Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-638/2024 12.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, GTGK6115453A170 saylı kredit müqaviləsinə əsasən 5116.48 manat əsas, 448.41 manat faiz borcu olmaqla, cəmi 5564.89 manat borcun, xx.xx.2022-ci il tarixli, BRCB6136384A170 saylı kredit kartına dair müqaviləyə əsasən 333.38 manat əsas, 69.36 manat faiz borcu olmaqla, cəmi 402.74 manat borcun və ödənilmiş 79.68 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə 15 fevral 2024-cü il tarixdə elektron ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli GTGK6115453A170 saylı Kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 6180 AZN məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli BRCB6136384A170 saylı Kredit müqaviləsinə əsasən ona illik 25 faiz dərəcəsi ilə 350 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASCnə xx.xx.2022-ci il tarixli GTGK6115453A170 saylı kredit müqaviləsinə əsasən 5116,48 AZN əsas; 448,41 AZN faiz;cəmi 5564,89 AZN borcu, xx.xx.2022-ci il tarixli BRCB6136384A170 saylı kredit kartına dair müqaviləyə əsasən 333,38 AZN əsas; 69,36 AZN faiz; cəmi 402,74 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04 avqust 2022-ci il tarixli, GTGK6115453A170 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh 48 ay müddətinə illik faiz dərəcəsi 19 faiz olmaqla 6180 (altı min bir yüz səksən) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 08 avqust 2022-ci il tarixli, BRCB6136384A170 saylı kredit kartına dair müqaviləsinə əsasən, Cavabdeh illik faiz dərəcəsi 25 faiz olmaqla 350 (üç yüz əlli) manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, GTGK6115453A170 saylı kredit müqaviləsinə əsasən götürdüyü 6180 (altı min bir yüz səksən) manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 48 ay müddətinə qaytarmalı olmuşdur. İş materiallarında olan 11 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 08 yanvar 2024-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 04 avqust 2022ci il tarixli, GTGK6115453A170 saylı kredit müqaviləsinə əsasən 5116.48 manat əsas, 448.41 manat faiz borcu olmaqla, cəmi 5564.89 manat, 08 avqust 2022-ci il tarixli, BRCB6136384A170 saylı kredit müqaviləsinə əsasən 333.38 manat əsas, 69.36 manat faiz borcu olmaqla, cəmi 402.74 manat borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişə əsasən müəyyən olunur ki, Cavabdeh İddiaçı ASC tərəfindən xəbərdarlıq edilmiş, pulu qaytarmayacağı təqdirdə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi nəzərinə çatdırılmışdır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 04 avqust 2022-ci il tarixli, GTGK6115453A170 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 6180 (altı min bir yüz səksən) manat məbləğində kredit verilmiş, 08 avqust 2022-ci il tarixli, BRCB6136384A170 saylı kredit müqaviləsinə əsasən (üç yüz əlli) manat məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən cavabdehə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək Cavabdeh xx.xx.2022-ci il tarixli, GTGK6115453A170 saylı kredit müqaviləsinə əsasən 5116.48 (beş min bir yüz on altı manat qırx səkkiz qəpik) manat əsas, 448.41 (dörd yüz qırx səkkiz manat qırx bir qəpik) manat faiz borcu olmaqla, cəmi 5564.89 (beş min beş yüz altmış dörd manat səksən doqquz qəpik) manat borcun, xx.xx.2022-ci il tarixli, BRCB6136384A170 saylı kredit kartına dair müqaviləyə əsasən 333.38 (üç yüz otuz üç manat otuz səkkiz qəpik) manat əsas, 69.36 (altmış doqquz manat otuz altı qəpik) manat faiz borcu olmaqla, cəmi 402.74 (dörd yüz iki manat yetmiş dörd qəpik) manat borc və ödənilmiş 79.68 (yetmiş doqquz manat altmış səkkiz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli,GTGK6115453A170 saylı kredit müqaviləsinə əsasən 5116.48 (beş min bir yüz on altı manat qırx səkkiz qəpik) manat əsas, 448.41 (dörd yüz qırx səkkiz manat qırx bir qəpik) manat faiz borcu olmaqla, cəmi 5564.89 (beş min beş yüz altmış dörd manat səksən doqquz qəpik) manat borcun, xx.xx.2022-ci il tarixli, BRCB6136384A170 saylı kredit kartına dair müqaviləyə əsasən 333.38 (üç yüz otuz üç manat otuz səkkiz qəpik) manat əsas, 69.36 (altmış doqquz manat otuz altı qəpik) manat faiz borcu olmaqla, cəmi 402.74 (dörd yüz iki manat yetmiş dörd qəpik) manat borc və ödənilmiş 79.68 (yetmiş doqquz manat altmış səkkiz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-638/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-638/2024
12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver