Məhkəmə qərarları › İş №e-2(075)-73/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-73/2024

17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-73/2024 17.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 sentyabr 2022-ci il tarixli 345093-CNS-38690 saylı “Kredit müqaviləsi”nə əsasən 06 iyul 2023-cü il tarixinə Banka 1293.31 manat məbləğində əsas borc, 106.18 manat məbləğində faiz üzrə borcu, 98.60 manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 1498.09 manat borcun və ödənilmiş 34.98 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 345093-CNS-38690 saylı “Kredit müqaviləsi”nə əsasən cavabdehə illik 25% hesablanması şərti ilə 24 ay müddətinə 1567.4 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini lazımi qaydada icra etməmiş və nəticədə cavabdehin Banka 1293.31 manat məbləğində əsas borc, 106.18 manat məbləğində faiz üzrə borcu, 98.60 manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 1498.09 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. İddia məhkəməyə sadələşdirilmiş icraat qaydasında daxil olsa da, cavabdehin etirazı əsasında iddia icratına keçirilmiş və mülki işə iddia icratında baxılmışdır. İddiaçı "xxxx" ASC və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı "xxxx" ASC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Lakin "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq ödədiyi 83 manat və 39 manat pulun borc məbləğindən çıxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 sentyabr 2022-ci il tarixli, 345093-CNS-38690 nömrəli müqavilədən görünür ki, həmin müqavilə əsasında Cavabdeh 24 ay müddətinə, illik 25 faiz olmaqla, 1567.40 manat məbləğində kredit verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh götürdüyü 1567.40 manat krediti ona hesablanmış fazilri ilə birlikdə 24 ay müddətinə qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş maaliyyə arayışından görünür ki, Cavabdeh 07 sentyabr 2022-ci il tarixli, 345093-CNS-38690 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 1293,31 manat əsas borc, 106,18 manat faiz borcu, 98,60 manat cərimə borcu olmaqla, cəmi 1498,09 manat borcu vardır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş pretenziya məktubundan görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh onun banka olan 1414.55 manat məbləğində borcunu 3 iş günü ərzində banka qaytarması bildirilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Elektron qaydada məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qəbzlərin sürətindən görünür ki, Cavabdeh 83 manat və 39 manat ödənişlər etmişdir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 07 sentyabr 2022-ci il tarixli, 345093-CNS-38690 nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə 24 ay müddətinə, illik 25 faiz olmaqla, 1567.40 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də "xxxx" ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 421.2, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 1293.31 manat əsas borc, 106.18 manat faiz üzrə borcu, 98.60 manat cərimə üzrə borcu olmaqla, ümumilikdə 1498.09 manat borc və ödənilmiş 34.98 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə cavabdehin 83 manat və 39 manat ödənişlərinin borcadan çıxılmasına dair ərizəsinə münasibətdə qeyd edir ki, qəbzlərdən göründüyü kimi ödənişlər 2022-ci ildə icra olunmuşdur. Bank tərəfindən təqüdim olunan maliyə arayışından isə müəyyən olunur ki, cavabdehin 06 iyul 2023-cü il tarixə kimi ödənişləri nəzərə alınmaqla olan borcu müəyyən olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh 1293.31 manat əsas borc, 106.18 manat faiz üzrə borcu, 98.60 manat cərimə üzrə borcu olmaqla, ümumilikdə 1498.09 manat borc və ödənilmiş 34.98 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nə verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar