Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-58/2023 12.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı Əhmədiyyə qızının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehlər X9 nümayəndəsi X2 və Cavabdeh1 iştirakı ilə İddiaçı Əhmədiyyə qızının cavabdehlər X10 və Cavabdeh1 qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı Əhmədiyyə qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi zərərin əvəzi olaraq sol ayağına qoyulmuş protezin dəyişdirilməsi ilə əlaqədar çəkdiyi 6500 manatın, hər gedişdə 90 manat olmaqla 10 dəfə protez mərkəzinə getməklə sərf etdiyi 900 manatın və ödənilmiş 94 manat dövlət rüsumunun cavabdehlər X8 və Cavabdeh1 müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X3 hüququ olmadan 01 noyabr 2013-cü il tarixdə saat 18:30 radələrində Şəki rayonunun Kiçik Dəhnə kəndində anası X1 yaşadığı evin həyətində qaynı X11 məxsus olan «Opel Astra» markalı ** FZ *** dövlət nömrə nişanlı avtomobili onun həyat yoldaşı Cavabdeh1 etibarnamə ilə idarəçiliyində olarkən avtomobili hərəkət etdirməzdən qabaq avtomobilin hərəkət dairəsinin yaxınlığında hər hansı şəxsin, şəxslərin olmasına fikir vermədən avtomobilin təhlükəsiz nərəkətə başlamasını təmin etməli olduğu halda buna riayət etməmiş, nəticədə, o, evin qarşısında ayaqqabılarını geyinən zaman ehtiyatsızlıqdan avtomobillə onu vurmuş, nəticədə hər iki baldır sümükləri orta və aşağı 1/3-nin qəlpəli yerini dəyişən açıq sınıqları, dəri və yumşaq toxumaların deffekti əzilməsi, çoxsaylı yaraları, hemorraqik 2-3 dərəcəli travmatik şoku ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, nəticədə sol ayağı topuqdan aşağı amputasiya olunmuş, sağ ayağına çıxarılmayan mil qoyulmuşdur. Bu hadisə ilə bağlı cinayət işi başlanmış və Şəki Rayon Məhkəməsinin 13 may 2014-cü il tarixli, 1(075)-40/2014 saylı hökmü ilə X13, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinib, 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. X5, məhkəmənin hökmü ilə təyin edilmiş 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarmışdır. Amma o, ömrünün axırına kimi X9 törətdiyi cinayət əməli nəticəsində həm əzab çəkəcək, həm də ömürlük şikəst olduğundan başqalarının köməyinə və qayğısına ehtiyacı olacaqdır. Cavabdeh X9 və onun əri X14 etibarnamə ilə idarəçiliyində olan avtomaşını sürücülük vəsiqəsi olmayan arvadı X10 verdiyindən onun cavabdehlərə qarşı 17.870 manat pul tələbi ilə bağlı iddiası Şəki Rayon Məhkəməsinin 25 fevral 2015-ci il tarixli qətnaməsi ilə qismən təmin edilərək cavabdehlərdən onun xeyrinə 8000 manat və iddia ərizəsi ilə bağlı dövlətə ödənilmiş 30 manat dövlət rüsumu alınıb ona verilmişdir. Həmin qətnamə ilə ona ödənilmiş məbləğ məni qane etməsə də, həmin vaxt qeyd olunan qətnamədən şikayət etməmişdir. Halbuki onun baş vermiş hadisə ilə əlaqədar sol ayağı topuqdan aşağı amputasiya olunduğundan o, Gürcüstan Respublikasına gedib Tbilisi şəhərində "xxxx" MMC-də sol ayağına protez qoyulması üçün, həmçinin bundan ötrü dəfələrlə Mingəçevir şəhərindən Tbilisi şəhərinə gedib-gəlməyə, yol xərcinə, Qazaxdan Gürcüstan Respublikası ərazisinə keçidə görə Tbilisi şəhərində kirayədə yaşamağa 3288 manat pul xərcləmişdir. Bunun müqabilində isə Şəki Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli 2(075)-2790/2018 nömrəli qətnaməsi ilə ona dəymiş maddi zərərin əvəzi olaraq cavabdehlərdən müştərək qaydada cəmi 2870 manat və iddia ərizəsi ilə bağlı dövlətə ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ona verilməsi qət edilmişdir. Baş vermiş hadisədən xeyli müddət, yəni 8 il keçdiyindən onun sol ayağına qoyulmuş protez artıq indiki halda dəyişilməli olduğundan o, yenidən protez düzəltdirmək məqsədi ilə Bakı şəhərində yerləşən X19 MMC-yə getmişdir. 6500 manat pul ödəyərək yeni protez qoydurmuşdur. Ona yetirilmiş zərər cavabdehlər tərəfindən vurulduğundan onlar bu məbləği birdəfəlik qaydada tam halda ödəməlidirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı Əhmədiyyə qızı və cavabdeh X13 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Əhmədiyyə qızının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, hadisə 2013-cü ildə baş vermişdir. Həmin hadisə səbəbindən iddiaçının ayağı amputasiya olunmuş, əvəzinə protez qoyulmuşdur. Sonradan həmin protez sındığından yeni protezlə əvəz olunmuşdur. Yeni protezin qoyulmasına 6500 manat vəsait xərclənmişdir. Eyni zamanda yeni protez qoyulması üçün iddiaçı 10 dəfə Mingəçevir şəhərindən Bakı şəhərinə getmişdir. Xüsusi maşınlar hər gediş üçün 90 manat tələb edirlər. Beləliklə iddiaçı 10 dəfə Bakı şəhərinə getmək üçün 900 manat yol pulu sərf etmişdir. Ona görə də, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı Əhmədiyyə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, yol nəqliyyat hadisəsi olmamışdır, sadəcə ehtiyatsızlıqdan məlum hadisə baş vermişdir. Hadisədən sonra iddiaçıya 4 ay qulluq etmişlər. Birinci dəfə iddiaçı 9000 manat pul vermişlər. Protezə görə isə 4000 manat pul verilmişdir. Hesab edir ki, bundan sonra hər dəfə protez sınarkən cavabdehlər pul verməli deyillər. Ona görə də, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X9 nümayəndəsi X4 bildirmişdir ki, hadisə onların həyətlərində baş vermişdir. Ehtiyatsızlıqdan olmuşdur. İddiaçı Əhmədiyyə qızına 4 ay qulluq etmişlər. Hər dəfə onun protezinin dəyişdirilməsi həkimlərin səhvidir. Qızı xəstədir. Yenidən iddiaçıya tələb edilən məbləği verməyə maddi imkanı yoxdur. Ona görə də, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 13 may 2014-cü il tarixli 1(075)-40/2014 saylı hökmünün surətindən görünür ki, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli, 2(075)-2790/2018 saylı qətnaməsindən görünür ki, dəymiş maddi zərərin əvəzi olaraq 2870 manat və 30 manat dövlət rüsumu cavabdehlər X8 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı Əhmədiyyə qızına verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş X19 Mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Əhmədiyyə qızı 09 avqust 2022-ci il tarixdə mərkəzə müraciət etmiş və onun amputasiya olunmuş sol ayağına 09 oktyabr 2022-ci il tarixdə silikon kosmetik ayaq protezi qoyulmuşdur. Həmin arayışda həmçinin nəqliyyat xərci kimi 1 gediş 90 manatdan hesablanmaqla 10 gediş üçün 900 manat xərc göstərilmişdir. İş materiallarına əlavə edilmiş X19 Mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Əhmədiyyə qızının sol ayağına qoyulmuş silikon kosmetik ayaq protezinin dəyəri 6500 manat təşkil etmişdir. İş üzrə qanuni və obyektiv qərar qəbul etmək üçün Şəki Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(075)-1851/2022 saylı qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12 publik hüquqi şəxsinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12 publik hüquqi şəxsinin 07 aprel 2023-cü il tarixli, T175/2023 saylı rəyindən görünür ki, İddiaçı Əhmədiyyə qızında iki baldır sümüklərinin orta və aşağı 1/3-nin qəlpəli yerini dəyişən açıq sınıqları, dəri və yumşaq toxumaların deffekti, əzilməsi, çoxsaylı yaraları, hemorragik İİ-İİİ dərəcəli travmatik şoku ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurma ilə nəticələnən xəsarətlər almış, nəticədə sağ qamış sümüyünün İlizarov aparatı ilə osteosintezi, xx.xx.2013-cü il tarixdə sol ayağın topuq oynağı səviyyəsində amputasiyası olunmuş, xx.xx.2014-cü il tarixdə hər iki baldırdakı geniş həcmli qranulyasion yaraya sərbəst dəri plastikası olunmuşdur. İddiaçı Əhmədiyyə qızının sol ayağına protezin qoyulması ilə xx.xx.2013-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində onun xəsarət alması arasında səbəbli əlaqə vardır. İddiaçı Əhmədiyyə qızına qoyulmuş protezin istifadə üçün yararlı və yaxud da yararsız vəziyyətdə olmasının təyini məhkəmə-tibb ekspertinin səlahiyyətlərinə aid deyildir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 01 noyabr 2013-cü il tarixdə cavabdeh X3 hüququ olmadan anası X1 yaşadığı evin həyətində avtomobillə hərəkətə başlayan zaman evin qarşısında ayaqqabılarını geyinən İddiaçı Əhmədiyyə qızını ehtiyatsızlıqdan avtomobillə vurmuş, nəticədə iddiaçının sol ayağı topuqdan aşağı amputasiya olunmuş, sağ ayağına çıxarılmayan mil qoyulmuşdur. Həmin hadisə ilə bağlı cinayət işi başlanmış və Şəki Rayon Məhkəməsinin 13 may 2014-cü il tarixli, 1(075)- 40/2014 saylı hökmü ilə X13, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinib, 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan sonra İddiaçı Əhmədiyyə qızının amputasiya olunmuş ayağının əvəsinə Gürcüstün Respublikasında protez qoyulmuşdur. Qoyulmuş həmin protez artıq sıradan çıxdığından Bakı şəhərində yerləşən X19 Mərkəzində iddiaçının amputasiya olunmuş sol ayağına silikon kosmetik ayaq protezi qoyulmuşdur. Bunun müqabilində iddiaçı X19 Mərkəzinə 6500 manat məbləğində pul ödəmişdir. Hazırda iddiaçı qeyd edilən məbləği və protezin hazırlanması məqsədi ilə Mingəçevir şəhərindən Bakı şəhərinə gedib-gəlmək üçün xərclədiyi 900 manat vəsaiti cavabdehlərdən tələb edir. Cavabdehlər isə iddiaçıya yetəri qədər qulluq etdiklərini və maddi köməklik göstərmələrini əsas gətirərək iddia tələbini qəbul etmirlər. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin ona dəymiş zərərin əvəzini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olaraq hesab edir ki, İddiaçı Əhmədiyyə qızı ilə cavabdehlər arasında hər hansı bir müqavilə öhdəlikləri olmadığından İddiaçı Əhmədiyyə qızının ziyanlıqlarının əvəzinin ödənilməsi barədə tələblərinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində mülki hüquq pozuntuları (deliktlər) üçün nəzərdə tutulmuş hüquq normalarına istinad edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Göründüyü kimi iddiaçının sağlamlığının pozulması, onun mütəmadi olaraq digər şəxslərin köməyinə ehtiyacının olması cavabdehlərin təqsirli hərəkətləri nəticəsində əmələ gəlmişdir ki, onlar iddiaçıya vurduqları zərərin əvəzini ödəməyə borcludurlar. Ona görə də, iddiaçı onun amputasiya olunmuş ayağına qoyulmuş, artıq istifadəsi mümkün olmayan və yenisi ilə əvəz olunan protezin dəyərinin cavabdehlərdən tələb etməkdə haqlıdır. Bundan başqa məhkəm iddia tələbinin hər gedişdə 90 manat olmaqla 10 dəfə protez mərkəzinə getməklə sərf etdiyi 900 manatın tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğ həddən artıq şişirdilməklə ağlabatan deyil. Məhkəmə iddiaçının protezin dəyişdirilməsi ilə bağlı 10 dəfə mərkəzə getməsini təqdim edilən arayışa əsasən qəbul etsədə, bir gedişə görə 90 manatın hesablanmasını əsaslı hesab etmir. Belə ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin rəsmi saytından çıxarılmış tariflərdən görünür ki, Bakı şəhərindən Mingəçevir şəhərinə bir tərəfli gediş haqqı 9.20 manat təşkil edir. Bu qayda ilə hesabladıqda 10 dəfə Bakı şəhərinə gedib qayıtmaq üçün lazım olan vəsait 184 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 6500 manat məbləğində maddi zərərin əvəzi və 184 manat gediş-gəliş xərci cavabdehlər X8 və Cavabdeh1 müştərək qaydada alınaraq alınaraq İddiaçı Əhmədiyyə qızına verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 94 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 6500 manat məbləğində maddi zərərin əvəzi, 184 manat gediş-gəliş xərci, cəmi 6684 (altı min altı yüz səksən dörd) manat və 94 manat dövlət rüsumu cavabdehlər X8 və Cavabdeh1 müştərək qaydada alınaraq alınaraq İddiaçı Əhmədiyyə qızına verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-58/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-58/2023
12.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver