Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-654/2024 31.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsi olmaqla “şəxsin xəbərsiz itkin düşmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: Ərizəçi maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsi olmaqla, ərizə ilə məhkəməyə müraciət edərək, 11 noyabr 1966-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan X7 xəbərsiz itkin düşmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X11 ilə 08 fevral 2005-ci il tarixdə Şəki şəhər VVADQ Şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2011-ci il təvəllüdlü X14 adlı uşaqları olmuşdur. Həyat yoldaşı X11 xx.xx.2021-ci il tarixdə Şəki rayonu Kiş dağı adlanan əraziyə getmiş və geri qayıtmamışdır. xx.xx.2021-ci il tarixdə o, Şəki ŞRPŞ-nə müraciət edərək əri X5 yerinin müəyyən edilməsini xahiş etmişdir. Lakin onun olduğu yer aşkar edilməmiş və Şəki ŞRPŞ-də axtarış işi açılmışdır. Həyat yoldaşı X7 uzun müddət yerinin məlum olmaması, iki ildən artıqdır ki, yaşayış yerində görünməməsi onu çox böyük problemlərlə üz-üzə qoymuşdur. Belə ki, ilk növbədə bu ona ailəsi üçün ünvanlı dövlət sosial yardımını ala bilməməyinə, övladlarının müayinə və müalicə üçün xarici ölkələrə aparılmasına heç cürə imkan vermir. Bundan başqa həyat yoldaşı X11 tərəfindən BOKT "xxxx" MMC-nin Şəki filialına kredit götürərkən girov qoyulmuş qızıl-zinət əşyalarını kredit borcunun tam ödənilməsinə baxmayaraq götürə bilmir. Bu səbəbdən də həyat yoldaşı X7 xəbərsiz itkin düşməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, həyat yoldaşı X11 dağda gəzməyi xoşlamışdır. Əvvəl bir dəfə də dağa getmiş, sonra geri qayıtmışdır. Sonuncu dəfə həyat yoldaşı 30 avqust 2021-ci il tarixdə dağa gəzməyə getmiş, 1 gün Bəxtiyargildə qalmışdır. Lakin həmin vaxtdan bəri bir daha geri qayıtmamışdır. Ərinin itkin düşməsi ilə bağlı DİN-də axtarış işləri aparılmış, lakin bu günə kimi əri tapılmamışdır. Həyat yoldaşının itkin düşməsi bir sıra problemlərə yol açmışdır. Bu səbəbdən hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materialarında olan: - 08 fevral 2005-ci il tarixli, AZ-İ 151917 seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X11 ilə X6 arasında 08 fevral 2005-ci il tarixdə bağlanmış nikah nikahın bağlanması haqqında akt qeydləri kitabında 43 nömrə ilə qeyd edilmişdir. - 08 sentyabr 2023-cü il tarixli, HK-1/1160 nömrəli arayışdan görünür ki, Şəki şəhər sakini Ərizəçi Məmməd qızının xx.xx.2021-ci il tarixində Şəki ŞRPŞ-nə daxil olmuş həyat yoldaşı X7 xx.xx.2021-ci il tarixində Şəki rayonu, Kiş dağı adlanan ərziyə getməsi və bir daha geri qayıtmaması barədə olan ərizəsi əsasında TB-nin sabiq təhqiqatçısı, polis mayoru Hafiz Kərimov tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı toplanmış materialda cinayət hadisəsinin olmadığı müəyyən edildiyindən xx.xx.2021-ci il tarixində material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, eyni zamanda təhqiqat araşdırması zamanı X7 olduğu yer aşkar edilmədiyindən şəxsin barəsində Şəki ŞRPŞ-də axtarış işi açılmışdır. - BOKT "xxxx" MMC-nin 11 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi ərizə ilə BOKT "xxxx" MMC-yə müraciət edərək, X11 tərəfindən BOKT "xxxx" MMC-yə girov qoyulmuş qızıl-zinət əşyasının Tofiq Salamovun xəbərsiz itkin düşməsi səbəbindən ona təhvil verilməsini xahiş etmiş, bank tərəfindən ərizəçiyə bildirilmişdir ki, borclu X10 tərəfindən girov qoyulmuş qızıl-zinət əşyaları həmin əşyaları götürməyə səlahiyyəti Qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiqlənmiş olan şəxsə təhvil verilə bilər. Belə ki, ərizəçi tərəfindən “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi” barədə aidiyyatı üzrə məhkəməyə müraciət edilərək bu barədə qətnamə çıxarılması və Qanunvericilikdə nəzərdə tutulmuş sonrakı müvafiq prosedurların yerinə yetirilməsi nəticəsi olaraq itkin düşənin əmlakının idarə olunması üçün şəxs (qəyyum) müəyyən edilməsinin lazım olması bildirilmişdir. - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Ərizəçi xx.xx.2021-ci il tarixdə Şəki ŞRPŞ-nə daxil olmuş, xx.xx.2021-ci il tarixdə əri X7 Kiş dağına gəzməyə getməsi və bir daha geri qayıtmaması ilə bağlı HK-1/1160 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin 05 mart 2024-cü il tarixli, 02/2534 saylı məktubundan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü X7 digər ölkələrdən deportasiya olunması barədə Dövlət Miqrasiya Xidmətində məlumat mövcud deyildir. - Şəki Rayon Prokurorluğunun 06 mart 2024-cü il tarixli, 78xid-24 saylı məktubundan görünür ki, Şəki şəhəri, C.Hüseyn küçəsi, ev 45 ünvanında qeydiyyatda olan X7 barəsində Şəki rayon Prokurorluğunda araşdırma aparılmamışdır. - Azərbaycan Respublikası DSX-nin Sərhəd Nəzarətinin 13 mart 2024-cü il tarixli, 3- 38-2/33-864/24 saylı məktubundan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü X2 dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2018-ci il tarixdə çıxış, xx.xx.2019cu il tarixdə giriş məlumatları qeydə alınmışdır. Bununla yanaşı, xx.xx.1966-cı il təvəllüdlü X7 xarici ölkələrdən deportasiya olması barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. - Şəki ŞRPŞ-nin 25 mart 2024-cü il tarixli, 38108/2-6851/2023 saylı məktubundan görünür ki, Tofiq Salamov barəsində axtarış işi açılmasından başqa Şəki ŞRPŞ-də digər araşdırma aparılmamış, Azərbaycan Respublikasında və ya xarici dövlətdə hər hansı bir cinayət əməlinə qarışıb-qarışmaması haqda məlumat yoxdur. - Azərbaycan Respublikası DTX-nin Şəki şəhər şöbəsinin 16 aprel 2024-cü il tarixli, 3-39-160/2-1552/2024 saylı məktubundan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü, Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, milliyətcə ləzgi, fərdi əməklə məşğul olan, ünvan 3 ünvanında qeydiyyatda olan X11 xx.xx.2021-ci il tarixdə Dağıstan Respublikası ilə həmsərhəd olan dağlıq ərazidə itkin düşmüş şəxs kimi şöbəyə məlumdur. T.Salamov barədə şöbədə hər hansı araşdırma aparılmamış, onun Azərbaycan Respublikasında və ya xarici dövlətdə hər hansı bir cinayət əməlinə qarışıbqarışmamasına dair rəsmi məlumat daxil olmamışdır. - Azərbaycan Respublikası DSX-nin İstintaq və Təhqiqat İdarəsinin 17 may 2024-cü il tarixli, 3-38-16/2-3648/24 saylı məktubundan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı X7 dövlət sərhədindən hərəkəti barədə “giriş-çıxış və qeydiyyat” X1 Axtarış Sistemində məlumat qeydə alınmamışdır. - “Çələbixan” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 30 may 2024-cü il tarixli, 79 saylı arayışdan görünür ki, X4 şəhəri, (S.M.Əfəndiyev) İ.Nəbiyev küçəsi, 4 ünvanında yaşamışdır. 08 sentyabr 2023-cü il tarixli ŞRPŞ-nin HK-1/1160 saylı arayışına əsasən X11 xx.xx.2021-ci il tarixdən axtarışa verilmişdir. Qeyd edilən ünvanda ailəsi ilə birlikdə yaşamış, xx.xx.2021-ci il tarixdən ailəsinin dediyinə əsasən itkin düşmüşdür. - Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, X11 29 avqust 2021-ci il tarixdə evdən çıxıb dağa moruq yığmağa getmişdir. Dağa moruq yığmağa gedəndə adətən səhər tezdən çıxıb, axşam qayıdırdı. İki gün sonra onlar X8 axtarışa vermişlər. Polis şöbəsinə də bu barədə məlumat vermişdilər. Axtarışa qohumlarla birlikdə getmişdilər. X3 tapılmamışdır. Sonuncu dəfə o, ayın 26 – 27si Tofiqi görmüşdür. - Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Tofiq itən vaxtı o, qonşuluqda qalmışdır. 2021-ci il avqust ayında o, sonuncu dəfə Tofiqi 2 həftə əvvəl görmüşdü. Tofiqin heç kimlə ədavəti olmamışdır. Tofiq problemli adam olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. 40.2-ci maddəsinə əsasən itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. 40.5-ci madəsinə əsasən xəbərsiz itkin düşmüş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında qərarı, habelə onun əmlakının idarə olunması haqqında qərarı ləğv edir. Mülki Prosessual Məcəllənin: 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. 314.1-ci maddəsinə əsasən hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır. 315.1-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. 316-cı maddəsinə əsasən xXəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Göründüyü kimi X4 şəhəri, C.Hüseynov küçəsi, 45 ünvanında qeydiyyatda olmasına baxmayaraq 2021-ci ilin avqust ayından sonra onun harada olması barədə qeydiyyat ünvanı üzrə heç bir dəqiq məlumat yoxdur. 2021-ci ilin avqust ayından sonrakı tarixdən X11 yaşayış yerində görünməmiş və harada yaşaması da bəlli olmamışdır. Məhkəmə iclasında ərizəçinin və şahidlərin ifadələri, habelə işdə olan sənədlərdən aydın olur ki, X11 2021-ci ilin avqust ayının 30-u Şəki rayonu Kiş dağlarına getmiş və geri qayıtmamışdır. Tofiq Salamovun barəsində axtarış işləri aparılsa da, onun hara olması barədə hər hansı məlumat əldə edilməmişdir. Məhkəmə iclası zamanı araşdırılmış sübutlarla təsdiq edilmişdir ki, X11 itkin düşmüşdür. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 11 noyabr 1966-cı il tarixdə Azərbaycan Respublikası ünvan 6 ünvanında pasport qeydiyyatında olan X11 xəbərsiz itkin düşmüş hesab edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 307.2.11 və 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: Ərizə təmin edilsin. 11 noyabr 1966-cı il tarixdə Azərbaycan Respublikası ünvan 7 ünvanında pasport qeydiyyatında olan X11 xəbərsiz itkin düşmüş hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-654/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-654/2024
31.05.2024 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver