Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-579/2022 03.02.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi İmanov Cahid Fehruz oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı “torpaq sahəsindən çıxarılma və icarə hüququna törədilən maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı “torpaq sahəsindən çıxarılma və icarə hüququna törədilən maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş DTXK tərəfindən verilmiş seriya nömrəsi JN 260 (KOD ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Şəki rayonu, Böyük Dəhnə kəndində yerləşən cavabdehlər Cavabdeh3, Cavabdeh6 Şəmil qızı, Cavabdeh5, Cavabdeh4, X1 mülkiyyətində olmuş, hazırda isə Cavabdeh1 mülkiyyətində olan 2.60 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh3, Cavabdeh6 Şəmil qızı, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 çıxarılması, həmin icarəyə götürdüyü torpaq sahəsindən istifadə etməsinə cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılması xahiş etmişdir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, hazırkı mülki işə Şəki rayon məhkəməsində deyil, Şəki kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, işdə olan İnternet Vergi İdarəsinin portalından çıxarışdan görünür ki, İddiaçı (VÖEN **********) 11 saylı Ərazi Vergilər Baş İdarəsində və cavabdehlərdən Cavabdeh4 isə (VÖEN **********) 14 saylı Ərazi Vergilər Baş İdarəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs kimi qeydiyyatdan keçmişlər. Bundan başqa işdə olan torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin 4-cü bəndindən görünür ki, tərəflər hər hektar üçün 500 kq həcmində natura şəklində buğda məhsulu və ya icarəyə verənin istəyinə uyğun həmin il üçün bazar qiymətinə uyğun müəyyənləşdirilmiş 500 (beş yüz) kq buğda məhsulunun pulla ifadəsi şəklində icarə haqqı müəyyən etmişlər. Аzərbаycаn Respublikаsı 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsаsən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 25.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsаsən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Göründüyü kimi həm İddiaçı həm də Cavabdeh4 sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərdir. Həmçinin iddia tələbinin məzmunundan aydın olur ki, iddiaçı sahibkarlıq fəaliyyəti göstərməsi məqsədilə cavabdehlər X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 məxsus olan torpaq sahəsini 99 illiyinə icarəyə götürmüşdür. Bundan başqa iddia tələbindən də göründüyü kimi tələb cavabdehlərin iddiaçı tərəfindən sahibkarlıq məqsədilə icarəyə götürülmüş torpaq sahəsindən çıxarılmalarından və iddiaçıya həmin icarəyə götürdüyü torpaq sahəsindən istifadə etməsinə cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılmasından ibarətdir. Həmin Məcəllənin 153.2-ci maddəsinə görə hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Belə olan halda iddiaçı hazırkı iddiaya baxılması ilə bağlı Şəki kommersiya məhkəməsinə müraciət etməlidir. Bu səbəbdən də İddiaçı hazırkı tələbinə Şəki rayon məhkəməsində baxılması yolverilməzdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 263.1, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı “torpaq sahəsindən çıxarılma və icarə hüququna törədilən maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina olunsun. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-579/2022
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-579/2022
03.02.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver