Məhkəmə qərarları › İş №e-2(075)-714/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-714/2023

02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-714/2023 02.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 004DSFFM nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin müqavilə üzrə cəmi borcu 4940.27 (dörd min doqquz yüz qırx manat iyirmi yeddi qəpik) AZN, bundan 4800.00 (dörd min səkkiz yüz manat) AZN əsas, 140.20 (bir yüz qırx manat iyirmi qəpik) AZN faiz, 0.07 (yeddi qəpik) AZN cərimə borcu və iş üzrə ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə 02 may 2023-cü il tarixdə daxil olmuş ərizəsində, məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsində iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 004DSFFM nömrəli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2014-ci il tarixli, 2305SBFFK nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 4800 (dörd min səkkiz yüz) manat, məbləğində kredit verilmişdir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2022-ci il tarixli, **********314 saylı pretenziya göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 14 noyabr 2022-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 4940.27 (dörd min doqquz yüz qırx manat iyirmi yeddi qəpik) AZN təşkil edir. Bundan 4800.00 (dörd min səkkiz yüz manat) AZN əsas, 140.20 (bir yüz qırx manat iyirmi qəpik) AZN faiz, 0.07 (yeddi qəpik) AZN cərimə borcu təşkil edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.Lakin Cavabdeh 01 may 2023-cü il tarixdə ərizə göndərərək, hazırda yataq xəstəsi olduğu üçün məhkəmə iclasının iştirakı olmadan baxılmasını və konstitusional hüquqlarını rəhbər tutaraq qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə Cavabdeh iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Etiraz ərizəsi göndərərək bildirmişdir ki, o, xx xxx 1971-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur va hazırda 52 yaşı vardır. Ailəlidir, həyat yoldaşı X1 bir müddət xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, hazırda işsizdir. Himayələrində 25 iyul 2008-ci ildə anadan olmuş X2 və 18 aprel 2010-cu ildə anadan olmuş X3 adlarında iki azyaşlı oğlu vardır. O həm evdar qadın olmağı ilə bərabər, həm də imkan düşdükdə ən müxtəlif növ qara zəhmətin tələb olunduğu işlərdə çalışmışdır. Artıq 15 ildir ki, Bakıda müxtəlif ünvanlarda kirayənişin olaraq yaşayırlar. Öz evləri yoxdur və heç zaman olmamışdır. Aylıq qazanclarının böyük hissəsi kirayə puluna və kommunal xərclərə sərf olunur. Keçirdiyi ağır xəstəliklə əlaqədar məcburiyyət qarşısında qalaraq xx.xx.2019-cu il tarixdə o Atabank ASC-dən 4800 (dörd min səkkiz yüz manat) illik 1 (bir) faizlə 60 (altmış) aylıq kredit götürməli olmuşdur. İddiaçı ASC 28 iyun 2022-ci il tarixli **********791 saylı məktubu ilə ondan iki min manat civarında ödəniş tələb etmiş və əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Bu isə onun imkanları xaricində olduğundan o, ödəniş edə bilməmiş və İddiaçı ASC hazırki ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O həmin tələb olunanməbləği ödəməkdən boyun qaçırmır, lakin buna hal-hazırda imkanı yoxdur. Hesab edir ki, İddiaçı ASC onun dörd nəfərlik ailəsinin yeganə işləyəni olduğunu nəzərə almalı və müstəsna hal kimi ona möhlət artırılmalıdır. Maaşı isə sonuncu ayda 37 manat artaraq 337 manat olmuşdur. O həmişə maaşdan hər ay kirayə və kommunal xərcləri ödəməli, qalan pulla isə ailəsini dolandırmalıdır. Özü də, həyat yoldaşı da xəstədirlər. Maaşdan əlavə gəlir yerləri yoxdur, uşaq pulundan, sosial yardımından və sair yardım növlərindən məhrumdur. Bütün bunları nəzərə alaraq İddiaçı ASC-nin ona qarşı qaldırdığı iddaisının təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında İddiaçı ASC tərəfindən Cavabdeh 5 il müddətinə müddətinə illik faiz dərəcəsi 1 faiz olmaqla 4800 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan cavabdehlər Cavabdeh ünvanlanmış 22 noyabr 2022-ci il tarixli bildirişdən görünür ki, 05 gün müddətində kredit borcunun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı xəbərdar edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 004DSFFM saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 4800 manat əsas, 140.20 mana faiz və 0.07 manat cərimə borcu olmaqla, 4940.27 manat borcu vardır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki,İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 5 il müddətinə illik faiz dərəcəsi 1 faiz borcu olmaqla 4800 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı Açıq Səhmdar Cəmiyyəti qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli, 004DSFFM saylı kredit müqaviləsi ləğv edilməli və Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4800.00 (dörd min səkkiz yüz manat) manat əsas, 140.20 (bir yüz qırx manat iyirmi qəpik) manat faiz, 0.07 (yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 4940.27 (dörd min doqquz yüz qırx manat iyirmi yeddi qəpik) və iş üzrə ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli, 004DSFFM saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 4800.00 (dörd min səkkiz yüz manat) manat əsas, 140.20 (bir yüz qırx manat iyirmi qəpik) manat faiz, 0.07 (yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 4940.27 (dörd min doqquz yüz qırx manat iyirmi yeddi qəpik) və iş üzrə ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar