Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-741/2022 14.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayon məhkəməsinin 31.08.2018-ci il tarixli 2(075)-1720/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş övladı 08.02.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Rövşən oğlundan hər ay bir uşağa görə tutulan 100 manat miqdarında aliment məbləğinin dəyişdirilərək hər ay bir uşağa görə 193 manat sabit pul məbləğində olmaqla Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında izahat verərək göstərmişdir ki, İddiaçı Cavabdeh Rövşən oğlu ilə 2008-ci ildə evlənərək ailə həyatı qurmuşdur. Nikahları isə 22.04.2008-ci ildə rəsmiləşdirilmişdir. Birgə nikahlarından bir övladları 08.02.2009-cu il təvəllüdlü X9 anadan olmuşdur. Cavabdehlə münasibətləri pisləşdiyindən, yola gedə bilmədiklərinə və xasiyyətləri uyğun gəlmədiyinə görə Şəki rayon məhkəməsinin 31.08.2018-ci il tarixli 2(075)-1720/2018 saylı qətnaməsinə əsasən Cavabdeh Rövşən oğlu ilə İddiaçı arasında bağlanmış 22.04.2008-ci il tarixli nikah qeydi pozulması, birgə nikahdan olan uşaqları 08.02.2009-cu il təvəllüdlü X1 Əntiqə Bilal qızının yanında saxlanılması, Cavabdeh Rövşən oğlunun hər ay bir uşağa görə 100 manat sabit pul məbləğində alimentin qətnamənin qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq tutularaq azyaşlı uşağın yetkinlik yaşına qədər saxlanması üçün İddiaçı verilməsi qət edilmişdir. Aldıqlarl məlumatlara görə cavabdeh kifayət qədər vəsait əldə etməklə fərdi əməklə məşğul olur, lakin aylıq qazancının məbləğinin nə qədər olmasını isə bilmirlər. İddiaçı 2014-cü ilin əvvəlindən gəlin köçdüyü ünvandan çıxmışdır. Hazırda Sumqayıt şəhəri, 3-cü mikrorayon, 22/54, m.4 ünvanda övladı ilə birgə yaşayır. Valideyninin yardımı ilə uşağını çətinliklə böyüdür. Bildirmişdir ki, hazırda Məsimov Ramil DSX-nin xüsusi məktəbinin 7-ci sinifində təhsil alır. 100 manat aliment məbləği indiki zamana görə çox azdır, uşağa baxmaq üçün kifayət etmir. Günü-gündən uşağın təlabatı artır. Belə ki, uşaq normal qaydada yeməli, müalicə olunmalı, ona pal-paltar alınmalı, təhsili və uşağın dünyagörüşünün artırılması ilə bağlı zəruri hazırlıqlar görülməlidir. Uşağın qayğısına qalmaq, təlim-tərbiyəsi ilə məşğul olmaq, uşağa baxmaq valideynlərin borcudur. Buna görə də məhkəmə qətnaməsi ilə ödənilməli olan alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz ərizəsinin məzmununa uyğun olaraq izahat verərək göstərmişdir ki, o, İddiaçı ilə 22.04.2008-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Birgə yaşadıqları dövrdə onların 08.02.2009-cu il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. İddiaçı ilə ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşasalar da, sonradan münasibətləri dəyişmişdir. Sonradan onlar ayrılmışlar, aralarında bağlanmış nikah Şəki Rayon məhkəməsinin 31.08.2018-ci il tarixli 2(075)-1720/2018 nömrəli qətnaməsi əsasında pozulmuş və azyaşlı uşağı iddiaçının yanında saxlanılmışdır. Eyni zamanda həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay sabit pul məbləğində 100 manat alimentin alınaraq İddiaçı verilməsi qərara alınmışdır. Bildirmişdir ki, o, heç yerdə işləmir. İşsiz vətəndaş kimi portaldan qeydiyyatdan da keçmişdir. Maddi imkanı olduqca aşağıdır. Sonradan ikinci dəfə ailə qurmuşdur. Himayəsində azyaşlı övladı, həyat yoldaşı vardır. Alimenti ancaq 10-15 manat məbləğində artıra bilər. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli, 2(075)-1720/2018 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 22 aprel 2008-ci il tarixdə Şəki şəhər İHB-nin Baş Küngüt kənd İcra nümayəndəliyində bağlanmış 4 nömrəli nikah pozulması, Tərəflərin birgə nikahdan olan uşaqları-08 fevral 2009-cu il təvəllüdlü X9 anası İddiaçı yanında qalması, 08 fevral 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 100 manat məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan 10 yanvar 2020-ci il tarixli, AZ-İİ 365430 seriya nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 22 aprel 2008-ci il tarixdə Şəki Rayon Qeydiyyat Şöbəsində bağlanmış nikah nikahın bağlanması haqqında akt qeydləri kitabında 4 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqsan sonra arvada Məsimova soyadı verilmişdir. İşdə olan 19 fevral 2021-ci il tarixli, AZ-İV 572509 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 24 yanvar 2021-ci il təvəllüdlü X6 atası Cavabdeh, anası X2r. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 17 fevral 2022-ci il tarixli, MŞB/4-00354 nömrəli İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh Rövşən oğlu və İddiaçı 17.02.2022-ci il tarixində, 11:30-12:00 saatlarında “alimentin sabit pul məbləğində müəyyən edilməsi tələbinə” dair ailə mübahisəsi üzrə keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İlkin mediasiya sessiyasının keçirilməsi üçün İddiaçı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci müvafiq hesaba ödəmişdir. Elektron portaldan 31 mart 2022-ci il tarixdə çıxarılmış son məlumatlardan görünür ki, Cavabdeh himayəsində həyat yoldaşı 18 iyun 1988-ci il təvəllüdlü X4, qızı 24 yanvar 2021-ci il təvəllüdlü X10 və oğlu 08 fevral 2009-cu il təvəllüdlü X9 vardır. İşdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbi tərəfindən verilmiş, 05 aprel 2022-ci il tarixli, 63 nömrəli arayışdan görünür ki, X3 Sərhəd Xidməti Xüsusi Məktəbinin Vİİ (yeddinci) sinifində təhsil alır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 112.1-ci maddələrini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının və «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun hazırkı münasibətləri tənzimləyən normalarını rəhbər tutmuşdur. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli, 2(075)-1720/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, Məsimov Ramilin yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı qismən artırılmalıdır. Lakin cavabdehin ikinci dəfə nikaha daxil olmasını və həmin nikahdan onun 1 azyaşlı uşaqlarının olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Göründüyü kimi hal-hazırda cavabdehin himayəsində 2 azyaşlı uşaq, ikinci nikahdan olan arvadı vardır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 31.08.2018-ci il tarixli 2(075)-1720/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 140 manat məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 08 fevral 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 31.08.2018-ci il tarixli 2(075)-1720/2018 nömrəli qətnaməsi ilə Cavabdeh tutulması müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində müəyyən edilsin və həmin aliment məbləği tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-741/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-741/2022
14.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver