Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-683/2025 07.05.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" ASC və Cavabdeh1 qarşı “maddi zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən vurulmuş 2500 (iki min beş yüz) manat məbləğində maddi zərərin və ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının müştərək qaydada alınaraq İddiaçı1 və İddiaçı2 verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, iş üzrə məhkəmə hazırlıq iclasları keçirilmiş, növbəti hazırlıq iclası bu günə, yəni xx.xx.2025-ci il tarixə, saat 12:00-a təyin edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında izahat verərək bildirdi ki, artıq iddia ərizəsinin baxılmasına lüzum yoxdur və bu barədə məhkəməyə iddia ərizəsinin baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 isə məhkəmə iclasında izahat verərək işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Digər Cavabdeh1 isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılımasını tələb etmir. İddiaçılar İddiaçı1 və İddiaçı2 ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1 və 170.3-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" ASC və Cavabdeh1 qarşı “maddi zərər” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 45 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçılar İddiaçı1 və İddiaçı2 qaytarılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 yenidən məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-683/2025
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-683/2025
07.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver