Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-615/2024 13.09.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(075)- 5647/2016 saylı icra sənədinə əsasən pensiyasından tutulmuş 2595,84 manat pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 45,40 manat pulun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(075)-5647/2016 saylı qətnaməsi ilə cavabdehlər X15, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, İddiaçı və X1 müştərək qaydada cəmi 11 392,69 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manatın alınaraq iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Kredit götürən, əsas borclu X15 2020-ci ildə vəfat etmişdir. İcra sənədi üzrə borcun tutulması onun pensiyasının 50 faizinə yönəldilmiş və pensiyasından 2487,68 manat vəsait "xxxx" BOKT MMC-nin, 108,16 manat vəsait isə İcra və Probasiya Şöbəsinin xeyrinə tutulmuşdur. Ümumilikdə pensiyasından 2595,84 manat vəsait tutulmuşdur. Bundan başqa cavabdehlər əsas borclu, kredit götürən X6 vərəsələridirlər. Cavabdehlər tərəfindən iddia ərizəsinə qarşı yazılı etirazlar təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, X17 və Gülşad İsgəndərova bacıları ilə tanış olmuşdur. Bir müddət sonra həmin bacılar Qabil Fətəliyevi aldadaraq ondan xeyli miqdarda pul alaraq qaytarmamışlar. Qabil Fətəliyev rəhmətə gedənə qədər onlarla danışaraq pulun qaytarılmasını istəsə də onlar pulu qaytarmamışlar. Sözügedən banka ödənilən məbləğin 80 faiz ödənişi onun pensiyasından və oğlunun əmək haqqıısından tutulmuşdur. Bir neçə bankdan Qabil Fətəliyev pul götürərək həmin qadının bacısına verilməsi barədə evdən notarial təsdiq edilmiş sənəd tapmışdır ki, bu da əyani sübutdur ki, həmin götürülən pullar Dilşad və Gülşad bacılarına verilmişdir. Əslində onlardan pulların qaytarılması barədə iddianı onlar qaytarmalı idi. Mərhumun heç bir əmlakı və varisi yoxdur. İddiaçıdan tutulan son məbləğ 2020-ci ilin sentyabr ayı olmuşdur ki, bu da iddia müddətinin keçməsi deməkdir. İddianın həm iddia müddətinin keçməsi, həm də əsassız olması səbəbindən təmin edilməməsi xahiş edilmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: - Şəki Rayon Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli, 2(075)-5647/2016 saylı icra vərəqəsindən görünür ki, cavabdehlər X15, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, İddiaçı və X3 müştərək qaydada 8115,18 manat məbləğində əsas borc, 3277,51 manat məbləğində faiz borcu olmaqla, cəmi 11392,69 manat məbləğində borc Bank olmayan Kredit təşkilatı "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. - xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi barədə qərardan görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-5647/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədinə xitam verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, icra sənədi üzrə tələb Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli, 551 nömrəli fərmanının əhatə dairəsinə düşmədiyindən tələbkarın müraciətinə əsasən borcun tutulması xx.xx.2019-cu il tarixdə Cavabdeh2 və İddiaçı pensiyasının 50 faizinə yönəldilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının tutulmanın aparılması barədə 17 avqust 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı əmək pensiyasından 2487,68 manat vəsait İnkişaf üçün Maliyyə MMC-nin, 108,16 manat vəsait isə İcra və Probasiya Şöbəsinin xeyrinə tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli 1042 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X6 adına “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemində vərəsəlik işi ilə bağlı heç bir əməliyyat aşkar edilməmişdir. - Şəki Şəhər İHB-nin Böyük Dəhnə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli 42 nömrəli məktubda qeyd edilmişdir ki, Böyük Dəhnə kənd sakini olmuş mərhum X8 məxsus 1991-ci ildə tikilmiş ümumi sahəsi 120 kv.m, yaşayış sahəsi 80 kv.m. olan evdə arvadı Cavabdeh2 və oğlu Cavabdeh1 ailəsi ilə birlikdə yaşayır. X2 aşağıda adları qeyd edilən vərəsələri vardır. Arvdı: Cavabdeh2, oğlu: Cavabdeh1, oğlu: Cavabdeh3, qızı: X7, qızı: X4, qızı: ənahova Gülüstan Qabil qızı. - Şəki Şəhər İHB-nin Böyük Dəhnə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli 47 nömrəli məktubdan görünür ki, Böyük Dəhnə kənd sakini olmuş X15 atası mərhum Fətəliyev Oruc tərəfindən 1991-ci ildə tikilmiş ümumi sahəsi 120 kv.m, yaşayış sahəsi 80 kv.m olan evdə arvadı Cavabdeh2, oğlu Cavabdeh1, gəlini X12, nəvələri X13 və X9 ilə birlikdə yaşayırlar. - xx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi ilə bağlı 45 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.4-cü maddəsinə əsasən reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(075)-5647/2016 saylı qətnaməsi ilə cavabdehlər X15, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, İddiaçı və X1 müştərək qaydada cəmi 11 392, 69 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manatın alınaraq iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Kredit götürən, əsas borclu X15 2020-ci ildə vəfat etmişdir. İcra sənədi üzrə borcun tutulması İddiaçı pensiyasının 50 faizinə yönəldilmiş və pensiyasından 2487,68 manat vəsait "xxxx" BOKT MMC-nin, 108,16 manat vəsait isə İcra və Probasiya Şöbəsinin xeyrinə tutulmuşdur. İddiaçı, iddia tələbini əsaslandıran hallar kimi iş materiallarına əlavə edilmiş və müvafiq tutulmaları təsdiq edən sənədləri təqdim etmişdir. Cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Lakin iddia ərizəsinə qarşı etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişlər. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi əsaslıdır. İddiaçı reqres qaydad ödənilən məbləği əsas borclunun vərəsələrindən tələb edir. Məhkəmə tərəfindən əsas borclunun adına hər hansı vərəsəlik işinin açılıb açılmaması barədə Şəki Regional ASAN Xidmət Mərkəzi Notariat ofisinə müraciət edilmiş, lakin X2 adına hər hansı vərəsəlik işinin açılmadığı qeyd edilmişdir. Bundan sonra məhkəmə tərəfindən mərhum X5 hər hansı miras əmlakın qalıb qalmaması və kim tərəfindən istifadə edilməsi ilə bağlı sorğu göndərilmiş, X5 Şəki rayonu, Böyük Dəhnə kəndində 1991-ci ildə tikilmiş ümumi sahəsi 120 kv.m., yaşayış sahəsi 80 kv.m olan ev qaldığı göstərilmişdir. Vərəsələrdən hər hansı biri tərəfindən miras əmlakdan imtina edilməsi müəyyən edilməmişdir. Yuxarıda göstərilən qanunvericilik normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 2595,84 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə qeyd edir ki, hazırkı iddia tələbi reqres iddia tələbi olduğundan müqavilələr üzrə nəzərdə tutulmuş üç illik iddia müddəti deyil, 10 illik ümumi iddia müddəti tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən iddianın verilməsi üçün ödənilmiş 45,40 manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2595,84 (iki min beş yüz doxsan beş manat səksən dörd qəpik) manat pul vəsaiti və 45,40 (qırx beş manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-615/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-615/2024
13.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver