Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-740/2023 30.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun , 03 mart 2004-cü il tarixdə vəfat etmiş X4nun Şəki rayonu Aşağı Göynük kəndində yerləşən miras evini dövlət qeydiyyatına saldıraraq çıxarış ala bilməsi üçün ölçü işlərinin aparılmasına iş üzrə cavabdehlər X9 və onun oğlu Cavabdeh2 tərəfindən yaradılan maneənin aradan qaldırılması və məhkəmə xərcləri üçün dövlət rüsumu ödənilməsinin onlara aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxxx 1961-ci il tarixdə Şəki rayonu Aşağı Göynük kəndində anadan olmuşdur. X3 03 mart 2004-cü il tarixdə vəfat etmişdir. X1 15 iyun 1996-cı il tarixdə vəfat etmişdir. Ailədə bir qardaş və dörd bacı olmaqla onlar beş uşaq olmuşlar – o , Yusif , Qiyamət , Mükafət və Kəklik. O, 01 sentyabr 1980-şi il tarixdə Şəki şəhər sakini X12 ilə ailə həyatı qurmuş və Şəki rayonu Aşağı Göynük kəndində yaşayır , lakin atası evi ilə həmişə sıx əlaqələri və qarşılıqlı get – gəlləri olmuşdur. Atasının sağlığında sözügedən evin idarə olunmasında , təmir-tikintisində həmişə onun xüsusi rolu və zəhməti olmuşdur. Atasının vəfatı ilə bərabər o ağır xəstəliklərə düçar olmuş, qan təzyiqi , şəkər diabeti , sümük əriməsi xəstəlikləri səbəbli çoxsaylı klinikalarda müalicə götürməli olmuşdur. Qardaşı Yusifin vəfatından sonra hər şey dəyişmişdir , beləki onun həyat yoldaşı Təranə və oğlu Əyyub – hazırda iş üzrə cavabdehlər ona və digər bacılarına qarşı pis münasibət göstərməyə başlamışlar. Səbəb isə onun və bacılarının ayağını öz doğma ataları evindən kəsmək planları olmuşdur. Onların bu planı onu qane etmədiyindən, mərhum atasından düşən payı almaq üçün o müvafiq sənədlərlə Şəki Regional ASAN Xidmət Mərkəzində Notariat ofisinə müraciət etmiş , lakin ona buraxılmış müddətlə bağlı 18 sentyabr 2020-ci il tarixli 2002 saylı məktubla imtina cavabı verilmişdir. Bu səbəbli o iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Şəki Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2(075)–264/2021 saylı qətnaməsi ilə onu haqlı tanıyaraq buraxılmış müddəti bərpa edilmişdir. İş üzrə cavabdehlər X9 və Cavabdeh2 məhkəmədə onun iddiasına qarşı çıxmamışlar, əksinə, onun istədiyi zaman gəlib həmin evin bir otağında məskunlaşa biləcəyini bildirmişlər. Bu hal sözügedən qətnamədə də öz əksini tapmışdır. Beləliklə, həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra o müvafiq sənədlərlə notariata, daha sonra isə ƏMDK yanında DƏDRX –nin 12 saylı Şəki Ərazi idarəsinə müraciət etmiş, müvafiq qaydada dövlət rüsumunu da ödədikdən sonra faktiki ölçü işlərinin aparılması üçün ayrılmış mütəxəssislə birlikdə sözügedən evə getmişlər. Lakin iş üzrə cavabdehlər X9 və onun oğlu Cavabdeh2 buna ciddi şəkildə maneə yaradaraq ölçü işlərini aparmağa qoymamışlar. X4 ailəsinə məxsus torpaq sahəsində sözügedən evi inşa etdrmiş, texniki pasport almış, lakin kupça almamışdır və öz sağlığında hər hansısa bir vəsiyyətnamə tərtib etdirməmişdir, deməli o öz ailəsinin hər bir üzvünü öz mirasına bərabər hüquqlu şəxs hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinin tələbinə görə Qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur. Onlar isə beş uşaq olaraq eyni atanın və eyni ananın övladları olduqlarına görə Qanun qarşısında da bərabər olmalıdırlar. Həmin Məcəllənin 1157-ci maddəsində Miras şərikləri haqqında deyilir ki, əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. 1157-1.1 maddəsinə görə miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir. Qanunvericiliyin tələblərinə görə onlar dörd bacı öz miras paylarını almaqları üçün ilk növbədə mərhum atalarının adına çıxarış almalı , bunun üçün isə həmin evin otaqlarının sahələri ölçülməlidir. İş üzrə cavabdehlər isə buna qəsdən maneə yaradaraq onu hazırkı iddia ilə məhkəməyə üz tutmağa məcbur etmişlər. Bu səbəbli məhkəmə üçün dövlət rüsumu da cavabdehlərin özləri tərəfindən ödənilməlidir. Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin 09 avqust 2022-ci il tarixli, **********31 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının dayandırılması barədə X10 ünvanlanmış bildirişdən görünür ki, müayinə - ölçü işləri aparılmasına şərait yaradılmadığından "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin müddəalarına əsasən ərizənin icrası 1 (bir) ay müddətinə dayandırılmışdır. Qeyd olunmuş müddət ərzində müayinə - ölçü işləri aparılmasına şərait yaradılmayacağı təqdirdə ərizənizin icrasından imtina olunacağı bildirilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 2 (075)-264/2021 saylı, 19 aprel 2021-ci il tarixli qətnamədən görünür ki, İddiaçı 03 mart 2004-cü il tarixdə vəfat etmiş X4ndan qalmış, Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən əmlakdan ibarət mirası qəbul etməsi üçün buraxdığı müddətin üzürlü sayılaraq bərpa edilməsi qət edilmişdir. Məhkəmədə işdə olan sənədlərin bilavasitə tədqiqi zamanı aydın oldu ki, cavabdehlər iddiaçının qardaşı yoldaşı və qardaşının oğludur. İddiaçının atası mərhum X11 məxsus olan Şəki rayonu Aşağı Göynük kəndində yerləşən fərdi yaşayı evi iddiaçı X5 və onun digər üç bacısına miras qalmışdır. İddiaçı valideyinlərinə aid olan fərdi yaşayış evi üzərində öz payını rəsmləşdirmək istəmişdir. Bununla bağlı qeyd edilən mübahisəli evə baxış keçirilməsi zərurəti yaranmış, lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən maneələr yaradıldığından DƏDRX-nin əməkdaşları həmin evə baxış keçirə bilməmişdir. İddiaçı miras payına dair çıxarış almaq üçün ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşları tərəfindən ölçü işlərinin aparılmasını istəyir. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sözü gedən fərdi yaşayış evində ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının ölçü işlərinin aparmalarına imkan vermirlər. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 169.1-ci maddəsinin tələblərinə əsasən yalnız Mülki Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Avropa Məhkəməsi «Önəryıldız Türkiyəyə qarşı» qərarında xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsində «mülkiyyət anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın «hüquq» kimi tanınmaması, istərsə də, bu qanunlar tərəfindən həmin marağın «mülkiyyət hüququ» hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda «mülkiyyət» hesab edilməsinin qarşısını almır. Həmin qərarda Avropa Məhkəməsi həmçinin vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur və ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyət»ə bərabərdir. Ə.Ə.Axverdiyevin şikayəti üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli qərarının 73-cü paraqrafında qeyd edilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından mülkiyyət hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. X17 Məhkəməsinin bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, X18rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) qeyd olunmuşdur ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Avropa Məhkəməsi presedentlərində göstərildiyi kimi yaşayış evi İddiaçı X4ndan miras qalmışdır. Həmin yaşayış evi Avropa Məhkəməsinin presedentlərinə görə «mühüm iqtisadi maraq» kəsb edir və həmin yaşayış evi üzərində onun ən azından istifadə, həmçinin “gözlənilən” hüququ vardır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenimununun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi xx.xx.2002-ci ildən konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasını tanıyır. İnsan və vətəndaş hüquqları və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən insan hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüqüq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüqaqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan hüquqları üzrə Avropa məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Yuxarıda göstərilən əsaslarla məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən X4ndan miras qalmış evini dövlət qeydiyyatına saldıraraq çıxarış ala bilməsi üçün ölçü işlərinin aparılmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılmalı və bu cür maneə ona qadağan edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227.1 və 360cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. İddiaçı Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən X4ndan miras qalmış evini dövlət qeydiyyatına saldıraraq çıxarış ala bilməsi üçün ölçü işlərinin aparılmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-740/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-740/2023
30.05.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver