Məhkəmə qərarları › İş №e-2(075)-752/2024

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-752/2024

18.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-752/2024 18.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu zərərin əvəzi olaraq 1390 (bir min üç yüz doxsan) manat pulun və ödəmiş olduğu 33 (otuz üç) manat 90 (doxsan) qəpik dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 02 fevral 2024-cü il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə məhkəmə hazırlıq iclası 28 fevral 2024 və 14 mart 2024-cü il tarixlərdə, mülki işin məhkəmə baxış iclası 18 mart 2024-cü tarixə, saat 10:00-a təyin edilmişdir. İddiaçı 14 mart 2024-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq cavabdeh tərəfindən onun əmlakına vurulmuş ziyanın ödənildiyini, bu səbəbdən iddia tələbindən imtina etdiyini bildirmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddiadan imtina barədə ərizəsi məhkəmə tərəfindən qəbul edilmişdir. Mülki Prosessual Məcəllənin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə İddiaçı əizəsini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə iddiaçının iddia tələbindən imtinası qəbul edilməli, işin icraatına xitam verilməli, ödənilmiş 33.90 manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. İddiaçıya izah edilməlidir ki, hazırkı cavabdehə qarşı hazırkı tələblə yenidən məhkəmədə iddia qaldıra bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 263-264, 267-268-ci madələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilsin. xx.xx.2024-cü il tarixli **********82 saylı qəbzə əsasən ödənilmiş 33.90 manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. İddiaçıya izah edilsin ki, hazırkı cavabdehə qarşı hazırkı tələblə yenidən məhkəmədə iddia qaldıra bilməz. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar