Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-728/2025 21.05.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 12490 manat borc, 3747 manat əldən çıxmış fayda, 2000 manat məbləğində mənəvi zərər, 250 manat hüquqi yardıma görə vəkilə ödənilən vəsait, ümumilikdə 18487 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 145.86 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şəki rayonunun Birinci Biləcik kənd sakini Cavabdeh ilə borc münasibətləri mövcuddur. Belə ki. hər ikisi Qaradağ raynu Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzində işləyir. Müxtəlif vaxtlarda bazarda işləyən şəxslərə borc vermişdir. Həmin şəxslərdən biri də hazırkı iş üzrə cavabdehdir. Onunla olan borc məbləği 12490 manat təşkil edir. Lakin borc məbləği ödənilmədiyi üçün dəfələrlə borcu ödəməsini tələb etsə də cavabdeh heç bir əhəmiyyət verməmişdir. Nəticədə onun barəsində Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsinə müraciət etmişdir. Cavabdeh polis orqanında izahat verərkən borc aldığını etiraf etsə də qalıq borcunun 11000 manat olmasını, qısa müddətdə həmin borcu qaytaracağını bildirmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, bu danışıqlar heç bir fayda verməmişdir və ona görə də tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, hazırda Şəki rayon Məhkəməsinin icratında olan mülki işdən göründüyü kimi iddiaçı X3 ona qarşı "borcun və əldən çıxmış faydanın ödənilməsinə"dair iddia qaldıraraq məhkəmədən 12490 manat əsas borcun,3747 manat əldən çıxmış faydanın, 2000 manat mənəvi zərərin, 250 manat hüquqi yardıma görə vəkilə ödənilmiş vəsaitin, ümümilikdə 18487 manat vəsaitin, habelə ödənilmiş 145,86 manat dövlət rüsumun ondan alınaraq iddiaçıya ödənilməsi haqda qətnamə qəbul etməyi xahiş edir. İddiaçı iddia tələblərini onunla əsaslandırır ki, onunla Bakı şəhəri Qaradağ rayonu, Sədərək Ticarət Mərkəzində işləmişlər, o bazarda işləyən şəxslərə müxtəlif vaxtlarda borca pul vəsaiti vermiş, həmin şəxslərdən biri də o olmuşdur, onunla mövcud olan borcun məbləği 12490 manat olmuş, lakin dəfələrlə borcunu tələb etsə də onun borcunu qaytarmaqdan boyun qaçırmışdır. O bu haqda Bakı şəhəri Qaradağ RPl-nə müraciət etmiş, polis idarəsində verdiyi izahatda ona 11000 manat borcunun olduğunu etiraf etdiyini göstərmişdir. İddiaçının iddia tələblərini qəbul etmir. İddiaçıya ilə heç vaxt borc münasibətləri ilə bağlı rəsmi bağlanmış razılaşmalar, müqavilələr olmamış, müqavilələrdən irəli gelən öhdəliklər mövcud olmamışdır.Belə olduğu halda hesab edir ki, iddiaçı iddia etdiyi borc məbləğini, əldən çıxmış faydanın əvəzini və mənəvi zərəri tələb etməkdə haqlı sayıla bilməz. Belə ki, həqiqətən də 2014 ci ildən Sədərək Bazarında mağazaların birində satıcı olaraq fəaliyyətə başlamışdır. 5 il mddətində satıcı işlədikdən sonra işlədiyi mağaza bağlandığından və işsiz qaldığından 2019-cu ildə Sədərək Ticarət Mərkəzin 2-ci sırasında yerləşən 28 saylı mağazanı ayda 600 manat icarə haqqı ödəmək şərti ilə icarəyə götürüb işləməyə başladı. Mağazaya malı öncədən tanıdığı köynəkçilərdən götürüb satırdı. 2020-ci ildə ölkə ərazisində pandemiya dövrü başlandığından və sərt karantin rejimi tətbiq edildiyindən bazarda mağazaların əksəriyyəti fəaliyyət göstərməmiş, bu səbəbdən də mağazadaki malları satmaqda və mağazanın icarə haqqını ödəməkdə çətinlik çəkirdi. Belə bir vəziyyət eyni bazarda işləyən Vaqif adlı şəxsin vasitəçiliyi ilə bazada hamıya faizə(sənəmə) pul verən şəxs kimi tanınan Mənsurə xanımla 2021-ci ildə tanış oldu və ondan 2021-ci ilin əvvəlindən 2022-ci ilin yanvar ayınadək olan müddət ərzində 3 dəfəyə (5000-5000-2500) manat faizə(sələmə) pul götürdü. İddiaçı həmin pulu verərkən hər dəfə verdiyi pulun 12 faizini üstündən götürdükdən sonra cəmi 11450 manatı pul vermiş və iddiaçıya həmin puldan pulu aldığı müddətdən bazardan çıxdığı müddətədək gündəlik və aylıq olmaqla 2392 manat şəxsən özünə, bazardan çıxdıqdan sonra 1450 manat pulu kart hesabına ödədi (bu haqda ödəniş qəbzləri ərizəyə əlavə edilmişdir.) Beləliklə iddiaçıya ondan faizə aldığı 12450-(əsas məbləqdən) geri qaytarılmış 2392-1450- 1560 nəzərə almaqla qalıq borc 7048 manat olmuşdur. Polis İdarəsində izahat verərkən də iddiaçıdan 11000 manat faizə borc pul götürdüyünü bildirmişdir. Bütün bunlara baxmayaraq hesab edir ki,iddia tələbi eyni zamanda da qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddiaçı X1 qaldırdığı 12490 manat əsas borcun, 3747 manat əldən çıxmış faydanın, 2000 manat mənəvi zərərin,n 250 manat hüquqi yardıma görə vəkilə ödənilmiş vəsaitin, ümümilikdə 18487 manat vəsaitin, habelə ödənilmiş 145,86 manat dövlət rüsumun ödənilməsi haqda tələbin iddia müddəti tətbiq edilməklə rədd edilməsi haqda qətnamə qəbul etməyi xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsinə uyğun izahat verərək bildirdi ki, ümumilikdə 12490 manat faiz borcu götürmüşdür. Həmin borcdan bazarda işlədiyi zaman 2392 manatı əlbəəl gündəlik olaraq qaytarmışdır. Daha sonra ayrıayrılıqda 1000 manat, 300 manat və 150 manat olmaqla cəmi 1450 manat borcundan qaytarmışdır. Ən sonuncu ödənişini isə iddiaçıya xx.xx.2022-ci il tarixdə 150 manat olmaqla etmişdir. Daha sonra maddi imkanı olmadığından borcundan geri ödəniş edə bilməmişdir. İddia müddətinin tətbiq olunması ilə iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İşin halları İş materiallarında olan Qaradağ RPİ-nin İŞ-nin baş müstəntiqi polis mayoru Raqib Rəhimov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərardan görünür ki, Cavabdeh izahat verərək bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. İddiaçı yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuşdur. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən "Sədərək" Ticarət Mərkəzinin, 2ci sırasının 28 nömrəli mağazada qadın geyimləri satırmış və 2022-ci ildə maddi cəhətdən sıxıntıları yaranmışdır. Qeyd etmişdir ki, İddiaçı işlədiyi Sədərək Ticarət Mərkəzindən tanıyır. Bazarda eşitmişdir ki, Mənsurə borca pul verir, verdiyi pulun müqabilində öz faizini tutur. Onun digər şəxslərə borcu olduğu üçün, həmçinin şəxslərin borcunu ondan tələb etdiyi üçün Mənsurə əlaqə saxlayıb ondan borca hazırda yadında qalmayan məbləğdə borc pul almışdır. O, Mənsurəyə olan borcunu ödəyib 11000 manat borcu qalmışdır. Mənsurə isə ona bildirmişdir ki, guya ona 12,490 manat borcu vardır. Halbuki bu Mənsurə tərəfindən şişirdilmiş məbləğdir. Konkret olaraq Mənsurəyə 11000 manat borcu vardır. Həmin borcu yaxın günlərdə ödəyəcəyinə dair söz verir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 1091.1-ci maddəsinə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan, tərəflərin məhkəmə iclasında verdiyi izahat və iş materiallarında olan materiallardan müəyyən olunur ki, İsmayılova X2 Elçin Qurban oğlu ilə Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzində işləyir. İddiaçı müxtəlif vaxtlarda bazarda işləyən şəxslərə borc vermişdir. Həmin şəxslərdən biri də hazırkı iş üzrə cavabdehdir. Onunla olan borc məbləği 12490 manat təşkil edir. Lakin borc məbləği ödənilmədiyi üçün dəfələrlə borcu ödəməsini tələb etsə də cavabdeh heç bir əhəmiyyət verməmişdir. Nəticədə onun barəsində Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsinə müraciət etmişdir. Cavabdeh polis orqanında izahat verərkən borc aldığını etiraf etsə də qalıq borcunun 11000 manat olmasını, qısa müddətdə həmin borcu qaytaracağını bildirmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, bu danışıqlar heç bir fayda verməmişdir və ona görə də tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir Bundan başqa iddia ərizəsinin məzmunundan, tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan, müəyyən olunur ki, iddia tələbi ilə bağlı müddətin ötürüldüyü üçün rədd edilməlidir. Belə ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Cavabdehin məhkəməyə təqdim etdiyi qəbzlərdən görünür ki, cavabdeh ən sonuncu ödənişini xx.xx.2022-ci il tarixdə 150 manat olmaqla etmişdir. Həmin vaxtdan indiyədək isə 2 ildən artıq müddət keçmişdir. İddiaçı məhkəməyə borc tələbi ilə bağlı müraciət etməli olduğu vaxt xx.xx.2024-cü ildə bitdiyi halda o, iddia tələbi ilə xx.xx.2025ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən Cavabdeh da məhkəməyə ərizə ünvanlayaraq iddia tələbinin müddətin keçməsi ilə bağlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.. Beləliklə məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, hazırki iddia üzrə tələb rədd edildiyindən ödənilmiş 145.86 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-728/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-728/2025
21.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver