Məhkəmə qərarları › İş №e-2(075)-738/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-738/2022

05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-738/2022 05.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, 17.06.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 25.01.2022-ci il tarixinə yaranmış borcu 649 manat əsas, 97.3 manat cərimə, cəmi 746.3 manat, 28.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 365 manat əsas, 54.7 manat cərimə, cəmi 419.7 manat, 28.05.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 219 manat əsas, 32.8 manat cərimə, cəmi 251.8 manat, ümumilikdə 1417.8 manat borcun və 34.18 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17.06.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “XİAOMİ REDMİ NOTE 10S” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər 50 manat olmaqla, cəmi 708 manat, 28.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “HONOR” markalı qol saatına görə 12 ay ödəniş cədvəli üzrə hər 34 manat olmaqla cəmi 399 manat, 28.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “HONOR” markalı qol saatına görə 12 ay ödəniş cədvəli üzrə hər 20 manat olmaqla, cəmi 239 manat, ümumilikdə hər üç müqavilə üzrə 1346 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə 17.06.2021-ci il tarixli müqavilə üzrə 17.06.2021-ci il tarixində 59 manat, 28.05.2021-ci il tarixli müqavilə üzrə 18.06.2021-ci il tarixində 34 manat, 28.05.2021-ci il tarixli müqavilə üzrə 18.06.2021-ci il tarixində 20 manat ödəniş etmiş və hər üç müqavilə üzrə qalıq qalmış 1233 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqısatqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu hər üç müqavilə üzrə 1848 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər üç müqavilə üzrə 1848 manat təşkiletdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 184.8 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh 25.01.2022-ci il tarixədək "xxxx" MMCnə olan borcu 17.06.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 649 manat əsas, 97.3 manat cərimə, cəmi 746.3 manat, 28.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 365 manat əsas, 54.7 manat cərimə, cəmi 419.7 manat, 28.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 219 manat əsas, 32.8 manat cərimə, cəmi 251.8 manat, ümumilikdə borcu hər üç müavilə üzrə 1417.8 manat təşkil etmişdir. Azərbaycan Respublikasının MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, 17 iyun 2021-ci il tarixli, ********* saylı müqaviləyə əsasən 649.00 manat əsas, 97.3 manat cərimə borcu, 28 may 2021-ci il tarixli, ********* saylı müqaviləyə əsasən 365.00 manat əsas, 54.7 manat cərimə borcu, 28 may 2021-ci il tarixli, ********* saylı müqaviləyə əsasən 219.00 manat əsas, 32.8 manat cərimə borcu olmaqla, ümumilikdə 1417.80 manat borc Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 34.18 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 17 iyun 2021-ci il tarixli, ********* saylı müqaviləyə əsasən 649.00 manat əsas, 97.3 manat cərimə borcu; 28 may 2021-ci il tarixli, ********* saylı müqaviləyə əsasən 365.00 manat əsas, 54.7 manat cərimə borcu; 28 may 2021-ci il tarixli, ********* saylı müqaviləyə əsasən 219.00 manat əsas, 32.8 manat cərimə borcu olmaqla, ümumilikdə 1417.80 manat borc Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İş üzrə ödənilmiş 34.18 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar