Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-592/2025 08.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 5160.3 (beş min yüz altmış manat otuz qəpik) manat əsas borc, 1053.2 (min əlli üç manat iyirmi qəpik) manat faiz borcu olmaqla cəmi 6213.5 (altı min iki yüz on üç manat əlli qəpik) manat pul vəsaiti və 82.14 (səksən iki manat on dörd qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə 24 fevral 2025-ci il tarixdə elektron ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeharasında bağlanmış xx.xx.2023-cü il tarixli BRCB4637257B299 saylı müqaviləsinə əsasən ona debet kart verilmişdir. Daha sonra İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx/xx/2023-cü il tarixli BRCB4637257B299 saylı əlavə razılaşmaya əsasən onun kartına 59 ay müddətinə 5206 manat olan kredit vəsaiti mədaxil edilmişdir. Daha dəqiq desək kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiqi vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, həmən krediti özü götürməyib. Dələduzluq yolu ilə kart hesabından həmin məbləğ çəkilib. Ödəniş etməkdən yayınmır, əgər borc tutularsa hər ay 50 manat ödəyə bilər. Maddi imkanının zəif olması səbəbi ilə borcun hissə hissə ödənilməsinə köməklik göstərilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli BRCB4637257B299 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh 59 ay müddətinə 5206 (beş min iki yüz altı manat) manat məbləğində debet kart verilmişdir. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli BRCB4637257B299 saylı kredit müqaviləsinə əsasən götürdüyü 5206 (beş min iki yüz altı manat) manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 59 ay müddətinə qaytarmalı olmuşdur. İş materiallarında olan 15 yanvar 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 08 yanvar 2025-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixli BRCB4637257B299 saylı kredit müqaviləsinə əsasən 5160.3 (beş min yüz altmış manat otuz qəpik) manat əsas borc, 1053.2 (min əlli üç manat iyirmi qəpik) manat faiz borcu olmaqla cəmi 6213.5 (altı min iki yüz on üç manat əlli qəpik) manat borcu vardır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli BRCB4637257B299 saylı saylı kredit müqaviləsinə əsasən Cavabdeh 5206 (beş min iki yüz altı manat) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən cavabdehə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 5160.3 (beş min yüz altmış manat otuz qəpik) manat əsas borc, 1053.2 (min əlli üç manat iyirmi qəpik) manat faiz borcu olmaqla cəmi 6213.5 (altı min iki yüz on üç manat əlli qəpik) manat pul vəsaiti və 82.14 (səksən iki manat on dörd qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı ASCnə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 5160.3 (beş min yüz altmış manat otuz qəpik) manat əsas borc, 1053.2 (min əlli üç manat iyirmi qəpik) manat faiz borcu olmaqla cəmi 6213.5 (altı min iki yüz on üç manat əlli qəpik) manat pul vəsaiti və 82.14 (səksən iki manat on dörd qəpik) manat manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elşən Vəliyev Azərbaycan Respublikası adından QƏTNAMƏDƏN ÇİXARİŞ Şəki Rayon Məhkəməsi Şəki şəhəri İş № 2(075)-592/2024 xx.xx.2025-ci il Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 5160.3 (beş min yüz altmış manat otuz qəpik) manat əsas borc, 1053.2 (min əlli üç manat iyirmi qəpik) manat faiz borcu olmaqla cəmi 6213.5 (altı min iki yüz on üç manat əlli qəpik) manat pul vəsaiti və 82.14 (səksən iki manat on dörd qəpik) manat manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-592/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-592/2025
08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver