Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-670/2023 31.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 04 iyun 2021 il tariхli, 800804-862619/2 nömrəli krеdit müqaviləsi üzrə 2,767.76 manat məbləğində əsas bоrc və 370.44 manat faiz borcu оlmaqla, cəmi 3,138.20 manat borcun və 51.79 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı ASC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı ASC məhkəməyə 31 mart 2023-cü il tarixdə ərizə göndərərək, məhkəmə iclasının iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 04 iyun 2021 il tariхli, 800804-862619/2 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 26.5% dərəcəsi ilə 3500 manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. 01 fevral 2023-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 2,767.76 manat məbləğində əsas bоrcu və 370.44 manat faiz borcu оlmaqla, ümumilikdə 3,138.20 manat məbləğində kredit bоrcu yaranmışdır. Krеdit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, həqiqətən də onunla «İddiaçı ASC arasında bağlanmış 04 iyun 2021 il tariхli, 800804-862619/2 nömrəli krеdit müqaviləsinə əsasən ona 3500 manat məbləğində krеdit vеrilmişdir. O, borcunun olduğunu qəbul edir. Lakin maddi vəziyyəti aşağı olduğundan kredit borcunu ödəyə bilməmişdir. Himayəsində az yaşlı və xəstə uşağı var. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi atası X2 izahat verərək bildirdi ki, iddianı qəbul edir. Lakin borc məbləğini birdəfəyə ödəməyə imkanları yoxdur. Borcunu hər ay hissə-hissə ödəyəcəyini öhdəsinə götürür. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh oğlu arasında bağlanmış 04 iyun 2021-ci il tarixli, 800804-862619/2 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh 48 ay müddətinə, illik 26.5 % dərəcəsi ilə 3.500 manat məbləğində kredit verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh oğlu götürdüyü 3500 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 48 ay müddətinə qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş xx.xx.2023cü il tarixli maliyyə arayışından görünür ki, 01 fevral 2023-cü il tarixə Borcalanın Banka 2,767.76 manat manat əsas borc və 370.44 manat faiz borcu olmaqla, cəmi 3138.20 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 120 gün təşkil edir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ASC ilə Cavabdeh oğlu arasında bağlanmış 04 iyun 2021-ci il tarixli, 800804-862619/2 nömrəli kredit müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 26.5 % dərəcəsi ilə 3.500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh oğlu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh oğlundan tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 04 iyun 2021-ci il tarixli, 800804-862619/2 saylı kredit müqaviləsi üzrə 2,767.76 (iki min yeddi yüz altmış yeddi manat yetmiş altı qəpik) manat məbləğində əsas, 370,44 (üç yüz yetmiş manat qırx dörd qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 3,138.20 (üç min yüz otuz səkkiz manat iyirmi qəpik) manat borc və ödənilmiş 51.79 (əlli bir manat yetmiş doqquz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 04 iyun 2021-ci il tarixli, 800804-862619/2 saylı kredit müqaviləsi üzrə 2,767.76 (iki min yeddi yüz altmış yeddi manat yetmiş altı qəpik) manat məbləğində əsas, 370,44 (üç yüz yetmiş manat qırx dörd qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 3,138.20 (üç min yüz otuz səkkiz manat iyirmi qəpik) manat borc və ödənilmiş 51.79 (əlli bir manat yetmiş doqquz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASCnin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elşən Vəliyev.
Məhkəmə qərarları › İş №e-2(075)-670/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-670/2023
31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver