Məhkəmə qərarları › İş №e-2(075)-584/2024

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-584/2024

05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-584/2024 05.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul məbləğinin ödənilməsinin gecikdirilmiş vaxtları üçün bank uçot dərəcəsi üzrə faiz” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 690 manat pul məbləğinin ödənilməsinin gecikdirilmiş vaxtları üçün bank uçot dərəcəsi üzrə faizin, 3300 manat əldən çıxmış fayda olmaqla cəmi 3990 manat pulun, 60 (altmış manat) manat dövlət rüsumunun və 0.40 qəpik dövlət rüsumunun ödənilməsi üçün xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 08 yanvar 2024-cü ildə məhkəmənin icraatına daxil olmuş, iş üzrə məhkəmə hazırlıq iclasları keçirilmiş, 05 mart 2024-cü il tarixə, saat 09:30-a təyin edilmiş növbəti məhkəmə hazırlıq iclasına İddiaçı və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazimi qaydada məluat göndərilməsinə baxmayaraq gəlməmişlər. Lakin İddiaçı 29 fevral 2024-cü il tarixdə elektron qaydada məhkəməyə ərizə göndərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh vəkili X2 məhkəmənin elektron poçt ünvanına ərizə göndərərək 2(075)- 584/2024 saylı mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin İddiaçı geri qaytarılmasına etirazının olmadığını bildirmişdir. İddiaçı ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1 və 170.3-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı olan “pul məbləğinin ödənilməsinin gecikdirilmiş vaxtları üçün bank uçot dərəcəsi üzrə faiz” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddiaçı yenidən məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar