Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-686/2025 02.05.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC Cavabdeh ilə arasında bağlanmış 03 oktyabr 2022-ci il tarixli SKKRK-00749 saylı kredit müqaviləsinə əsasən 188.38 (yüz səksən səkkiz manat otuz səkkiz qəpik) manat məbləğində əsas borc, 15.14 (on beş manat on dörd qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 203.52 (iki yüz üç manat əlli iki qəpik) manat məbləğində pul və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı ASC-nin Şəki filialı ilə cavabdeh – Cavabdeh arasında bağlanmış 3 Oktyabr 2022-ciil tarixli, SKKRK-00749 saylı kredit müqaviləsinə əsasən illik 25 % faiz dərəcəsiolmaqla 48 ay müddətinə 200 (iki yüz) manat məbləğində cavabdehə kredit verilmişdir. 3 Oktyabr 2022-ci il tarixli, SKKRK-00749 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan NəsibovTural İlqar oğlu kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdaredilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icraedilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 3Oktyabr 2022ci il tarixli, SKKRK-00749 saylı kredit müqaviləsinə görə,cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəliəsasında, hər ayın 3-dan gec olmayaraq hər ay 10,74 (onmanat 74 qəpik) manat ödənişetməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında vəlazımı qaydadaicraetməmişdir. Təqdimolunanmaliyyə arayışına əsasənCavabdeh 3 Oktyabr 2022-ci il tarixli,SKKRK-00749 saylı kredit müqaviləsi üzrə borcunun məbləğiəsas borcuna görə 188,38 (bir yüzsəksən səkkiz manat 38 qəpik) manat, faiz borcuna görə 15,14 (on beş manat 14 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, borcun cəmiməbləği 203,52 (iki yüz üç manat 52 qəpik) manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilməli, 03 oktyabr 2022-ci il tarixli SKKRK-00749 saylı kredit müqaviləsinə əsasən banka 188.38 (yüz səksən səkkiz manat otuz səkkiz qəpik) manat məbləğində əsas borc, 15.14 (on beş manat on dörd qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə isə 203.52 (iki yüz üç manat əlli iki qəpik) manat məbləğində pul və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 03 oktyabr 2022-ci il tarixli SKKRK-00749 saylı kredit müqaviləsinə əsasən banka 188.38 (yüz səksən səkkiz manat otuz səkkiz qəpik) manat məbləğində əsas borc, 15.14 (on beş manat on dörd qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə isə 203.52 (iki yüz üç manat əlli iki qəpik) manat məbləğində pul və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Vəliyev MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Şəki Rayon Məhkəməsi 02 may 2025-ci il Şəki şəhəri Mən, Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Şəki Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 15:00-da başlandı. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib iddianın təmin edilməsi haqqında qətnamə qəbul etdim. Prosessual hərəkət saat 15:10-da qurtardı. Hakim: Elşən Vəliyev Azərbaycan Respublikası adından QƏTNAMƏDƏN ÇİXARİŞ Şəki Rayon Məhkəməsi Şəki şəhər İş № 2(075)-686/2025 xx.xx.2025-ci il Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 03 oktyabr 2022-ci il tarixli SKKRK-00749 saylı kredit müqaviləsinə əsasən banka 188.38 (yüz səksən səkkiz manat otuz səkkiz qəpik) manat məbləğində əsas borc, 15.14 (on beş manat on dörd qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə isə 203.52 (iki yüz üç manat əlli iki qəpik) manat məbləğində pul və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Vəliyev AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2 (075)-686/2025 xx.xx.2025-ci il İddiaçı: İddiaçı (Bakı şəhəri, 28 May küçəsi 33) Cavabdeh: Cavabdeh, (Şəki şəhəri H.Əliyev pr ev 25/3) Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(075)-686/2025 saylı qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: 02 vərəqə, 03 səhifə. Hakim Elşən Vəliyev.
Məhkəmə qərarları › İş №e-2(075)-686/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-686/2025
02.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver