Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-586/2023 15.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, X1, Cavabdeh1 nümayəndəsi X3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Yoçu oğluna qarşı “maneələrin aradan qaldırılması və mənzildən istifadə etmək hüququnun tanınması” tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə müraciət edərək, onun və uşaqları 25 avqust 2004-cü il tarixdə anadan olmuş İddiaçı1 və 23 may 2011-cü il tarixdə anadan olmuş X2 ünvan 1 ünvanında yerləşən evdən istifadə hüquqlarının tanınması və həmin evdə yaşamaqları üçün onlara edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi 31 yanvar 2023-cü il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə məhkəmə hazırlıq iclası 02 mart 2023-cü il tarixdə keçirilmiş, mülki işin məhkəmə baxışı iclası 10 aprel 2023-cü il tarixdə keçirilmiş, mülki işin növbəti məhkəmə baxışı iclası bu günə, yəni 15 may 2023-cü il tarixə saat 10:00-a təyin edilmiş, mülki proses tərəflərinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir. Lakin 15 may 2023-cü il tarixdə iddiaçı, həmçinin İddiaçı1 nümayəndəsi İddiaçı2 məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq cavabdehlərlə məhkəmədən kənar razılığa gəldikləri üçün iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X6 məhkəməyə ərizə təqdim edərək İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Yoçu oğluna qarşı “maneələrin aradan qaldırılması və mənzildən istifadə etmək hüququnun tanınması” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılmasına etirazları olmadığını bildirmişdir. Cavabdeh2 Yoçu oğlu isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi iddiaçı, həmçinin İddiaçı1 nümayəndəsi İddiaçı2 iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə təqdim etmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Yoçu oğlu isə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Belə olan halda iddi ərizəsi baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ iddiaçıya izah edilməli və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263- 264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Yoçu oğluna qarşı “maneələrin aradan qaldırılması və mənzildən istifadə etmək hüququnun tanınması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilərlər. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-586/2023
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-586/2023
15.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver