Məhkəmə qərarları › İş №e-2(075)-574/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-574/2024

21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-574/2024 21.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi; İddia tələbinin dəlilləri; İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2540 manat məbləğində borcun və ödənilmiş 45.40 manat dövlət rüsumunun onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin noyabr ayında aralarında olan razılaşmaya əsasən Cavabdeh 30 noyabr 2023-cü il tarixdə qaytarmaq şərti ilə 3060 manat məbləğində borc pul vermişdir. Cavabdeh, həmin məbləğin yarısını, yəni 1560 manatını hər ay 130 manat olmaqla, qalan 1500 manatı isə 30 noyabr 2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Hətta qeyd edilən məbləği ondan almasına dair Cavabdeh iltizam yazmışdır. Cavabdeh, borcundan müxtəlif vaxtlarda, hissə-hissə olmaqla cəmi 520 manatını qaytarmış, qalan 2540 manatı isə hazırkı vaxtadək qaytarmamışdır. Mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə cavabdehə pretenziya məktubu göndərilmiş və qeyd edilən müddət ərzində borcu ödəməyəcəyi təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmiş, lakin cavabdeh borcunu yenə də ödəməmişdir. Ona görə də, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında iddia ərizəsindən əlavə olaraq izahatında bildirdi ki, cavabdehlə öz aralarında razılığa gələrək toy məclislərində dekorların qurulması işinin görülməsi üçün cavabdehə 1500 manat pul vermiş və hər ay əldə olunan gəliri bölməklə cavabdeh tərəfindən 130 manat pulun verilməsinə razılaşmışlar. Cavabdeh 5 ay müddətinə iddiaçıya hər ay 130 manat ödəmiş bundan sonra ödəniş etməkdən yayınmışdır. Borcunu ödəməməsinin səbəbi barədədə məlumat verməmişdir. Daha sonra ona 3060 manat borcunun olması barədə iltizam yazdırmışdır. 1500 manata borcdan əlavə olaraq ödəmədiyi aylar barədə olan məbləğidə iltizamda qeyd etdirmişdir. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclas zalında izahat verərək bildirdi ki, iddianı qismən qəbul edir. Toy məclislərində dekorların qurulması işi ilə məşğul olur. İşi üzrə daha çox gəlir əldə etmək üçün iddiaçıdan pul qoyaraq işə şərik olmasını istəmiş o, da razılıq əsasında ona hər ay 130 manat ödəmək şərti ilə 1500 manat verərmişdir. Razılaşma üzrə beş ay iddiaçıya 130 manat ödəniş etmişdir. Lakin sonradan qiymətlərin düşməsi və pandemiya səbəbindən iş olmadığı üçün maddi imkanı yaxşı olmamış və ödəniş edə bilməmişdir. Odur ki, məhkəmədən borcundan hər ay hissə-hissə ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İşin halları İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədiq edilmiş 2022-ci ilin noyabr ayında İddiaçı (borcverən) ilə Cavabdeh (borcalan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, borcverən borcalana 3060 manat məbləğində pulu borc verir və borcalan isə həmin məbləği xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürür. İddiaçı tərəfindən Cavabdeh göndərilmiş 18 dekabr 2023-cü il tarixli pretenziyadan görünür ki, borc məbləğini 3 (üç) gün müddətində tam olaraq ödənilməsi tələb edilmiş, borc ödənilmədiyi təqdirdə borcun tutulması ilə əlaqədar məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq 01 aprel 2023-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı ilə cavabdeh öz aralarında razılığa gələrək toy məclislərində dekorların qurulması işinin görülməsi üçün cavabdehə 1500 manat pul vermiş və hər ay əldə olunan gəliri bölməklə cavabdeh tərəfindən 130 manat pulun verilməsinə razılaşmışlar. Cavabdeh 5 ay müddətinə iddiaçıya hər ay 130 manatı ödəmiş, bundan sonra ödəniş etməkdən yayınmışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən yazılmış 17 fevral 2023-cü il tarixli iltizam qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla cavabdehin iddiaçı ilə razılaşaraq hər ay 130 manat ödəmək şərti ilə onadan 1500 manat pul aldığı müəyyən olunur. Bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında pul məbləğlərinin cavabdehə verilməsinə dair yazılı müqavilə bağlanmış olmasa da, cavabdehin məhkəmə iclasında verdiyi izahatından da 1500 manatın iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edilir. Tərəflər arasında həmin pul məbləğinin verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğinin ödənilməmiş hissəsini ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı isə cavabdeh iddia tələbində göstərilən pul məbləğinin iddiaçıya qaytarılmadığını bildirmişdir. Bundan başqa məhkəmə iddiaçının cavabdehlə aralarında olan razılaşmaya əsasən 1500 manat üçün hər ay əldə etdiyi gəlirinin 130 manatını ödəməli olduğundan digər hissədə pul tələbinə dair isə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından cavabdeh tərəfindən əldə olunan gəliri iddiaçı sübut etməlidir. İddiaçı cavabdehin göstərilən dövr ərzində işləməsi və gəlir əldə edərək razılaşma üzrə olan 130 manatı ödəməməsi ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, İddia tələbi həmin hissədə təmin edilə bilməz. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 1500 manat pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 35 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində borcun və ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar