Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-610/2024 23.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi iştirakı ilə, İddiaçı «Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı-nın cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada əsas borc 2549,30 (iki min beş yüz qırx doqquz manat otuz qəpik) manat, faiz borcu 21,70 (iyirmi bir manat yetmiş qəpik) manat olmaqla, cəmi borc 2571 (iki min beş yüz yetmiş bir) manat borc məbləğinin və ödənilmiş 45.71 (qırx beş manat yetmiş bir) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 11 yanvar 2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş, iş üzrə məhkəmə hazırlıq iclası bu günə, yəni 23 may 2024-cü il tarixə, saat 15:40-a təyin edilmişdir. Lakin 21 may 2024-cü il tarixdə iddiaçı «Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı məhkəməyə elektron qaydada ərizə göndərərək, iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. İddiaçı «Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı-nın ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1 və 170.3-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: İddiaçı «Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı-nın cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borc” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı «Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı-na yenidən məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-610/2024
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-610/2024
23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver