Məhkəmə qərarları › İş №e-2(075)-760/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-760/2023

24.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-760/2023 24.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oğuz Rayon Məhkəməsinin 22 may 2020-ci il tarixli 2(054)-141/2020 saylı qətnaməsi ilə hər ay hər bir uşaq üçün təyin edilən 130 manat alimentin məbləği artırılması Cavabdeh 06 sentyabr 2009-cu il təvəllüdlü X4 və 30 avqust 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat olmaqla cəmi 440 manat məbləğində alimentin və 50 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh mənim keçmiş həyat yoldaşıdır. Birgə nikahdan 06 sentyabr 2009-cu il tarixdə Aysel və 30 avqust 2013-cü il tarixdə Aytac adlı övladları olmuşdur. Şəki Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli 2(075)-892/2019 saylı qətnaməsinə əsasən aralarında olan nikah pozulmuşdur. Həmçinin cavabdehdən hər ay hər bir uşaq üçün 120 manat olmaqla, 240 manat tutulub ona verilməsi qət edilmişdir. Oğuz Rayon Məhkəməsinin 2(054)-141-2020 saylı 22 may 2020ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 130 manat olmaqla cəmi 260 manat tutulması qət edilmişdir. Məhkəmə qətnaməsindən artıq xeyli müddət keçmiş və yaşayış minimumu aliment məbləğinə nisbətdə kifayət qədər artmışdır. Onun maddi vəziyyəti isə uşaqlarının ehtiyaclarını qarşılamağa imkan vermir. Alimentin alınması ilə qanunvericiliyin tələblərinə uyğun olaraq aralarındakı mübahisəni mediasiya qaydasında həll etmək üçün mediatora müraciət etmişlər. 18 fevral 2022-ci il tarixdə MŞİH-2022-14090 saylı arayış əldə edilmişdir. Cavabdeh mediasiya prosesində iştirak etmədiyi üçün ilkin mediasıya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də cavabdehdən tutulacaq alimentin miqdarının artırılması qərarına gəmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərmişdir ki, halhazırda cavabdeh ona 260 manat aliment ödəyir. Uşaqlar böyüdükcə onların zəruri tələbatları artır. 260 manat alimentlə uşaqların maddi ehtiyyaclarını qarşılamaqda çətinlik çəkir. Cavabdeh usata işləyir. Maddi imkanı yaxşıdır. Cavabdeh daha yüksək məbləğdə aliment ödəmək iqtidarındadır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və ya məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 22 dekabr 2009-cu il tarixli, AZ-İİ 345042 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 06 sentyabr 2009-cu il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 05 sentyabr 2013-cü il tarixli, AZ-İİİ 072297 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 30 avqust 2013-cü il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli, 2(075)-892/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı ildə Oğuz rayonu İHB-nın Kərimli kənd İƏD üzrə nümayəndəliyində bağlamış 22 №-li nikah qeydi ləğv edilməsi, tərəflərin birgə nikahdan xx.xx.2009-cu ildə doğulmuş X4 və xx.xx.2013-cü ildə doğulmuş X5 İddiaçı yanında saxlanılması, xx.xx.1987-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olub Oğuz rayonu, Kərimli kəndi, Türklər qəsəbəsində yaşayan Cavabdeh uşaqları – xx.xx.2009-cu ildə doğulmuş X4 və xx.xx.2013-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(040)-881/2015 №li qətnaməsi ilə müəyyən edilmiş hər uşaq üçün hər ay sabit pul məbləğində 75 manat alimentin miqdarı dəyişdirilərək artırılsın, hər uşaq üçün hər ay sabit pul məbləğində 120 manat olmaqla, iki uşağa görə 240 manat aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 25 dekabr 2019-cu il tarixli, AZ-İ 333774 seriya nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikahın pozulması, nikahın pozulması haqqında akt qeydləri kitabında 97 nömrə ilə qeyd edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 18 fevral 2023-cü il tarixli MŞİH-2022-14090 nömrəli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 18 fevral 2023-cü il tarixdə, 11:00-13:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediassiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiya xərcini ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan Oğuz Rayon Məhkəməsinin 22 may 2020-ci il tarixli, 2(054)-141/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh ilə birgə nikahından 06 sentyabr 2009-cu il tarixdə anadan olmuş X4 və 30 avqust 2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində tutularaq İddiaçı ödənilən alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 130 (bir yüz iyirmi) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində müəyyən edilməsi, 06 sentyabr 2009-cu il tarixdə anadan olmuş X4 və 30 avqust 2013-cü il tarixdə anadan olmuş X1 üçün cavabdehdən hər ay hər uşaq üçün 130 (bir yüz iyirmi) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2. maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, təyin edilmiş aliment iddiaçı tərəfin mənafeyi və maraqlarına xələl gətirir. Belə olan halda iddiaçıya təyin edilmiş alimentin miqdarının dəyişdirilməli, uşaq üçün aliment sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Oğuz Rayon Məhkəmsinin 22 may 2020-ci il tarixli, 2(054)-141/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşaqların saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 06 sentyabr 2009-cu il təvəllüdlü X4 və 30 avqust 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı qismən artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli 06 sentyabr 2009-cu il təvəllüdlü X4 və 30 avqust 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Oğuz Rayon Məhkəmsinin 22 may 2020-ci il tarixli, 2(054)- 141/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay, hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, 50 manat mediasiya xərci Cavabdeh İddiaçı verilməli, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. 06 sentyabr 2009-cu il təvəllüdlü X4 və 30 avqust 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Oğuz Rayon Məhkəmsinin 22 may 2020-ci il tarixli, 2(054)-141/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay, hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat məbləğində müəyyən edilsin və həmin aliment məbləği tutularaq İddiaçı ödənilsin. 50 manat mediasiya xərci Cavabdeh İddiaçı verilsin. İddianın qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar