Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-669/2022 16.02.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı “torpaqdan çıxarma və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizələrini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1, İddiaçı4, İddiaçı5 və İddiaçı6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş KOD 404130018, JN-105233 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən Şəki rayonu Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli, 49 nömrəli qərarı üzrə onların – X1 və X2 birlikdə mülkiyyətlərinə verilmiş Şəki rayonu Cumakənd kəndi ərazisində cizgidə göstərilən sərhədlər daxilində 2.91 hektar pay torpaq sahəsindən Cavabdeh əmlakı ilə birlikdə çıxarılması və həmin torpaq sahəsindən onların istifadə etməyinə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının MPMnin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) əlavə edilir. Elektron iddia ərizəsindən göründüyü kimi iddia ərizəsi İddiaçı2 tərəfindən elektron imza ilə imzalanaraq məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan 26 avqust 2000-ci il tarixli, JN-233 nömrəli (kod ********) «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktının elektron surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli, 49 nömrəli qərarına əsasən Şəki rayonu Cumakənd kənd sakinləri X3, X4, İddiaçı2, X8, X5, X9, X6 və İddiaçı6 Caial oğlunun ümumi birgə mülkiyyətlərinə 2.91 hektar torpaq sahəsi verilmişdir. Göründüyü kimi iddia ərizəsi “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında adları qeyd edilmiş birgə mülkiyyətçilərin hər biri tərəfindən deyil, onlardan bir neçəsi tərəfindən verilmiş, lakin iddia ərizəsi elektron imza vasitəsilə yalnız İddiaçı2 tərəfindən imzalanmış, iş materiallarına İddiaçı2 digər iddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı4, İddiaçı5 və İddiaçı6 adından elektron ərizəni imzalamaq səlahiyyətinin olmasını təsdiq edən etibarnamə əlavə edilməmişdir. Bundan başqa iddia ərizəsinə birgə mülkiyyətçilərdən X3 və X2 vəfat etməsinə dair arayış əlavə edilsə də, həmin şəxslərin ölüm haqqında şəhadətnamələrinin təsdiq edilmiş surətləri əlavə edilməmişdir. Həmçinin, iddiaçılar iddia ərizəsinə mübahisəli torpaq sahəsinin məhz Cavabdeh tərəfindən zəbt edilməsini təsdiq edən heç bir sübut əlavə etməmişlər. Bundan başqa JN-233 nömrəli (kod ********) mülkiyyət sənədində bir neçə şəxsin adında uyğunsuzluq olması müəyyən olunmuşdur. Odur ki, məhkəmə qeyd edir ki, mülkiyyət sənədinin iddiaçılar və onların ailə üzvlərinə məxsus olması müəyyən edilmədən hazırkı iddia tələbinə baxılması gələcəkdə iş üzrə yekun məhkəmə qərarının çıxarılmasına maneçilik törədə bilər. Ona görə də iddiaçılara həmin Dövlət Aktında olan yanlışlığın aradan qaldırılması və həmin aktda adları qeyd edilmiş mülkiyyətçilərlə birlikdə göstərilən tələblə yenidən məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263.1, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı “torpaqdan çıxarma və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizələri və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-669/2022
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-669/2022
16.02.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver