Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-641/2022 26.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, 26.03.2021-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqısatqı müqaviləsi üzrə 26.01.2022-ci il tarixinə yaranmış 823 manat əsas, 123.4 manat cərimə, cəmi 946.4 manat, 07.03.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 1008.9 manat əsas, 151.3 manat cərimə, cəmi 1160.2 manat, ümumilikdə 2106.6 manat borcun və 41.10 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı MMC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı MMC-nin hüquq şöbəsinin müdiri Nümayəndə 26 aprel 2022-ci il tarixdə elektron ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bаğlаnmış 07 mart 2021-ci il tarixli, ********* saylı müqaviləyə əsasən cavabdeh satış qiyməti 1212.9 manat olan Acer markalı 01 ədəd noutbook əldə etmiş, borc məbləğini 18 ay müddətinə ödəməyi (18 ay X 68.00 manat) öhdəsinə götürmüşdür. Lakin ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Hazırda cavabdehin 07 mart 2021-ci il tarixli, ********* saylı müqaviləyə əsasən 1008.9 manat əsas, 151.3 manat cərimə olmaqla, cəmi 1160.2 borcu vardır. İddiaçı MMC ilə Cavabdeh arasında bаğlаnmış 26 mart 2021-ci il tarixli, ********* saylı müqaviləyə əsasən cavabdeh satış qiyməti 1099.00 manat olan Asus markalı 01 ədəd noutbook əldə etmiş, borc məbləğini 12 ay müddətinə ödəməyi (12 ay X 92.00 manat) öhdəsinə götürmüşdür. Lakin ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Hazırda cavabdehin 26 mart 2021-ci il tarixli, ********* saylı müqaviləyə əsasən 823.00 manat əsas, 123.40 manat cərimə olmaqla, cəmi 946.40 borcu vardır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07 mart 2021-ci il tarixli, ********* saylı müqaviləyə əsasən, cavabdeh satış qiyməti 1212.9 manat olan Acer markalı 01 ədəd noutbook əldə etmiş, borc məbləğini (18 ay X 68.00 manat) öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü mobil telefonun dəyərini hər ay hissə-hissə ödəməklə 18 ay müddətinə qaytarmalı olmuşdur. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26 mart 2021-ci il tarixli, ********* saylı müqaviləyə əsasən, cavabdeh satış qiyməti 1099.00 manat olan Asus markalı 01 ədəd ədəd noutbook əldə etmiş, borc məbləğini (12 ay X 92.00 manat) öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü mobil telefonun dəyərini hər ay hissə-hissə ödəməklə 12 ay müddətinə qaytarmalı olmuşdur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bаğlаnmış 07 mart 2021-ci il tarixli, ********* saylı və 26 mart 2021-ci il tarixli, ********* saylı müqavilələrə əsasən, cavabdeh satış qiyməti 1212.9 manat olan Acer markalı və 1099.00 manat olan Asus markalı noutbook əldə etmiş, borc məbləğini müvafiq olaraq 18 və 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı tərəfdən təqdim edilmiş 26 yanvar 2022-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 11 mart 2021-ci il tarixli, ********* saylı müqaviləyə əsasən 07.03.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 1008.9 manat əsas, 151.3 manat cərimə və 26.03.2021-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 823 manat əsas, 123.4 manat cərimə borcları vardır. Bu səbəbdən də İddiaçı MMC qalıq qalmış borcun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı MMC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 07 mart 2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 151.30 manat və 26 mart 2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 123.40 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək 07 mart 2021-ci il tarixli, ********* saylı müqaviləyə əsasən 1008.90 manat əsas, 30.00 manat cərimə borcu və 26 mart 2021-ci il tarixli, ********* saylı müqaviləyə əsasən 823.00 manat əsas, 20.00 manat cərimə borcu olmaqla, ümumilikdə 1881.90 manat borc Cavabdeh tutularaq İddiaçı MMCyə ödənilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 41.10 manat dövlət rüsumunun 4.11 manatı iddiaçının özünə aid edilməklə, 36.99 manatı Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, iddianın qalan hissəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 07 mart 2021-ci il tarixli, ********* saylı müqaviləyə əsasən 1008.90 manat əsas, 30.00 manat cərimə borcu; 26 mart 2021-ci il tarixli, ********* saylı müqaviləyə əsasən 823.00 manat əsas, 20.00 manat cərimə borcu olmaqla, ümumilikdə 1881.90 manat borc Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İş üzrə ödənilmiş 41.10 manat dövlət rüsumunun 4.11 manatı iddiaçının özünə aid edilməklə, 36.99 manatı Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-641/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-641/2022
26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver