Məhkəmə qərarları › İş №e-2(075)-702/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-702/2025

16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-702/2025 16.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1999.57 (min doqquz yüz doxsan doqquz manat əlli yeddi qəpik) manat məbləğində əsas borc, 175.06 (yüz yetmiş beş manat altı qəpik) manat məbləğində faiz borcu, 78.27 (yetmiş səkkiz manat iyirmi yeddi qəpik) manat məbləğində cərimə borcu olmaqla cəmi 2252.9 (iki min iki yüz əlli iki manat doxsan qəpik) manat borc və 43 (qırx üç) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli Bolkart Ailə müqaviləsinə əsasən bank Borcluya 59 ay müddətinə, illik 25% olmaqla 2000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə sübut kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddianı qəbul edir. Maddi cəhətdən problemlər yarandığından ödəmələrdə gecikmələr yaranmışdır. Borcunu ödəməkdən yayınmır. Məhkəmədən borcun hissə-hissə ödənilməsinə köməklik edilməsini və cərimənin silinməsini xahiş edir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AL/43633/95/13 saylı kredit saizişindən görünür ki, Cavabdeh 59 ay müddətinə, illik 25% olmaqla 2000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 209825 nömrəli imza nümunəsinin surətindən görünür ki, Cavabdeh öz şəxsi imzası ilə kredit götürülməsi barədə təsdq etmişdir.. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh İddiaçı ASC-nə xx.xx.2025-ci il tarixə 1999.57 (min doqquz yüz doxsan doqquz manat əlli yeddi qəpik) manat məbləğində əsas borc, 175.06 (yüz yetmiş beş manat altı qəpik) manat məbləğində faiz borcu, 78.27 (yetmiş səkkiz manat iyirmi yeddi qəpik) manat məbləğində cərimə borcu vardır. İş materiallarında olan İnternet Vergi İdarəsinin portalından çıxarışdan görünür ki, İddiaçı ASC (VÖEN **********) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində hüquqi şəxs kimi qeydiyyatdan keçmişdir. İş materiallarında xx.xx.2024-cü il tarixli İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, borcun ödənilməsi barədə iddiaçı tərəfindən onlara xəbərdarlıq edilmiş və əks təqdirdə Bank borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən cavabdehə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 423, 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1999.57 (min doqquz yüz doxsan doqquz manat əlli yeddi qəpik) manat məbləğində əsas borc, 175.06 (yüz yetmiş beş manat altı qəpik) manat məbləğində faiz borcu, 78.27 (yetmiş səkkiz manat iyirmi yeddi qəpik) manat məbləğində cərimə borcu olmaqla cəmi 2252.9 (iki min iki yüz əlli iki manat doxsan qəpik) manat borc və 43 (qırx üç) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq Bank of Baku» ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1999.57 (min doqquz yüz doxsan doqquz manat əlli yeddi qəpik) manat məbləğində əsas borc, 175.06 (yüz yetmiş beş manat altı qəpik) manat məbləğində faiz borcu, 78.27 (yetmiş səkkiz manat iyirmi yeddi qəpik) manat məbləğində cərimə borcu olmaqla cəmi 2252.9 (iki min iki yüz əlli iki manat doxsan qəpik) manat borc və 43 (qırx üç) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq Bank of Baku» ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev Azərbaycan Respublikası adından QƏTNAMƏDƏN ÇİXARİŞ Şəki Rayon Məhkəməsi Şəki şəhəri İş № 2(075)-702/2025 xx.xx.2025-ci il Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1999.57 (min doqquz yüz doxsan doqquz manat əlli yeddi qəpik) manat məbləğində əsas borc, 175.06 (yüz yetmiş beş manat altı qəpik) manat məbləğində faiz borcu, 78.27 (yetmiş səkkiz manat iyirmi yeddi qəpik) manat məbləğində cərimə borcu olmaqla cəmi 2252.9 (iki min iki yüz əlli iki manat doxsan qəpik) manat borc və 43 (qırx üç) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq Bank of Baku» ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar