Məhkəmə qərarları › İş №e-2(075)-677/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-677/2023

12.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-677/2023 12.04.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 oktyabr 2019-cu il təvəllüdlü X5 adlı uşaqlarının yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh Şəki Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli 2(075)-221/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş ayda 150 (bir yüz əlli) manat alimentin artırılması və cavabdehdən ayda 220 (iki yüz iyirmi) manat alimentin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, o, 2018-ci ildə Cavabdeh ilə faktiki nikah bağlayaraq ailə həyatı qurmuşdur. Rəsmi nikahları 24 dekabr 2019-cu il tarixdə Şəki Regional “ASAN Xidmət” X1 697 nömrə ilə qeydiyyata alınmışdır. Birgə nikahda olduqları müddətdə onların 05 oktyabr 2019-cu il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Şəki Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli 2(075)-221/2022 nömrəli qətnaməsinə əsasən 24 dekabr 2019-cu il tarixdə Şəki Regional “ASAN Xidmət” X1 697 nömrə ilə qeydiyyata alınmış nikahın pozulması, cavabdehdən ayda 150 (bir yüz əlli) manat aliment alınaraq 05 oktyabr 2019-cu il təvəllüdlü oğlu X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ona ödənilməsi qət edilmişdir. Lakin cavabdeh tərəfindən ödənilən aliment uşağın ehtiyaclarını ödəmir. Uşağın böyüməsi, onun heç bir yerdə işləməməsi və cavabdehin az miqdarda aliment ödəməsi səbəbindən uşağın yeməyinə, geyiminə və digər xərclərinə görə ödəniş edə bilmir. Ona görə də alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hal-hazırda cavabdehin harada işləməsi və nə qədər gəlirinin olması barədə onun məlumatı yoxdur. Ona görə də alimentin miqdarının artırılmasını və cavabdehdən ayda 220 (iki yüz iyirmi) manat aliment alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli 2(075)- 221/2022 nömrəli qətnaməsinə əsasən tərəflər arasında 24 dekabr 2019-cu il tarixdə Şəki Regional “ASAN Xidmət” X1 697 nömrə ilə qeydiyyata alınmış nikahın pozulması, cavabdehdən ayda 150 (bir yüz əlli) manat aliment alınaraq 05 oktyabr 2019-cu il təvəllüdlü oğlu X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün iddiaçıya ödənilməsi qət edilmişdir. Bildirmişdir ki, cavabdeh iddiaçının və uşağın maddi ehtiyacları ilə maraqlanmır, onlara hər ay ödədiyi aliment məbləğindən əlavə heç bir yardım göstərmir. İddiaçı uşağın maddi tələbatlarını qarşılamaqda çətinlik çəkir. Cavabdeh isə onların heç bir maddi tələbatları ilə maraqlanmır. Uşaq böyüdükcə günü-gündən tələbatları daha da artır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qətnaməsi ilə təyin olunmuş 150 manat aliment uşaqların heç bir tələbatlarını qarşılamır. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və ya məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 02 fevral 2020-ci il tarixli, AZ-İV 987283 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 05 oktyabr 2019-cu il təvəllüdlü X4 atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Şəki Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(075)-221/2022 saylı qətanaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 24 dekabr 2019-cu il tarixdə Şəki Regional “Asan Xidmət” X2 bağlanmış 697 nömrəli nikahın pozulması, birgə nikahlarından olan uşaqları 05 oktyabr 2019-cu il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılması, 05 oktyabr 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 150 manat məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 30 iyul 2022-ci il tarixli, MŞŞ/1/-00005 nömrəli X3 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 30 iyul 2022-ci il tarixində 15:00-15:30 saatlarında keçirilməsi nəzərdə tutulan X3 iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Cavabdeh X3 iştirak etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2. maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, təyin edilmiş aliment iddiaçı tərəfin mənafeyi və maraqlarına xələl gətirir. Belə olan halda iddiaçıya təyin edilmiş alimentin miqdarının dəyişdirilməli, uşaq üçün aliment sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(075)-221/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşaqların saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 05 oktyabr 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı qismən artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq iddia tələbi qismən təmin edilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Tələb etmədiyindən iddiaçı tərəfindən ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli 05 oktyabr 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(075)-221/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 170 manat məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. 05 oktyabr 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(075)-221/2022 nömrəli qətnaməsi ilə Cavabdeh tutulması müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 170 manat məbləğində müəyyən edilsin və həmin aliment məbləği tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar