Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-634/2023 20.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulmuş 12600 manat məbləğində maddi zərərin və ödənilmiş 127.8 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Şəki rayonu Sarıca kəndində yaşayır və kənd təsərrüfatı məhsullarının istehsalı işə məşğul olur. Belə ki, onun mülkiyyətində olan və icarəyə götürdüyü torpaq sahəslərində arpa və buğda əkir. Buna görə də, bir sıra şəxslərdən kənd təsərrüfatı təyinatlı torpaq sahələri icarəyə götürür. 2021-ci ildə iyun ayında Cavabdeh ona bildirmişdir ki, ehtiyacı olduğundan özünə və ailə üzvlərinə məxsus torpaq sahəsini icarəyə verir. Hazırda həmin torpaq sahəsini başqa icarədar biçəcək, biçindən sonra torpaq sahəsini növbəti iki illik ona icarəyə verəcək. O da, cavabdehlə razılaşaraq həmin torpaq sahəsini 2000 manat icarə haqqı verməklə 2 illik icarəyə götürmüşdür. Razılaşmaya əsasən artıq 2021-ci ilin payız ayında həmin torpaq sahəsini o əkməli idi. Şum vaxtı gəldikdə o, Azada demişdir ki, torpaq sahəsini göstərsin, o da şuma başlasın. Lakin cavabdeh ona bildirmişdir ki, bacıları həmin torpaq sahəsini başqa şəxsə icarəyə verimişlər, bu il ötsün gələn ildən torpaq sahəsini əkər. Beləliklə o, 2022-ci ilin payızına kimi gözləmişdir. 2022-ci ilin payızında yenidən Azada müraciət edərək torpaq sahəsini göstərməsini bildirdikdə, Azad ona bacılarının həmin torpaq sahəsini iki illik icarəyə verdiklərini demişdir. Göründüyü kimi Cavabdeh qeyd olunan torpaq sahəsini razılaşmalarına əsasən ona 2000 manat müqabilində icarəyə versə də, artıq 2 ildir ki, torpaq sahəsindən istifadə etməyə imkan vermir. Onun qanunsuz əməlləri nəticəsində o, icarəyə götürdüyü torpaq sahəsini əkə bilməmiş və beləliklə ona maddi və mənəvi ziyan dəymişdir. Həmin torpaq torpaq sahəsində o, arpa əkməli idi və həmin illərdə arpanın məhsuldarlığı hər hektara 35 sentner olmuşdur. Hazırda da bir kiloqram arpanın orta satış bazar qiyməti 45-50 qəpikdir ki, bu da minimum 45 qəpikdən hesablayanda 12600 manat edir. Beləliklə cavabdeh tərəfindən ona 12600 manat maddi ziyan dəymişdir. O, dəfələrlə cavabdehdən vurduğu maddi ziyanı tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək bundan boyun qaçırmışdır. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh hazırkı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, 2021-ci ilin iyul ayında Cavabdeh ilə cavabdehə və ailə üzvlərinə məxsus 8 ha torpaq sahəsini 2000 manat müqabilində (hektarı 250 manata) icarəyə götürməyə razılaşmışlar. O, 2000 manat pulu həmin vaxt bacısı oğlu Kənanın vasitə ilə Azada göndərmişdir. Kənan Ayaz və Elbəyin yanında 2000 manatı Azada vermişdir. Lakin biçin bitib şum başlayan zamanı Azad ona demişdir ki, bacıları torpağı başqa şəxsə vermişdir, torpağı ona gələn il verəcəkdir. Lakin cavabdeh razılaşmaya əməl etməmiş və torpağı ona bu günə qədər verməmişdir. Bu barədə polisə müraciət etmiş və araşdırma aparılmışdır. Onun şikayəti əsasında cavabdeh həmin pulun 700 manatını ona qaytarmaq istəmiş, qalanını isə dekabr ayında qaytarmağı öhdəsinə götürmüşdür. O, isə cavabdehə verdiyi 2000 manat pulun bütöv şəkildə qaytarılmasını tələb edərək 700 manatı qəbul etməmişdir. Əgər torpağı əksəydi hər hektardan 3-4 ton olmaqla 8 hektardan ümumilikdə 25-30 ton məhsul əldə edə bilərdir. Ona görə də, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçı ilə aralarında olan şifahi razılaşmaya əsasən 8 hektar torpaq sahəsini 2021-ci ildə 1 illik 2000 manat olmaqla iddiaçıya icarəyə verməli idi. Lakin bacısıgil icazə vermədiklərinə görə torpaq başqa şəxsə verilmişdir. 2022-ci ildə həmin pulun 700 manatını iddiaçıya qaytarmaq üçün polis əməkdaşı olan Niyaziyə vermişdir. Lakin iddiaçı qəbul etmədiyindən həmin məbləği polis əməkdaşı ona qaytarmışdır. Avqust ayında iddiaçıdan aldığı 2000 manatı qaytara bilər və ya bu il əkin zamanı torpağı iddiaçının istifadəsinə verə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirilmişdir ki, iddiaçının bacısının oğludur. 2021-ci ildə kafedə Elbəy, Ayaz və Azadla birlikdə oturan zaman, dayısı Saleh ona zəng etmiş və evdən pul götürərək Azada verməsini demişdir. O da evdən, dayısının həyat yoldaşından 2000 manat götürərək Azada vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirilmişdir ki, tərəflərlə həmkəndlidirlər. 2021-ci ildə Azad, Kənan və Ayazla birlikdə çayxanada oturan zaman Kənanın dayısı Saleh Kənana zəng edərək evlərində pul götürməsini demiş, o, da Kənanla birlikdə Salehgildən 2000 manat pul götürərək Azada verdiyini görmüşdür. Bildiyinə görə həmin pul torpağın pulu idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirilmişdir ki, 2021-ci ildə çayxanada oturan zaman Kənanın evdən pul gətirərək Azada vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İsayev Bazarbəy İrza oğlu bildirilmişdir ki, o, kombayn sürücüsüdür. Salehin torpaqlarını biçir. Saleh tərəfindən Azada pul verilərkən, o, görməyib. 2021-2022-ci ildə məhsuldarlıq yaxşı olmuşdur. Yəni hər hektardan 3-4 ton məhsul götürülmüşdür. İş materiallarına əlavə edilmiş Şəki şəhər-rayon X3 Polis Bölməsində aparılmış araşdırma materialının surətindən görünür ki, bölmədə İddiaçı şikayəti əsasında araşdırma aparılmış, mübahisə mülki xarakterli olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Eyni zamanda materiala əlavə edilmiş izahatdan görünür ki, Cavabdeh, İddiaçı 2000 manat pul almasını etiraf edərək qısa müddət ərzində borcunu qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Şəki X6 Mərkəzi tərəfindən verilmiş 15 may 2023-cü il tarixli cavab məktubundan görünür ki, 2021-2022-ci əkin ilində havanın quraq və yağmursuz keçməsi səbəbli Sarıca kəndində dəmyə ərazilərinin müəyyən hissələrində taxıl sahələri məhv olmuş, qalan ərazilərdə məhsuldarlıq aşağı olmaqla mənfəət əldə olunmamışdır. Həmçinin qeyd edilmişdir ki, 2021-2022-ci əkin ilində şəki rayonu üzrə 1 kiloqram arpa bitkisinin satış qiyməti 0.38-0.50 manat olmuşdur. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, arasında olan şifahi razılaşmaya əsasən Cavabdeh, ona və ailə üzvlərinə məxsus olan 8 hektar torpaq sahəsini 1 illik İddiaçı istifadəsinə verməli idi. Bunun müqabilində iddiaçı cavabdehə əvvəlcədən 2000 manat məbləğində pul vermişdir. Lakin cavabdeh verdiyi vədə əməl etməmiş və torpaq sahəsini iddiaçının istifadəsinə verməmişdir. Hazırda iddiaçı verdiyi pulu və əldən çıxmış faydanı cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıdan müəyyən məbləğdə pulu almış, bunun müqabilində torpaq sahəsini iddiaçının istifadəsinə vermək öhdəliyini bu günə kimi icra etməmişdir. Qeyd olunan 2000 manat pulun iddiaçı tərəfindən cavabdehə verilməsi halı məhkəmə prosesi zamanı cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçı qarşısında öz öhdəliyini tam yerinə yetirmədiyindən vurduğu zərər üçün iddiaçı qarşısında məsuliyyət daşıyır, iddiaçı isə ona vurulmuş real zərəri tələb etməyə hüququ olan şəxsdir. Bu səbəbdən də Cavabdeh 2000 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəalarının yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsi nəzərdə tutulduğunu qeyd etmişdir. Qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Əgər torpağı əksəydi hər hektardan 3-4 ton olmaqla 8 hektardan ümumilikdə 25-30 ton məhsul əldə edəcəyi ilə bağlı İddiaçı dəlilinə məhkəmə tənqidi yanaşaraq, qeyd edir ki, iddiaçı tərəfindən əldən çıxmış fayda tələb olunsa da, onun tərəfindən bunu sübut edəcək tutarlı əsas gətirilməmiş, cavabdeh tərəfindən ona ziyan vurulması nəticəsində, onun itirdiyi və adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərinin məbləğinin təsdiq edə biləcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Şəki X6 Mərkəzindən alınmış məlumatda iddiaçının qeyd etdiyinin əksinə, 2021-2022-ci əkin ilində havanın quraq və yağmursuz keçməsi səbəbli Sarıca kəndində dəmyə ərazilərinin müəyyən hissələrində taxıl sahələri məhv olmuş, qalan ərazilərdə məhsuldarlıq aşağı olmaqla mənfəət əldə olunmaması qeyd edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddaçının dəlilləri iddia tələbinin həmin hissəsində şəxsi mülahizələrdən ibarət olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2000 manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 40 manatı cavabdehə, 86.8 manatı isə iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2000 manat məbləğində pul, 40 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 86.8 manatı iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-634/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-634/2023
20.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver