Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-595/2022 31.03.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi İddiaçı nümayəndəsi (anası) X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından olan uşaqları 01 iyun 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün ödənilməli olan alimentin miqdarının artırılaraq, hər ay hər uşaq üçün 250 manat alimentin xeyrimə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, İddiaçı Cavabdeh ilə 13 aprel 2014-cü il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Birgə yaşadıqları dövrdə onların 01 iyun 2015-ci il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşasalar da, sonradan münasibətləri dəyişmişdir. Sonradan onlar ayrılmışlar, aralarında bağlanmış nikah Şəki Rayon məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli, 2(075)-3395/2016 nömrəli qətnaməsi əsasında pozulmuş və azyaşlı uşağı iddiaçının yanında saxlanılmışdır. Eyni zamanda həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 100 manat alimentin alınaraq İddiaçı verilməsi qərara alınmışdır. Bildirmişdir ki, sonradan maddi vəziyyət ilə əlaqədar uşağın tələbatlarını ödəyə bilməmişlər. Buna görə də Cəlilzadə Tünzadə Cavabdeh qarşı aliment miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli, 2(075)-1083/2018 nömrəli qətnaməsi ilə Cavabdeh alınaraq birgə nikahlarından anadan olmuş 01 iyun 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək salanılması üçün ona verilən aliment miqdarı artırılaraq hər ay üçün 115 manat məbləğində müəyyən edilmişdir. Bildirmişdir ki, hazırda uşaq 1-ci sinifdə oxuyur. 115 manat aliment məbləği indiki zamana görə çox azdır, uşağa baxmaq üçün kifayət etmir. Günü-gündən uşağın təlabatı artır. Belə ki, uşaq normal qaydada yeməli, müalicə olunmalı, ona pal-paltar alınmalı, təhsili və uşağın dünyagörüşünün artırılması ilə bağlı zəruri hazırlıqlar görülməlidir. Bu il əvvəlki illərə nisbətən hər şeyin qiyməti qalxmışdır. İddiaçı heç yerdə işləmir, heç yerdən də qazancı yoxdur. O, uşağının yaxşı oxumasını, keyfiyyətli təhsil almasını istəyir. Uşağın qayğısına qalmaq, təlim-tərbiyəsi ilə məşğul olmaq, uşağa baxmaq valideynlərin borcudur. Bildirmişdir ki, cavabdeh əvvəllər uşaqla görüşmüş, lakin son 6 ildir ki, uşaqla görüşmür. Uşağın saxlanılması üçün alimentdən kənar hər-hansı yardım etməmişdir. Buna görə də məhkəmə qətnaməsi ilə ödənilməli olan alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz ərizəsinin məzmununa uyğun olaraq izahat verərək göstərmişdir ki, o, İddiaçı ilə 13 aprel 2014-cü il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Birgə yaşadıqları dövrdə onların 01 iyun 2015-ci il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. İddiaçı ilə ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşasalar da, sonradan münasibətləri dəyişmişdir. Sonradan onlar ayrılmışlar, aralarında bağlanmış nikah Şəki Rayon məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli, 2(075)-3395/2016 nömrəli qətnaməsi əsasında pozulmuş və azyaşlı uşağı iddiaçının yanında saxlanılmışdır. Eyni zamanda həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay sabit pul məbləğində 100 manat alimentin alınaraq İddiaçı verilməsi qərara alınmışdır. Bildirmişdir ki, 04 may 2018-ci il tarixdə o, cəza şəkdiyi müddətdə İddiaçı ona qarşı aliment miqadarının artırılması tələbi ilə məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli, 2(075)-1083/2018 nömrəli qətnaməsi ilə ondan alınaraq birgə nikahlarından anadan olmuş 01 iyun 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək salanılması üçün iddiaçıya verilən aliment miqdarı artırılaraq hər ay üçün 115 manat məbləğində müəyyən edilmişdir. Bildirmişdir ki, onun daimi iş yeri yoxdur. Fəhlə bazarında günəmuzd fəhlə işləyir. Aylıq 50-70 manat gəliri olur. Bundan başqa 7-8 baş qoyunları, 1 dənə inəkləri vardır. Qoyunları qoca qoyunlardır. Gəlir əldə etmək üçün pay torpaq sahəsi yoxdur. Alimenti də vaxtı vaxtında ödəmişdir. Cəmi 70 manat borcu vardır. Uzun müddətdir ki, uşaqla görüşmür, çünki qarşı tərəf imkn yaratmır. Uşaqla görüş günlərinin müəyyən edilməsi üçün məhkəməyə müraciət etməmişdir. Alimentdən başqa uşağa hər hansı maddi köməklik göstərməmişdir, alimenti güclə ödəyir. Maddi imkanı olduqca aşağıdır. İkinci dəfə ailə qurmamış. Başqa övladı yoxdur. Onun artıq miqdarda aliment ödəməyə maddi imkanı yoxdur. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 11 fevral 2017-ci il tarixli, AZ-T 027112 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 01 iyun 2015-ci il təvəllüdlü X6 atası Cavabdeh, anası X3r. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli, 2(075)-3395/2016 saylı qətnaməsindən görünür ki, X7 ilə Cavabdeh arasında 13.04.2014-cü il tarixdə Şəki şəhər İHB-nin Baş Küngüt kəndi üzrə nümayəndəliyində bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahdan 01 iyun 2015-ci ildə anadan olmuş X8 adlı uşaq anası X2 himayəsində saxlanılması, tərəflərin birgə nikahdan 01 iyun 2015-ci ildə anadan olmuş X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 100 (bir yüz) manat alimentin alınaraq Şəki rayonu, Baltalı kəndində yaşayan iddiaçı X4 verilməsi qət edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli, 2(075)-1083/2018 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh alnaraq 01 iyun 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı X4 verilən aliment miqdarı artırılaraq hər ay üçün 115 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 14 dekabr 2021-ci il tarixli, 2021-007811 nömrəli ilkin mediasiya sessiysında iştirak edilməməsi barədə arayışdan görünür ki, birgə nikahdan anadan olmuş uşağın saxlanılması üçün təyin edilmiş aliment məbləğinin artırılması tələbinə dair mübahisə üzrə 14 dekabr 2021ci il tarixdə 09:00-11:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və 50 (əlli) manat məbləğində mediasiya xərcini ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, vaxtı barədə 11 gün qabaq məlumatlandırılmasına baxmayaraq iştirak etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 112.1-ci maddələrini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının və «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun hazırkı münasibətləri tənzimləyən normalarını rəhbər tutmuşdur. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli, 2(075)-1083/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, Musayeva Aytənin yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı qismən artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli, 2(075)-1083/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 160 manat məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 01 iyun 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli, 2(075)-1083/2018 nömrəli qətnaməsi ilə Cavabdeh tutulması müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 160 manat sabit pul məbləğində müəyyən edilsin və həmin aliment məbləği tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-595/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-595/2022
31.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver