiaçı bank tərəfindən cavabdehlər Lətifov Tərlan Hikmət oğlu, Cavabdeh1 və Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərini 3 iş günü müddətində icra etmələri bildirilmişdir. Əks təqdirdə borc tələbi ilə bağlı məhkəməyə müraciət ediləcəyi diqqətlərinə çatdırılmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 19 aprel 2023-cü il tarixli, 1387 saylı məktubundan görünür ki, xx.xx.1988-ci il tarixdə anadan olmuş xx.xx.2022-ci il tarixdə vəfat etmiş Lətifov Tərlan Hikmət oğlunun vərəsəsi Cavabdeh2 ərizəsi əsasında vərəsəlik işi açılmış, ancaq onun vərəsəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, 16 dekabr 2019cu il tarixli Rest № 037CASA193500015 saylı Kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Lətifov Tərlan Hikmət oğluna illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il müddətinə, 4661,81 manat kredit verilmişdir. 16 dekabr 2019-cu il tarixli Rest № 037CASA193500015 saylı Güzəştli kredit müqaviləsinin təminatı qismində bankla Cavabdeh1 arasında 16 dekabr 2019-cu il tarixli, 037FİZAM78657801 saylı zaminlik müqaviləsi və Cavabdeh3 arasında 16 dekabr 2019-cu il tarixli, 037FİZAM43129803 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqavilələrinə əsasən Cavabdeh1 və Cavabdeh3 borclu Lətifov Tərlan Hikmət oğlunun kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehlərə kredit məbləğinin verilməsinə, cavabdehlər tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq onlar müqavilə öhdəliklərinə əməl etməmişlər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Lətifov Tərlan Hikmət oğluna kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Lətifov Tərlan Hikmət oğlu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 zaminlik müqavilələri üzrə üzərlərinə götürdükləri öhdəliklərin tam şəkildə icrasını təmin etməmişlər. Lakin əsas borclu Lətifov Tərlan Hikmət oğlu 29 sentyabr 2022-ci il tarixdə vəfat etdiyindən onun bank qarşısında öhdəlikləri vərəsəsi Cavabdeh2 keçməlidir. Mərhumun vərəsəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini əsas borclunun zaminləri cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 421.2, 442, 445.1, 445.2.1, 470.1 və 472.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 4439,81 AZN əsas borc, 22,52 AZN faiz borcu olmaqla, cəmi 4462,33 AZN borc, həmçinin 64,63 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 4439,81 AZN əsas borc, 22,52 AZN faiz borcu olmaqla, cəmi 4462,33 AZN borc, həmçinin 64,63 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar