Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-748/2023 19.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 82000 manat borc məbləğinin, 336 manat ödənilmiş dövlət rüsumunun və vəkilə hüquqi yardım üçün ödənilmiş 110 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh 03 may 2021-ci il tarixdə 40000 manat məbləğində borc vermişdir. Bununla əlaqədar olaraq tərəflər arasında notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, cavabdeh 11 ay, hər ay 1250 manat olmaqla, qalan 26250 manatı isə 03 may 2022-ci il tarixə qədər qaytarmağı öhdəsinə götürmüşdür. Belə ki, o, cavabdehi faktiki yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Albalı qəsəbəsi ərazisində uzun illər ət kəsimi fəaliyyəti ilə məşğul olması səbəbilə tanımışdır. Cavabdeh ona fəaliyyətini genişləndirmək istədiyini, bununla əlaqədar yeni ət kəsimi sahəsi icarəyə götürəcəyini, orada təmir işləri görmək, avadanlıqlar və mal almaq üçün əlavə vəsaitə ehtiyacı olduğunu bildirərək borc pul istəmiş, yeni obyektinin fəaliyyətə başlamasından sonra ona ət satışı zamanı müəyyən güzəştlər edəcəyini bildirmişdir. O, həqiqətən cavabdehin işlərinin yaxşı getdiyini müşahidə etmiş, buna görə də borcu verməyə razı olmuşdur. 2021-ci ilin iyun ayında cavabdeh ona borcu aylıq ödəniş şəklində deyil, tam şəkildə müqavilədə qeyd edildiyi kimi 03 may 2022ci il tarixdə qaytaracağını, bu barədə razılıq verməsini xahiş etmişdir. O, uzun müddət münasibətlərinin olmasını nəzərə alaraq ödənişin bu qaydada qaytarılmasına razılıq vermişdir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməmiş, borc məbləği qeyd olunan tarixdə qaytarılmamışdır. Bu zaman cavabdeh bildirmişdir ki, Qurban bayramı zamanı böyük məbləğdə sifariş almışdır, malı nisyə qaydada almış və satışını həyata keçirmişdir. Hazırda nisyə aldığı malların pulunu geri qaytarması üçün ona əlavə vəsait lazımdır. Bunu edə bilsə, satdığı malların pulunu toplayacaq və 100 faizdən çox xeyir əldə edəcək, bununla da həm indi, həm də bundan əvvəl götürdüyü borcu tamamilə qaytaracaqdır. Buna görə də tərəflər arasında daha bir, 29 iyul 2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi bağlanmış və onun 29 oktyabr 2022-ci il tarixə qədər qaytarmaq şərtilə cavabdehə 42000 manat borc vermişdir. O, hətta 2022-ci ilin sentyabr ayında 82000 manatlıq tam borc məbləğini qaytaracağına söz versə də, müqavilədə qeyd olunan 29 oktyabr 2022-ci il tarixdə də heç bir ödəniş etməmiş, borc tam olaraq ödənilməmiş qalmaqdadır. Bundan sonra indiyə qədər o, hər dəfə borcun qaytarılması üçün müraciət etdikdə cavabdeh işlərinin yaxşı getmədiyini, satış etdiyi malların pulunu ala bilmədiyini, buna görə borcu qaytara bilmədiyini ifadə etmiş, başqa yerlərdən pul gözlədiyini, yaxın zamanlarda hissə-hissə borcu qaytaracağını bildirmişdir. Lakin keçən 4 ay ərzində də bu deyilənlərə əməl olunmamış, mövcud öhdəliklər yerinə yetirilməmişdir. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini, Cavabdeh 82000 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 03 may 2021-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki İddiaçı Cavabdeh 40000 manat məbləğində borc vermişdir. Cavabdeh həmin borcu 11 ay, hər ay 1250 manat olmaqla qaytarmağı, qalan 26250 manatı isə 03 may 2022-ci il tarixə qədər İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 29 iyul 2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki İddiaçı Cavabdeh 42000 manat məbləğində borc vermişdir. Cavabdeh həmin borcu 29 oktyabr 2022-ci il tarixə qədər İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh arasında bağlanmış 03 may 2021-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 40000 manat məbləğində borc pul vermişdir. Həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh həmin borcu 11 ay, hər ay 1250 manat olmaqla qaytarmağı, qalan 26250 manatı isə 03 may 2022-ci il tarixə qədər İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda tərəflər arasında bağlanmış 29 iyul 2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 42000 manat məbləğində borc vermişdir. Cavabdeh həmin borcu 29 oktyabr 2022-ci il tarixə qədər İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqavilələri üzrə öhdəliklərini icra etməmiş iddiaçıya olan ümumilikdə 82000 manat məbləğində borcunu qaytarmamışdır. Ona görə də, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Həmin Məcəllənin 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin оlmаsıdır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qanunun qeyd olunan normasından da göründüyü kimi, hazırkı mülki iş üzrə tərəflər arasında etibarlı borc müqaviləsinin bağlanması, borc alana razılaşdırılmış borcun verilməsi və verilmiş borcun qaytarılma vaxtının çatması kimi şərtlərin mövcud olubolmaması yoxlanılmalıdır. Göründüyü kimi İddiaçı tərəfindən Cavabdeh borc pul verilmiş və borcun qaytarılması hər iki müqavilədə konkret göstərilsə də, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı borcun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 82000 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 336 manat dövlət rüsumu və vəkilə hüquqi yardım üçün ödənilmiş 110 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 82000 manat məbləğində borc pul, 336 manat dövlət rüsumu və vəkilə hüquqi yardım üçün ödənilmiş 110 manat xidmət haqqı alınaraq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-748/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-748/2023
19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver