Məhkəmə qərarları › İş №e-2(075)-684/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-684/2025

22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-684/2025 22.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə banka 14842.87 (on dörd min səkkiz yüz qırx iki manat səksən yeddi qəpik) manat əsas borc, 857.32 (səkkiz yüz əlli yeddi manat otuz iki qəpik) manat faiz borc, 4.41 (dörd manat qırx bir qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 15704.60 (on beş min yeddi yüz dörd manat altmış qəpik) manat və 137.11 (yüz otuz yeddi manat on bir qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə 21 aprel 2024-cü il tarixdə elektron ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2024-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 15.9 faizlə 29 ay müddətinə 17000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 16 dekabr 2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə banka 14842.87 manat əsas borc, 857.32 manat faiz borc, 17.62 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 15717.81 manat borcu vardır. Cavabdeh xx.xx.2024-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 17.62 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 4.41 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli Bank xidmətlərinin göstərilməsi üçün Standart Şərtlər (nağd kredit verilməsinə dair) müqaviləsinə əsasən Cavabdeh illik 15.9 faizlə 29 ay müddətinə 17000 manat kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2024 il tarixli kredit müqaviləsinə əsasən 14842.87 (on dörd min səkkiz yüz qırx iki manat səksən yeddi qəpik) manat əsas borc, 857.32 (səkkiz yüz əlli yeddi manat otuz iki qəpik) manat faiz borc, 4.41 (dörd manat qırx bir qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 15704.60 (on beş min yeddi yüz dörd manat altmış qəpik) manat borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh xəbərdarlıq məktubunu aldığı vaxtdan 5 gün müddətində borcunu İddiaçı ASCnə ödəməsi tələb olunmuş, pulu qaytarmayacağı təqdirdə məhkəməyə müraciət olunacağı nəzərinə çatdırılmışdır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, Bank xidmətlərinin göstərilməsi üçün Standart Şərtlər (nağd kredit verilməsinə dair) müqaviləsinə əsasən Cavabdeh 17000 (on yeddi min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən cavabdehə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 14842.87 (on dörd min səkkiz yüz qırx iki manat səksən yeddi qəpik) manat əsas borc, 857.32 (səkkiz yüz əlli yeddi manat otuz iki qəpik) manat faiz borc, 4.41 (dörd manat qırx bir qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 15704.60 (on beş min yeddi yüz dörd manat altmış qəpik) manat və 137.11 (yüz otuz yeddi manat on bir qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 14842.87 (on dörd min səkkiz yüz qırx iki manat səksən yeddi qəpik) manat əsas borc, 857.32 (səkkiz yüz əlli yeddi manat otuz iki qəpik) manat faiz borc, 4.41 (dörd manat qırx bir qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 15704.60 (on beş min yeddi yüz dörd manat altmış qəpik) manat və 137.11 (yüz otuz yeddi manat on bir qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar