Məhkəmə qərarları › İş №e-2(075)-597/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-597/2025

07.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-597/2025 07.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, GTZK6541244B299 saylı kredit müqaviləsinə əsasən 1413.67 (min dörd yüz on üç manat altmış yeddi qəpik) manat əsas borc, 273.71 (iki yüz yetmiş üç manat yetmiş bir qəpik) manat faiz borcu olmaqla cəmi 1687.38 (min altı yüz səksən yeddi manat otuz səkkiz qəpik) manat məbləğində borc, xx.xx.2024-cü il tarixli, BRCB7385745B299 saylı kredit kartına dair müqaviləyə əsasən 648.81 (altı yüz qırx səkkiz manat səksən bir qəpik) manat əsas borc, 147.67 (yüz qırx yeddi manat altmış yeddi qəpik) manat faiz borcu olmaqla cəmi 796.48 (yeddi yüz doxsan altı manat qırx səkkiz qəpik) manat borc və ödənilmiş 44.84 (qırx dörd manat səksən dörd qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2024-cü il tarixli, GTZK6541244B299saylı Kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 24.1 faiz dərəcəsi ilə 1575 AZN məbləğində kredit verilmişdir. Daha dəqiq desək kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiqi vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2024-cü il tarixli, BRCB7385745B299saylı Kredit Xətti müqaviləsinə əsasənona 650 AZN məbləğində kredit verilmişdir. Daha dəqiq desək kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiqi vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixli, GTZK6541244B299 saylı kredit müqaviləsinə əsasən 1413.67 AZN əsas; 273.71 AZN faiz;cəmi 1687.38 AZN borcu, xx.xx.2024-cü il tarixli, BRCB7385745B299 saylı kredit kartına dair müqaviləyə əsasən 648.81 AZN əsas; 147.67 AZN faiz; cəmi 796.48 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir Azərbaycan Respublikasının MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, GTZK6541244B299 saylı kredit müqaviləsinə əsasən 1413.67 (min dörd yüz on üç manat altmış yeddi qəpik) manat əsas borc, 273.71 (iki yüz yetmiş üç manat yetmiş bir qəpik) manat faiz borcu olmaqla cəmi 1687.38 (min altı yüz səksən yeddi manat otuz səkkiz qəpik) manat məbləğində borc, xx.xx.2024-cü il tarixli, BRCB7385745B299 saylı kredit kartına dair müqaviləyə əsasən 648.81 (altı yüz qırx səkkiz manat səksən bir qəpik) manat əsas borc, 147.67 (yüz qırx yeddi manat altmış yeddi qəpik) manat faiz borcu olmaqla cəmi 796.48 (yeddi yüz doxsan altı manat qırx səkkiz qəpik) manat borc və ödənilmiş 44.84 (qırx dörd manat səksən dörd qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, GTZK6541244B299 saylı kredit müqaviləsinə əsasən 1413.67 (min dörd yüz on üç manat altmış yeddi qəpik) manat əsas borc, 273.71 (iki yüz yetmiş üç manat yetmiş bir qəpik) manat faiz borcu olmaqla cəmi 1687.38 (min altı yüz səksən yeddi manat otuz səkkiz qəpik) manat məbləğində borc, xx.xx.2024-cü il tarixli, BRCB7385745B299 saylı kredit kartına dair müqaviləyə əsasən 648.81 (altı yüz qırx səkkiz manat səksən bir qəpik) manat əsas borc, 147.67 (yüz qırx yeddi manat altmış yeddi qəpik) manat faiz borcu olmaqla cəmi 796.48 (yeddi yüz doxsan altı manat qırx səkkiz qəpik) manat borc və ödənilmiş 44.84 (qırx dörd manat səksən dörd qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC -yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elşən Vəliyev MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Şəki Rayon Məhkəməsi 07 mart 2025-ci il tarixdə Şəki şəhərində Mən, Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Şəki Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 14:30-də başlandı. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib iddianın təmin edilməsi haqqında qətnamə qəbul etdim. Prosessual hərəkət saat 14:40-da qurtardı. Şəki Rayon Məhkəməsinin hakimi: Elşən Vəliyev. Azərbaycan Respublikası adından QƏTNAMƏDƏN ÇİXARİŞ Şəki Rayon Məhkəməsi Şəki şəhər İş № 2(075)-597/2025 07 mart 2025-ci il Hakim Vəliyev Elşən Yaşar oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, GTZK6541244B299 saylı kredit müqaviləsinə əsasən 1413.67 (min dörd yüz on üç manat altmış yeddi qəpik) manat əsas borc, 273.71 (iki yüz yetmiş üç manat yetmiş bir qəpik) manat faiz borcu olmaqla cəmi 1687.38 (min altı yüz səksən yeddi manat otuz səkkiz qəpik) manat məbləğində borc, xx.xx.2024-cü il tarixli, BRCB7385745B299 saylı kredit kartına dair müqaviləyə əsasən 648.81 (altı yüz qırx səkkiz manat səksən bir qəpik) manat əsas borc, 147.67 (yüz qırx yeddi manat altmış yeddi qəpik) manat faiz borcu olmaqla cəmi 796.48 (yeddi yüz doxsan altı manat qırx səkkiz qəpik) manat borc və ödənilmiş 44.84 (qırx dörd manat səksən dörd qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC -yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elşən Vəliyev AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2 (075)-597/2025 07 mart 2025-ci il İddiaçı: İddiaçı ASC-nə (Bakı şəhəri, Füzuli küçəsi 71) Cavabdeh: Cavabdeh, (Şəki rayonu, Birinci Biləcik kəndi) Şəki Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2 (075)-597/2025 saylı qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: 02 vərəqə, 03 səhifə. Hakim Elşən Vəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar