Məhkəmə qərarları › İş №e-2(075)-659/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-659/2025

02.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-659/2025 02.05.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 475 (dörd yüz yetmiş beş) manat əsas, 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 525 (beş yüz iyirmi beş) manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı uzun müddətdir ki, “Home Gallery” mağazasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Fərdi sahibkar kimi Azərbaycan Respublikası Qanunları və nizamnamə əsasında fəaliyyət göstərərək, məişət avadanlıqlarının nağd və kreditlə satışı ilə məşğul olur. Şəxslərə hər hansı avadanlıq kreditlə satıldığı zaman onlarla mağaza arasında kredit-satış müqaviləsi bağlanır. Bundan sonra avadanlıq alıcıya təqdim edilir. Kredit-satış müqaviləsinin 7-ci bəndinə əsasən, alıcı daşıdığı öhdəlikləri yerinə yetirmədiyi təqdirdə satıcının iddiası əsasında məhkəmə qarşısında məsuliyyətə cəlb oluna bilər. Borclu Cavabdeh ilə “Home Gallery” mağazası arasında bağlanmış 22 yanvar 2024-cü il tarixli kredit-satış müqaviləsinə əsasən mağazadan borclu Cavabdeh dəyəri 950 (doqquz yüz əlli) manat olan “Samsung” markalı 1 ədəd paltaryuyan verilmişdir. Borclu qeyd edilən malın dəyərindən 95 (doxsan beş) manat məbləğində ilkin ödəniş etmişdir. Bundan sonra ödəniş cədvəlinə əsasən o, mağazaya 9 ay müddətində, hər ay 95 (doxsan beş) manat məbləğində ödəniş etməli idi. Lakin borclu Cavabdeh kredit-satış müqaviləsi üzrə cəmi 380 (üç yüz səksən) manat məbləğində ödəniş etdikdən sonra qalan borcunu ödəməmiş və öz üzərinə düşən öhdəlikləri lazımınca icra etməmişdir. Hazırda borclu Cavabdeh “Home Gallery” mağazasına kredit-satış müqaviləsi üzrə 570 (beş yüz yetmiş) manat məbləğində borcu qalmışdır. Borcluya dəfələrlə xəbardarlıq edilməsinə baxmayaraq o, üzərinə düşən öhdəliyi icra etməmiş və müqavilənin şərtlərini pozmuşdur. Bunun nəticəsində mağazaya borclu tərəfindən maddi zərər dəymişdir. Mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə borcluya pretenziya məktubu göndərilmiş və qeyd edilən müddət ərzində borcu ödəməyəcəyi təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmiş, lakin cavabdeh borcunu yenə də ödəməmişdir. Ona görə də, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşlar. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 30 (otuz) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı cavabdehə qarşı hazırkı iddia tələbinin 50 (əlli) manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 475 (dörd yüz yetmiş beş) manat əsas, 10 (on) manat cərimə borcu olmaqla, cəmi 485 (dörd yüz səksən beş) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 475 (dörd yüz yetmiş beş) manat əsas, 10 (on) manat cərimə borcu olmaqla, cəmi 485 (dörd yüz səksən beş) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elşən Vəliyev. MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Şəki Rayon Məhkəməsi xx.xx.2025-ci il Şəki şəhəri Mən, Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Şəki Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 09:50-də başlandı. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib iddianın qismən təmin edilməsi haqqında qətnamə qəbul etdim. Prosessual hərəkət saat 10:00-da qurtardı. Hakim: Elşən Vəliyev Azərbaycan Respublikası adından QƏTNAMƏDƏN ÇİXARİŞ Şəki Rayon Məhkəməsi Şəki şəhər İş № 2(075)-659/2025 xx.xx.2025-ci il Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 475 (dörd yüz yetmiş beş) manat əsas, 10 (on) manat cərimə borcu olmaqla, cəmi 485 (dörd yüz səksən beş) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Vəliyev AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2 (075)-659/2025 xx.xx.2025-ci il İddiaçı: İddiaçı (Şəki şəhəri M.Əzizbəyov küçəsi ev 15) Cavabdeh: Cavabdeh, (Şəki şəhəri A.Məmmədov küçəsi ev 1/23) Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(075)-659/2025 saylı qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: 02 vərəqə, 03 səhifə. Hakim Elşən Vəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar