Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-711/2023 03.04.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8300 (səkkiz min üç yüz) manat əsas borc, 1756.12 (bir min yeddi yez əlli altı manat,12 qəpik) manat faiz borcu olmaqla, cəmi 10056.12 (on min əlli altı manat,12 qəpik) manat məbləğində borcun və ödənilmiş 121 (bir yüz iyirmi bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələbin girov predmeti olan ümumi çəkisi 122.1 qram olan qızıl zinət əşyalarına yönəldilməsi, qızıl zinət əşyalarının açıq hərracdan satılması və əmlakın satılması nəticəsində əldə edilmiş vəsait hesabına İddiaçı ASC-yə olan 10056.12 (on min əlli altı manat,12 qəpik) manat məbləğində borcun və ödənilmiş 121 (bir yüz iyirmi bir) manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini belə əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Mingəçevir” filialı ilə Cavabdeh1 arasında 22 aprel 2022-ci il tarixində LBP/22/009/000011 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh1 36 (otuz altı) ay müddətinə, illik 26 % (iyirmi altı) hesablanmaqla 8300 (səkkiz min üç yüz) manat məbləğində kredit verilmişdir. Bundan başqa, əsas öhdəliyin icrasının təmini məqsədilə İddiaçı ASC-nin “Mingəçevir” filialı ilə Cavabdeh1 arasında 22 aprel 2022-ci il tarixində G- LBP/22/009/000011 girov müqaviləsi bağlanmışdır. Girov müqaviləsinə əsasən, Cavabdeh1 mülkiyyətində olan ümumi çəkisi 122.1 qram olan qızıl-zinət əşyaları girov predmeti kimi göstərilmişdir. İddiaçı ASC-nin “Mingəçevir” filialı ilə Cavabdeh2 arasında 22 aprel 2022-ci il tarixində zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdeh tərəfindən 22 aprel 2022-ci il tarixində G-LBP/22/009/000011 saylı kredit müqaviləsinin şərtləri pozularaq, öhdəliklər icra edilmir. Belə ki, MİN/018 saylı 08 fevral 2023-cü il tarixli maliyyə arayışına əsasən, cavabdehin İddiaçı ASC-yə əsas borc üzrə 8300 (səkkiz min üç yüz) manat, faiz borcu üzrə 1756.12 (bir min yeddi yez əlli altı manat,12 qəpik) manat, cəmi borcu 10056,12 (on min əlli altı manat,12 qəpik) manat təşkil edir. İddiaçı ASC, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı ASC məhkəmə iclasında iştirakını təmin etməmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında gəlməmişlər. Lakin İddiaçı ASC-nin nümayəndəsi Kənan Kazımov 03 aprel 2023-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 aprel 2022-ci il tarixli, LBP/22/009/000011 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında İddiaçı ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 26 % ödəmək şərtilə 8300 manat məbləğində kredit verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 22 aprel 2022-ci il tarixli G-LBP/22/009/000011 saylı girov müqaviləsindən görünür ki, Cavabdeh1 bankdan götürdüyü 8300 manat məbləğində kreditə təminat olaraq çəkisi 122,1 qram olan, 10246,4 manat dəyərində qızıl-zinət əşyalarını İddiaçı ASC-yə girov olaraq qoymuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 22 aprel 2022-ci il tarixli İddiaçı ASC-yə girov qoyulmuş qiymətlilərin dəyərlilərinin Qiymətləndirmə və təhvil-təslim aktından görünür ki, Cavabdeh1 bankdan götürdüyü kreditə təminat olaraq əyarı 583, çəkisi 68,6 qram olan 5762,4 manat dəyərində 7 ədəd boyunbağı - klonlu, əyarı 583, çəkisi 45 qram olan 3780 manat dəyərində 5 ədəd qolbağı, əyarı 583, çəkisi 6,2 qram olan 504 manat dəyərində 1 ədəd dəst (qaşlı), əyarı 583, çəkisi 2,5 qram olan 200 manat dəyərində 1 ədəd üzük olmaqla, ümumilikdə 10246,4 manat dəyərində qızıl-zinət əşyalarını İddiaçı ASC-yə girov olaraq qoymuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 22 aprel 2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə əsasında zamin Cavabdeh2 Cavabdeh1 İddiaçı ASC qarşısındakı 22 aprel 2022-ci il tarixli, LBP/22/009/000011 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş ödəniş qrafikindən görünür ki, Cavabdeh1 götürdüyü 8300 manat məbləğində krediti ona hesablanmış faizləri ilə birlikdə 36 ay müddətinə qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 08 fevral 2023-cü il tarixli maaliyyə arayışından görünür ki, Cavabdeh1 22 aprel 2022-ci il tarixli, LBP/22/009/000011 saylı kredit müqaviləsi üzrə 08 fevral 2023-cü il tarixə İddiaçı ASC-yə 8300 manat əsas borc və 1756,12 manat faiz borcu mövcuddur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 11 noyabr 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 22 aprel 2022-ci il tarixli, LBP/22/009/000011 saylı kredit müqaviləsi üzrə banka olan borcları 3 iş günü ərzində ödəməyəcəkləri təqdirdə barələrində məgkəmə qaydasında digər tədbirlər görüləcəyi bildirilmişdir. Məhkəmə iclasında işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, İddiaçı ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış 22 aprel 2022-ci il tarixli, LBP/22/009/000011 saylı kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə illik 26 % ödəmək şərtilə 8300 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən “borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri Borcverənə qaytarmağı öhdəsinə götürmüşdür”. Eyni zamanda 22 aprel 2022-ci il tarixli, LBP/22/009/000011 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə bağlanmış eyni tarixli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən “Zamin həmin kredit müqaviləsinə əsasən borc alan Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Borc verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür.” Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi borclu Cavabdeh1 ilə bağlanmış 22 aprel 2022-ci il tarixli G- LBP/22/009/000011 saylı girov müqaviləsinə əsasən ona məxsus olan əyarı 583, çəkisi 68,6 qram olan 5762,4 manat dəyərində 7 ədəd boyunbağı - klonlu, əyarı 583, çəkisi 45 qram olan 3780 manat dəyərində 5 ədəd qolbağı, əyarı 583, çəkisi 6,2 qram olan 504 manat dəyərində 1 ədəd dəst (qaşlı), əyarı 583, çəkisi 2,5 qram olan 200 manat dəyərində 1 ədəd üzük olmaqla, ümumilikdə 10246,4 manat dəyərində qızıl-zinət əşyalarını İddiaçı ASC-nin xeyrinə girov qoymuşdur. Borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanm mülkiyyətinə verir və Borcalan isə həmin kreditin müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin Borcalan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə borclunun kredit müqaviləsi üzrə İddiaçı ASC-nə 8300 manat əsas borc, 1756.12 manat faiz borcu olmaqla, cəmi 10056.12 manat məbləğində borcu yaranmışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər arasında belə bir müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyəti nəzərdə tutulmayıbsa zamin və borclu kredtitor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girov təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279-ci maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Həmin Məcəllənin 298.2-ci maddəsinə əsasən əgər girov qoyulmuş əşyanın satışdan götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova üstünlük hüququ yoxdur. Zaminlə İddiaçı ASC arasında bağlanmış 22 aprel 2022-ci il tarixli zaminlik müqaviləsi əsasında zamin Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilərək Cavabdeh1 kredit məbləği verilməsinə baxmayaraq Cavabdeh1 kredit kredit müqaviləsi üzrə və Cavabdeh2 zaminlik müqaviləsi üzrə üzərinə götürdükləri öhdəliklərin icrasını, yəni kredit borcunun tam şəkildə iddiaçının hesabına ödənilməsini təmin etməmişlər. Bu səbəbdən də İddiaçı ASC ödənilməmiş kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb etməkdə haqlıdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 8300 (səkkiz min üç yüz) manat əsas borc, 1756.12 (bir min yeddi yez əlli altı manat, 12 qəpik) manat faiz borcu olmaqla, cəmi 10056.12 (on min əlli altı manat, 12 qəpik) manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 121 manat məbləğində vəsait tutulmalı, Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 8300 manat əsas, 1756.12 manat faiz borcu olmaqla, cəmi 10056.12 manat borc, dövlət rüsumu olaraq ödənilmiş 121 manat məbləğində vəsait tutulmalı, borc məbləği girov predmeti olan 5762,4 manat dəyərində 68,6 qram çəkidə 583 əyarlı, 7 ədəd boyunbağı - klonlu, 3780 manat dəyərində 45 qram çəkidə 583 əyarlı 5 ədəd qolbaq, 504 manat dəyərində 6,2 qram çəkidə 583 əyarlı 1 ədəd dəst (qaşlı), 200 manat dəyərində 2,5 qram çəkidə 583 əyarlı 1 ədəd üzük olmaqla, ümumilikdə 10246,4 manat dəyərində qızıl-zinət əşyalarına yönəldilməli, həmin qızıl-zinyət əşyaları açıq hərracda satılmalı, satışdan əldə olunan vəsait hesabına borc ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 8300 (səkkiz min üç yüz) manat əsas borc, 1756.12 (bir min yeddi yez əlli altı manat, 12 qəpik) manat faiz borcu olmaqla, cəmi 10056.12 (on min əlli altı manat, 12 qəpik) manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 121 manat məbləğində vəsait tutulsun. Borc məbləği girov predmeti olan 5762,4 manat dəyərində 68,6 qram çəkidə 583 əyarlı, 7 ədəd boyunbağı - klonlu, 3780 manat dəyərində 45 qram çəkidə 583 əyarlı 5 ədəd qolbaq, 504 manat dəyərində 6,2 qram çəkidə 583 əyarlı 1 ədəd dəst (qaşlı), 200 manat dəyərində 2,5 qram çəkidə 583 əyarlı 1 ədəd üzük olmaqla, ümumilikdə 10246,4 manat dəyərində qızıl-zinət əşyalarına yönəldilsin, həmin qızıl-zinyət əşyaları açıq hərracda satılaraq, satışdan əldə olunan vəsait hesabına borc ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-711/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-711/2023
03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver