Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-755/2023 24.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli 2(075)-408/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq 26 noyabr 2009-cu il təvəllüdlü X9, 21 mart 2011-ci il təvəllüdlü X10 və 09 aprel 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin 1/2 hissəsi məbləğində və hər ay hər uşaq üçün sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat aliment olmaqla cəmi 660 (altı yüz altmış) manatın Cavabdeh tutularaq ona verilməsi və alimentin tutulmasının əvvəlinin mediasiyaya müraciət edilmə tarixindən hesablanması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən 01 aprel 2023-cü il tarixdə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi (artırılması) tələbinə dair ərizə ünvanlayaraq, ünvan 1əsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq 26 noyabr 2009-cu il təvəllüdlü X9, 21 mart 2011-ci il təvəllüdlü X10 və 09 aprel 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin 1/2 hissəsi məbləğində və hər ay hər uşaq üçün sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat aliment olmaqla cəmi 660 (altı yüz altmış) manatın Cavabdeh tutularaq ona verilməsi və alimentin tutulmasının əvvəlinin mediasiyaya müraciət edilmə tarixindən hesablanması və ödənilmiş 50 manat ilkin mediasiya sessiyası xərcinin Cavabdeh alınaraq mənə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin artırılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 29 iyun 2008-ci il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində nikahımızı rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə nikahlarından 26 noyabr 2009-cu il tarixdə X9, 21 mart 2011-ci il tarixdə X10 və 09 aprel 2020-ci il tarixdə X8 adlı üç övladları anadan olmuşdur. Bir müddət mehriban yaşasalar da münasibətləri pisləşmiş və Şəki Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli 2(075)-408/2022 saylı qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan olan uşaqları 26 noyabr 2009-cu il təvəllüdlü X9, 21 mart 2011-ci il təvəllüdlü X10 və 09 aprel 2020-ci il təvəllüdlü X8 onun himayəsində saxlanılmışlar, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 110 manat olmaqla, cəmi 330 manat alimentin tutularaq ona verilməsi qət edilmişdir. Artıq təyin olunmuş aliment hazırkı şəraitdə uşaqların həyat fəaliyyətinin minimumu səviyyəsi üçün zəruri olan tələbatlarını təmin etmir. Həmin qətnamə qəbul olunandan sonra yaşayış minimum məbləği artmışdır. Bundan əlavə bazar qiymətləri də artmış və nəticədə həmin məbləğ uşaqların tələbatının ödənilməsi üçün həddindən artıq azdır. Övladları günü gündən böyüyür və belə olan halda xərcləri də artır. Cavabdehin isə maddi vəziyyəti olduqca yaxşıdır. Cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” X14 cərrahiyyə şöbəsinin müdiri vəzifəsində işləyir. Həmçinin Cavabdeh “X13” da cərrah işləyir. Ona görə də o, alimentin artırılması tələbi ilə bağlı Mediasiya Şurasina müraciət etmək məcburiyyətində qalmışdır. Lakin Cavabdeh mediasiya sessiyasına dəvət edilməsinə baxmayaraq mediasiya sessiyasına gəlməmiş və ona görə də mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmişdir. Buna görə də o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Lakin İddiaçı 09 mart 2023-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, iddia ərizəsinə onun iştirakı olmadan baxılması, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclası zamanı Cavabdeh izahat verərək göstərmişdir ki, o, iddiaçının hazırki aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsini qəbul etmir. Belə ki, o, təyin olunmuş alimenti vaxtı-vaxtında iddiaçının hesabına ödəmişdir. Bundan başqa ödədiyi aliment məbləğindən əlavə uşaqlarına hər zaman maddi dəstək olur. Uşaqların təhsil, yemək, içmək və geyim xərclərini özü qarşılayır. Bildirmişdir ki, onun aylıq əmək haqqı 1407 manat təşkil edir. Əmək haqqısından vergi məbləğləri tutulmaqla, əlinə 1100 manat gəlir. Alimentin 330 manat sabit pul məbləğində saxlanılmasını xahiş edir. İddiaçı özü də işləyir. Bundan başqa sahibkarlıqla məşğul olur. İddiaçının özünün kifayət qədər qazancı vardır. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş xx.xx.2010-cu il tarixli, AZ-T 177988 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 26 noyabr 2009-cu il təvəllüdlü X6 atası Cavabdeh, anası X2r. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş xx.xx.2011-ci il tarixli, AZ-T 177989 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 21 mart 2011-ci il təvəllüdlü X7 atası Cavabdeh, anası X2r. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, AZ-T 177987 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 09 aprel 2020-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası X2r. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2(075)-408/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə X5 arasında 29 iyun 2008-ci il tarixdə Şəki rayon qeydiyyat şöbəsində bağlanmış 155 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları - 26 noyabr 2009-cu il təvəllüdlü X9, 21 mart 2011-ci il təvəllüdlü X10 və 09 aprel 2020-ci il təvəllüdlü X8 anaları X1 himayəsində saxlanılması, 26 noyabr 2009-cu il təvəllüdlü X9, 21 mart 2011-ci il təvəllüdlü X10 və 09 aprel 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 110 manat olmaqla, cəmi 330 manat alimentin tutularaq X3 verilməsi, aliment tutulmasının əvvəli 05 yanvar 2022-ci il tarixdən hesablanması qət edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 21 aprel 2022-ci il tarixli, AZ-İ 412309 seriya nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X5 arasında bağlanmış nikahın pozulması nikahın pozulması haqqında akt qeydləri kitabında 30 nömrə ilə qeyd edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 04 fevral 2023-cü il tarixli MŞŞ/MT018/2023-00163 nömrəli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 04 fevral 2023-cü il tarixdə, 11:00-12:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediassiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiya xərcini ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan "xxxx" MMC-nin 30 mart 2023-cü il tarixli, x/o 43/2023 saylı məktubundan görünür ki, hazırda Cəmiyyətə məxsus X13sında Cavabdeh adlı şəxs işləmir və ona heç bir əmək haqqı və digər ödəniş ödənilmir. İşdə olan “Şəki RMX” X12 04 aprel 2023-cü il tarixli PHŞ-6-71/2-102/2023 saylı arayışından görünür ki, Cavabdeh “Şəki RMX” X14 Cərrahiyyə şöbəsində həkim-ümumi cərrah vəzifəsində işləyir və onun aylıq əmək haqqısı 1407 manat (vəzifə maaşı 607 manat və aylıq sabit pul məbləğində həvəsləndirici əlavə 800 manat) təşkil edir. Bundan əlavə ona işin nəticələrinə görə aylıq həvəsləndirici əlavə (həkim bonusu) verilir. İşdə olan 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 06 aprel 2023-cü il tarixli, **********110300 saylı məktubundan görünür ki, məlumat-uçot bazasna əsasən Cavabdeh xx.xx.2009-cu il tarixdə ********** saylı VÖEN ilə vergi uçotuna alınmışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2. maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, təyin edilmiş aliment iddiaçı tərəfin mənafeyi və maraqlarına xələl gətirir. Belə olan halda iddiaçıya təyin edilmiş alimentin miqdarının dəyişdirilməli, uşaq üçün aliment sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2(075)-408/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşaqların saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 26 noyabr 2009-cu il təvəllüdlü X9, 21 mart 2011-ci il təvəllüdlü X10 və 09 aprel 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı qismən artırılmalıdır. Göründüyü kimi cavabdehin qazancı minimum 1407 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin qazancının ½ hissəsi yüksək məbləğ təşkil edir. Həmin məbləğdən artıq sabit pul məbləğində aliment təyin olunması məqsədə müvafiq hesab etmir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli 26 noyabr 2009-cu il təvəllüdlü X9, 21 mart 2011-ci il təvəllüdlü X10 və 09 aprel 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Şəki Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2(075)-408/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay Cavabdeh aylıq qazancının və (və ya) başqa gəlirlərinin ½ hissəsi miqdarında müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. 26 noyabr 2009-cu il təvəllüdlü X9, 21 mart 2011-ci il təvəllüdlü X10 və 09 aprel 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəki Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2(075)-408/2022 nömrəli qətnaməsi ilə Cavabdeh tutulması müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin ½ hissəsi miqdarında müəyyən edilsin və həmin aliment məbləği tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 65 manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-755/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-755/2023
24.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver