Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-752/2023 04.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəriyəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi zərər” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X14, Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona vurulmuş 3590 (üç min beş yüz doxsan) manat məbləğində maddi zərərin, ödənilmiş 55.9 (əlli beş manat doxsan qəpik) manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona vurulmuş 3590 (üç min beş yüz doxsan) manat məbləğində maddi zərərin, ödənilmiş 55.9 (əlli beş manat doxsan qəpik) manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində “Ford Transit” yük markalı, **-BL-*** dövlət nömrə nişanlı avtomobil olmuşdur. O, həmin avtomobili idarə etmək üçün X10 etibarnamə vermişdir. 30 mart 2022-ci il tarixdə ona məxsus həmin “Ford Transit” yük markalı, **-BL-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə etmək üçün verdiyi X14 həmin avtomobili idarə etmək üçün X11 vermiş və X15 ona məxsus həmin avtomobili idarə edərkən Yevlax-Ağdam-Laçın avtomobil yolunun Yevlax rayonu, Malbinəsi kəndi ərazisindən keçən 9-cu kilometrliyində sürücü X5 idarə etdiyi “Hyundai Accent” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Həmin hadisə Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin YNHə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X13 tərəfindən araşdırılmış və 31 oktyabr 2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərara əsasən vətəndaşlar X15 və Cavabdeh2 barəsində material üzrə cinayət işinin başlanılması rədd edilmiş, vətəndaş Cavabdeh1 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh tədbirləri görülməsi, həmçinin vətəndaş Cavabdeh2 barəsində İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbirləri gürülməsi üçün qərarın surətinin BDYPİ-nin YPX Alayına göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin YNH-ə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X6 icraatında olmuş HK-1/1290 nömrəli material üzrə ekspertiza təyin edilmiş xx.xx.2022-ci il tarixli 8/2616 nömrəli rəy təhqiqat orqanına təqdim edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 8/2616 nömrəli rəyində göstərilmişdir ki, “Hyundai Accent” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 hadisənin qarşısını alması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tətdiq etməyə lüzum yoxdur. Sürücü Cavabdeh2 maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 80 km/ saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol bərəkətləri haqqında” Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3/24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. “Ford Transit” yük markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hadisədən sonra "xxxx" ASC "xxxx" MMC-yə müraciət edərək ona məxsus “Ford Transit” yük markalı, **-BL-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin müəyyənləşdirilməsi məqsədilə sığorta ekspertizasının aparılması üzrə sifariş vermiş və bu sifariş icra edilərək ona məxsus avtomobilə dəymiş ziyanın məbləği 3590 manat həcmində qiymətləndirilmişdir. Göründüyü kimi hər üç cavabdehin təqsiri ucbatından ona məxsus avtomobilə 3590 manat həcmində zərər dəymişdir. O, dəfələrlə cavabdehlərdən ona vurduqları həmin zərərin ödənilməsini tələb etsə də onlar müxtəlif bəhanələr gətirərək həmin zərəri ödəməkdən imtina etmişlər. Ona görə də o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək göstərdi ki, “Ford Transit” yük markalı, **-BL-*** dövlət nömrə nişanlı avtomobil onun mülkiyyətindədir. O, qeyd olunan avtomobili X10 etibarnamə əsasında vermişdir. X3 onun mülkiyyətində olan yük avtomobilini idarə etməsi üçün X11 vermişdir. Bildirmişdir ki, cavabdeh X15 ona məxsus olan “Ford Transit” yük markalı, **-BL-*** dövlət nömrə nişanlı avtomobillə digər Cavabdeh2 idarə etdiyi “Hyundai Accent” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə doqquşaraq qəza törətmişlərı. Belə ki, X15 dönmə işılarını yandırmış qarşıdan gələn avtomobilləri keçirdikdən sonra dönmə əməliyyatını yekunlaşdırarkən, Cavabdeh2 idarə etdiyi “Hyundai Accent” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə arxadan gələrək “Ford Transit” yük markalı, **-BL-*** dövlət nömrə nişanlı avtomobilin sol hissəsindən vurmuşdur. Qəza nəticəsində ona xeyli miqdarda zərər dəymişdir. Qəzadan sonra cavabdeh X15 ona məxsus olan avtomobili idarəyə gətirib qoyub çıxıb getmişdir. Bu günədək cavabdehlər onun avtomobili ilə maraqlanmamış, təmir xərclərini qarşılamamışlar. Qəza baş verməsində hər iki cavabdehin təqsiri vardır. Cavabdehlərin təqsiri səbəbli ona 3590 manat həcmində zərər dəymişdir. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək göstərmişdir ki, X4 ona qarşı Şəki Rayon Məhkəməsinə onun xeyrinə müştərək qaydada 3590 manat pulun tutulmasına dair iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı iddia ərizəsində onun tərəfindən, mülkiyyəti olan, Cavabdeh1 idarə etdiyi **-BL-*** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtomobilinə zərər dəyməsini qeyd etmişdir. İddianı qəbul etmir. Belə ki, baş vermiş yol nəqliyyat hadisəsi 30 mart 2022-ci il tarixdə etibarnamə ilə idarə etdiyi “Hyundai Accent” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax yolunda yol nəqliyyat hadisəsinin qurbanı olmuşdur. Belə ki, Cavabdeh1 idarə etdiyi **-BL-*** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtomobilin idarə etməsini itirməsi nəticəsində qəfildən dönüş etməklə yol nəqliyyat hadisəsi törətmiş və nəticədə onun idarə etdiyi avtomobilə 7533 manat zərər dəymişdir. Həmin hadisə ilə əlaqədar DİN Baş istintaq və təhqiqat idarəsinin YNH dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı Bəhruz Bayramov tərəfindən ilkin istintaq araşdırılması aparılmış və nəticədə təhqiqatçı tərəfindən araşdırma zamanı onun təqsiri olmadığı müəyyən edilərək, barəsində cinayət işinin başlanması rədd edilmişdir. X8 31 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında qeyd edilir ki, sürücü Cavabdeh2 hadisənin baş veməsi arasında səbəbli əlaqəsi olmamışdır. Ona görə də sürücü Cavabdeh2 barəsində material üzrə cinayət işinin başlanması rədd edilməlidir. Bundan başqa, sözü gedən qərarda təhqiqatçı ekspertizanın rəyində qeyd edilmişdir ki, “Cavabdeh1 Ford Transit yük markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib qarşı hərəkət zolağında yolayrıcını keçmə qaydalarını pozub yol nəliyyat hadisəsini törədibdir”. Göstərmişdir ki, iddiaçı tərəfindən X8 31 oktyabr 2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarının məhkəmə araşdırılması ləğv edilməsi həyata keçirlmədiyi üçün təqiqatçının həmin qərarı özünün Preyudisiallığını qoruyub saxlamışdır. Odur ki, iddiaçı, X2 ona qarşı 3590 manat pulun tutlulmasına dair iddiasının ona münasibətdə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahat verərək göstərmişdir ki, onlar “Ford Transit” yük markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonundan Yevlax rayonuna gedən yolun sağ hissəsi ilə kəndə girmişdilər. Cavabdeh2 idarə etdiyi “Hyundai Accent” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə sağ yoldan keçərək getməli idi. Lakin Cavabdeh2 idarə etdiyi avtomobili sol yola keçirərək idarə etdi. Bu səbədən həmin anda qəza baş verdi. Onlar deyəndən sonra qəza baş verən yolun sxemi çəkilmişdir. Cavabdeh1 avtomobilin içərisində olmuşlar. Hesab edir ki, polis əməkdaşları düzgün qərar qəbul etməmişdir. Onlar polisə şifahi imtina vermişdilər. Məhkəmə iddiaçının, cavabdehin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş BD 188347 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Ford Transit” yük markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı, WF0LXXGBVLSD64883 ban nömrəli və 1995-ci il istehsalı olan avtomobil İddiaçı mülkiyyətindədir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 16 fevral 2022-ci il tarixli, ƏN-Vİ 001286 seriya nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında şəhadətnamədən görünür ki, İddiaçı mülkkiyətində olan “Ford Transit” yük markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etməsi üçün X1 vermişdir. İşdə olan 31 oktyabr 2022-ci il tarixli cinayət işi başlamasının rədd edilməsi haqqında qərardan görünür ki, CPM-nin 39.1.2-ci maddəsinə əsasən Cavabdeh1 barəsində cinayət işinin başlanmasının rədd edilməsi və Cavabdeh1 barəsində xx.xx.2022-ci il tarixli 3(075)-332/2022 saylı qərarı ilə YPX-nin inspektoru M.Xıdırovun iş üzrə qəbul etdiyi İXM-nin 327.2-ci maddəsi üzrə xx.xx.20222-ci il tarixli, TP ******* nömrəli inzibati qərarının Şəki Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli 3(075)-332/2022 saylı qərarı ilə ləğv edilməsi nəzərə alınmaqla, yenidən barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh tədbirləri görülməsi üçün qərarın surəti BDYPİ-nin YPX Alayına göndərilməsi qərara alınmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 26 dekabr 2022-ci il tarixli, AT 1205 saylı sığorta ekspertizasının nəticəsinə dair yekun rəyindən görünür ki, İddiaçı məxsus, “Ford Transit” yük markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin müəyyənləşdirilməsi məqsədilə sığorta ekspertizası aparılmış, dəymiş ziyanın məbləği 3590 manat məbləğdə müəyyən edilmişdir. İşdə olan 30 mart 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh1 İXM-nin 327.2-ci maddəsinin tələblərini pozduğuna görə 60 manat məbləğdə cərimə edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 3(075)-332/2022 saylı qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Xİİİ Tağım YPX inspektoru, polis baş serjantı X12 qəbul etdiyi 30 mart 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, həmin inzibati xəta haqqında işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Xİİİ Tağımında yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 19 oktyabr 2022-ci il tarixli, 8/2616 saylı Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Hyundai Accent” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlrini texniki nöqteyinəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürüc Cavabdeh2 müksimum sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Ford Transit” yük markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin “zərərvurmuş şəxsə qarşı reqress hüququ” adlanan 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclası və işin təhlili zamanı müəyyən olundu ki, “Ford Transit” yük markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətində olmuşdur. İddiaçı həmin avtomobili idarə etməsi üçün etibarnamə əsasında X10 vermişdir. X3 həmin avtomobili X11 vermişdir. Cavabdeh X15 idarə etdiyi “Ford Transit” yük markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman Cavabdeh2 idarə etdiyi “Hyundai Accent” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Qəza hadisəsi ilə bağlı araşdırma aparılmış Cavabdeh1 barəsində İXM-nin 327.2-ci maddəsi ilə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X15 həmin inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş və Şəki Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 3(075)-332/2022 saylı qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Xİİİ Tağım YPX inspektoru, polis baş serjantı X12 qəbul etdiyi 30 mart 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki şəhər-rayon Polis Şöbəsində yenidən baxılması qərara alınmışdır. Qəza hadisəsi ilə bağlı yenidən DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin YNH-ə dair işlər üzrə istintaq və təhqiqat bölməsində araşdırma aparılmış və iş üzrə 31 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarın məzmununda qeyd edilmişdir ki, sürücü Cavabdeh2 hadisənin baş verməsi arasında səbəbli əlaqəsi olmamışdır. Ona görə də sürücü Cavabdeh2 barəsində material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmçinin hadisə zamanı Cavabdeh2 idarə etdiyi “Hyundai Accent” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili maksimum sürət həddi 70 km/saata qədər məhdudlaşdırılmış yol səthində avtomobili 80 km/saatla idarə etdiyinə görə barəsində İXM-nin 328.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi üçün BDYPİ-nin YPX Alayına göndərilmişdir. Bundan başqa 31 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın məzmununda qeyd edilmişdir ki, sürücü Cavabdeh1 “Ford Transit” yük markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib qarşı hərəkət zolağında yolayrıcını keçmə qaydalarını pozub yol nəqliyyat hadisəsi törədərək İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bundan əlavə olaraq qeyd edilmişdir ki, Cavabdeh1 hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmçinin bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 19 oktyabr 2022-ci il tarixli, 8/2616 saylı Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyində də öz əksini tapır. İddiaçı iddianı müdafiə etmiş, cavabdehlər isə iddianı qəbul etməyərək rədd edilməsini xahiş etmişlər. Göründüyü kimi baş vermiş qəza hadisəsi nəticəsində İddiaçı 3590 manat məbləğdə zərər dəymişdir. İddia ərizəsindən görünür ki, iddiaçı ona dəymiş 3590 manat məbləğdə zərəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb edir. Lakin məhkəmə hesab edir ki, iddiaçı 3590 manat məbləğdə zərəri Cavabdeh2 tələb etməkdə haqlı deyildir. Belə ki, iş materiallarında olan 31 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan göründüyü kimi həmin qəza hadisəsi isə “Ford Transit” yük markalı, **- BL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş Cavabdeh1 təqsiri səbəbli olmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh1 təqsirli hərəkətləri nəticəsində İddiaçı maddi ziyan vurulmuşdur. Bu baxımdan iddiaçı ona dəymiş 3590 manat məbləğdə zərəri Cavabdeh1 tələb etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunaraq Cavabdeh1 maddi zərərin əvəzi olaraq 3590 (üç min beş yüz doxsan) manat pul vəsaiti alınaraq İddiaçı ödənilməli, iddiaçı Cavabdeh2 aid hissədə əsassız olduğundan təmin edilməməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 55.9 manat dövlət rüsumu və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı Cavabdeh1dan alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hazırkı iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və ona görə də təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 maddi zərərin əvəzi olaraq 3590 (üç min beş yüz doxsan) manat pul vəsaiti, 55.9 (əlli beş manat, doxsan qəpik) manat dövlət rüsumu və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-752/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-752/2023
04.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver