Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-595/2023 04.04.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin (ərizənin) ləğv edilməsi, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə (ərizə) üzrə İddiaçı QSC-nin xeyrinə 2071.66 manat məbləğində kredit bоrcu, 122.19 manat məbləğində faiz bоrcu və 123.44 manat məbləğində cərimə olmaqla, xx.xx.2021-ci il tarixli, 002KK**********01 nömrəli kart krediti müqaviləsi üzrə 997.36 manat məbləğində kredit bоrcu, 116.49 manat məbləğində faiz bоrcu və 185.67 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 3616.81 manat məbləğində bоrcun və tərəfimizdən ödənilmiş 56.17 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə 04 aprel 2023-cü il tarixdə elektron ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddianı qəbul edir. Lakin borc məbləğini birdəfəyə ödəməyə imkanı yoxdur. Borcunu ödəməkdən yayınmır Borcunu hər hissə-hissə ödəyəcəyini öhdəsinə götürür. Məhkəmədən borcun hissə-hissə ödənilməsinə köməklik edilməsini və cərimənin silinməsini xahiş edir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 03E**********0 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh illik faiz dərəcəsi 1,75 % olmaqla 24 ay müddətinə 5500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 002KK**********01 saylı kart kredit müqaviləsindən görünür ki, Cavabdeh illik faiz dərəcəsi 2.0833 % olmaqla 36 ay müddətinə 1000 manat məbləğində kredit limiti açılmışdır. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü 5500 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 24 ay müddətinə qaytarmalı olmuşdur. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 25 yanvar 2023-cü il tarixə İddiaçı QSC-yə 29 mart 2021-ci il tarixli, 002KK**********01 saylı kredit müqaviləsi üzrə 997.36 manat əsas, 116.49 manat faiz və 185.67 manat cərimə borcu olmaqla, cəmi 1299.52 manat borcu vardır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 25 yanvar 2023-cü il tarixə İddiaçı QSC-yə 17 mart 2021-ci il tarixli kredit müqaviləsi üzrə 2071.66 manat əsas, 122.19 manat faiz və 123.44 manat cərimə borcu olmaqla, cəmi 2317.29 manat borcu vardır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 5500 manat məbləğində kredit verilmiş, 29 mart 2021-ci il tarixli, 002KK**********01 saylı kart kredit müqaviləsi üzrə 1000 manat məbləğində kredit limiti açılmışdır. Kredit müqavilələri əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı QSC tərəfindən cavabdehə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə uzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı QSC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı QSC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 123.44 manat məbləğində və 185.67 manat məbləğində cərimələrinin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləğləri tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 423, 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək iddiaçı «AccessBank” QSC ilə Cavabdeh arasında bağlanmış 17 mart 2021-ci il tarixli 03E**********0 saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 17 mart 2021-ci il tarixli kredit müqaviləsi üzrə 2071.66 manat məbləğində əsas kredit borcu, 122.19 manat faiz, 50 manat cərimə borcu və 29 mart 2021-ci il tarixli, 002KK**********01 saylı kart krediti müqviləsi üzrə 997.36 manat əsas kredit borcu, 116.49 manat faiz və 20 manat cərimə borcu olmaqla, cəmi 3377.07 manat borc və ödənilmiş 56.17 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilməli, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı «AccessBank” QSC ilə Cavabdeh arasında bağlanmış 17 mart 2021-ci il tarixli 03E**********0 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 17 mart 2021-ci il tarixli kredit müqaviləsi üzrə 2071.66 manat məbləğində əsas kredit borcu, 122.19 manat faiz, 50 manat cərimə borcu; 29 mart 2021-ci il tarixli, 002KK**********01 saylı kart krediti müqviləsi üzrə 997.36 manat əsas kredit borcu, 116.49 manat faiz və 20 manat cərimə borcu olmaqla, cəmi 3377.07 manat borc və ödənilmiş 56.17 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı «AccessBank” QSC-nin xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-595/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-595/2023
04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver