Məhkəmə qərarları › İş №e-2(075)-694/2022

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-694/2022

11.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-694/2022 11.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı X1 nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh2, Cavabdeh3 Mikail oğlu və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinin alınması ilə bağlı ödədiyi 5000 manat və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evi ilə bağlı ödədiyi 3000 manat olmaqla, cəmi 8000 manat pulun və iddia ərizəsi ilə bağlı ödədiyi 100 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3 Mikaıl oğlu, Cavabdeh2 və Cavabdeh1 alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olmuş, məhkəmə hazırlıq və baxış iclasları keçirilmiş, mülki işin növbəti məhkəmə baxış iclası bu günə, yəni 11 avqust 2022-ci il tarixə, saat 9:30-a təyin edilmişdir. Məhkəmə iclasında iddiaçı X1 nümayəndəsi (vəkili) Nümayəndə1 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, əlavə sübutların təqdim edilməsi zərurəti ilə əlaqədar iddia ərizəsinin baxılmamış saxlanılaraq geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 Mikail oğlu və Cavabdeh1 məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim etmiş, cavabdehehlər isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Belə olan halda ərizə baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ iddiaçıya izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263- 264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı X1 cavabdehlər Cavabdeh2, Cavabdeh3 Mikail oğlu və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ********* nömrəli qəbzlə dövlət rüsumu kimi ödənilmiş 100.40 manat rüsumu onun özünə qaytarılsın. İddiaçı X3 izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar