Məhkəmə qərarları › İş №e-2(075)-780/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-780/2024

30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-780/2024 30.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli, SKLMB-10238 saylı kredit müqaviləsi üzrə 993,81 manat əsas, 80,81 manat faiz, 176,05 manat cərimə borcu olmaqla, cəmi 1250,67 manat borc və ödənilmiş 33 manat məbləğində dövlət rüsumunun tutulması, tələbin Cavabdeh məxsus girov qoyulmuş qızıl-zinət əşyalarına, yəni 1 ədəd 750 əyarında 4,3 qram çəkidə tək qaşlı üzüyə, 1 ədəd 585 əyarında 7,1 qram çəkidə qaşlı bilərziyə, 1 ədəd 585 əyarında 2,9 qram çəkidə qaşlı sırğaya, 1 ədəd 585 əyarında 3,4 qram çəkidə tək qaşlı üzüyə, 1 ədəd 585 əyarında 3,8 qram çəkidə nazik boyunbağıya, 1 ədəd 585 əyarında 1 qram çəkidə qaşlı üzüyə, 1 ədəd 500 əyarında 3,5 qram çəkidə kişi üzüyünə yönəldilməsi, qızılzinət əşyalarının hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaitinin Cavabdeh xx.xx.2023-cü il tarixli, SKLMB-10238 saylı kredit müqaviləsi üzrə cəmi 1250,67 manat pul və ödənilmiş 33 manat məbləğində dövlət rüsumunun ödənilməsinə yönəldilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsaitin xx.xx.2023-cü il tarixli, SKLMB-10238 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Şəki” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SKLMB- 10238 saylı kredit müqaviləsinə əsasən illik 28% dərəcəsi olmaqla 18 ay müddətinə 1400 manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2023-cü il tarixli, SKLMB-10238 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli, SKLMB-10238 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 993,81 manat əsas, faiz borcuna görə 80,81 manat, cərimə borcuna görə 176,05 manat, borcun cəmi məbləği 1250,67 manat təşkil edir. xx.xx.2023cü il tarixli, SKLMB-10238 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus qızıl-zinət əşyaları xx.xx.2023-cü il tarixli, SKLMB- 10238 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2023-cü il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin “Şəki” filialına saxlanca verilmiş və 1 ədəd 750 əyarında 4,3 qram çəkidə tək qaşlı üzük, 1 ədəd 585 əyarında 7,1 qram çəkidə qaşlı bilərzik, 1 ədəd 585 əyarında 2,9 qram çəkidə qaşlı sırğa, 1 ədəd 585 əyarında 3,4 qram çəkidə tək qaşlı üzük, 1 ədəd 585 əyarında 3,8 qram çəkidə nazik boyunbağı, 1 ədəd 585 əyarında 1 qram çəkidə qaşlı üzük, 1 ədəd 500 əyarında 3,5 qram çəkidə kişi üzüyü olmaqla, cəmi çəkisi 26 qr olan qızıl-zinət əşyalarından ibarətdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SKLMB-10238 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. Qeyd olunanlara əsasən cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımı qaydada icra etmədiyi üçün xx.xx.2023-cü il tarixli, SKLMB-10238 saylı kredit müqaviləsi üzrə 993,81 manat əsas, 80,81 manat faiz, 176,05 manat, cərimə borcu olmaqla, cəmi 1250,67 manat pul ondan tutulmalı, tələb girov predmetləri olan adları yuxarıda çəkilən qızıl-zinət əşyalarına yönəldilməli, girov predmetləri satıldıqdan sonra əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə yetərli olmazsa, qalan məbləğ borcludan tutulmalıdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə 30 may 2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq işə iştirakları olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərə bildirmişdir ki, İddiaçı ASC-nin “Şəki” filialı ilə onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən o, illik 28% dərəcəsi olmaqla 18 ay müddətinə 1400 manat məbləğində bankdan kredit götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi ona məxsus qızıl-zinət əşyaları xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən banka girov qoyulmuşdur. Uşağın xəstəliyi ilə bağlı bankdan kredit götürmüş, yaranmış çətinliklərlə bağlı aylıq ödənişləri ödəyə bilməmişdir. Bankla razılığa gələrək yenidən kredit götürüb banka olan borcunu ödəyəcəkdir. Qeyd etdiklərinin nəzərə alınaraq cərimə məbləğinin azadılması və qanuni qətnamə çıxarılmasını xahiş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş; xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh illik 28 % (iyirmi səkkiz) faiz dərəcəsi olmaqla 18 (on səkkiz) ay müddətinə 1400 manat məbləğində kredit verilmişdir. Ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü 1400 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 18 ay müddətinə qaytarmalı olmuşdur. 31 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, SKLMB-10238 saylı kredit müqaviləsi üzrə 31 yanvar 2024-cü il tarixə 993,81 manat əsas, 80,81 manat faiz, 176,05 manat cərimə, cəmi 1250,67 manat borcu vardır. xx.xx.2023-cü il tarixli, SKLMB-10238 saylı saxlanc girovu müqaviləsindən görünür ki, Cavabdeh ona məxsus olan 1 ədəd 750 əyarında 4,3 qram çəkidə tək qaşlı üzük, 1 ədəd 585 əyarında 7,1 qram çəkidə qaşlı bilərzik, 1 ədəd 585 əyarında 2,9 qram çəkidə qaşlı sırğa, 1 ədəd 585 əyarında 3,4 qram çəkidə tək qaşlı üzük, 1 ədəd 585 əyarında 3,8 qram çəkidə nazik boyunbağı, 1 ədəd 585 əyarında 1 qram çəkidə qaşlı üzük, 1 ədəd 500 əyarında 3,5 qram çəkidə kişi üzüyü, cəmi çəkisi 26 qr olan qızıl-zinət əşyalarını İddiaçı ASC-nə kredit müqavilində girov qoymuşdur. xx.xx.2023-cü il tarixli, SKLMB-10238 saylı saxlanc girovun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair aktın surətindən görünür ki, 1 ədəd 750 əyarında 4,3 qram çəkidə tək qaşlı üzüyün, 1 ədəd 585 əyarında 7,1 qram çəkidə qaşlı bilərziyin, 1 ədəd 585 əyarında 2,9 qram çəkidə qaşlı sırğanın, 1 ədəd 585 əyarında 3,4 qram çəkidə tək qaşlı üzüyün, 1 ədəd 585 əyarında 3,8 qram çəkidə nazik boyunbağının, 1 ədəd 585 əyarında 1 qram çəkidə qaşlı üzüyün, 1 ədəd 500 əyarında 3,5 qram çəkidə kişi üzüyünün cəmi bazar dəyəri 2314,67 manat təşkil edir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasından aydın oldu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 28 % (iyirmi səkkiz) faiz dərəcəsi olmaqla 18 (on səkkiz) ay müddətinə 1400 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi əsasında cavabdeh kreditin ona hesablanmış faizləri ilə birlikdə ödənilməsini üzərinə götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh ilə bağlanmış xx.xx.2023-cü il tarixli, SKLMB-10238 saylı girov müqaviləsinə əsasən cavabdehə məxsus 1 ədəd 750 əyarında 4,3 qram çəkidə tək qaşlı üzük, 1 ədəd 585 əyarında 7,1 qram çəkidə qaşlı bilərzik, 1 ədəd 585 əyarında 2,9 qram çəkidə qaşlı sırğa, 1 ədəd 585 əyarında 3,4 qram çəkidə tək qaşlı üzük, 1 ədəd 585 əyarında 3,8 qram çəkidə nazik boyunbağı, 1 ədəd 585 əyarında 1 qram çəkidə qaşlı üzük, 1 ədəd 500 əyarında 3,5 qram çəkidə kişi üzüyü olmaqla, cəmi çəkisi 26 qr qızıl-zinət əşyaları girov qoyulmuşdur. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən pulun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı ASC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 176,05 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 298.1ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılmasından əldə olunan məbləğ aşağıdakı ardıcıllıqla bölüşdürülür: 298.1.1. girov qoyulmuş əşyanın saxlanması, salamatlığı, yaxşılaşdırılması və onun satılmasına çəkilmiş xərclərin ödənilməsinə; 298.1.2. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha üstün hüquqa malik olan tələblərin ödənilməsinə; 298.1.3. girov saxlayanın tələblərinin ödənilməsinə; 298.1.4. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha aşağı hüquqa malik olan tələblərin ödənilməsinə Həmin Məcəllənin 298.2-ci maddəsinə əsasən bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1, 295, 279, 298.1, 298.2, 467-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh xx.xx.2023-cü il tarixli, SKLMB-10238 saylı kredit müqaviləsi üzrə 993,81 manat əsas, 80,81 manat faiz, 20 manat cərimə borclu olmaqla, cəmi 1094,62 (min doxsan dörd manat 62 qəğik) manat borc və ödənilmiş 33 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutma Cavabdeh məxsus girov qoyulmuş qızılzinət əşyalarına, yəni 1 ədəd 750 əyarında 4,3 qram çəkidə tək qaşlı üzüyə, 1 ədəd 585 əyarında 7,1 qram çəkidə qaşlı bilərziyə, 1 ədəd 585 əyarında 2,9 qram çəkidə qaşlı sırğaya, 1 ədəd 585 əyarında 3,4 qram çəkidə tək qaşlı üzüyə, 1 ədəd 585 əyarında 3,8 qram çəkidə nazik boyunbağıya, 1 ədəd 585 əyarında 1 qram çəkidə qaşlı üzüyə, 1 ədəd 500 əyarında 3,5 qram çəkidə kişi üzüyünə yönəlməli, həmin əmlaklar açıq hərracda satılmalı, satışdan əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2023-cü il tarixli, SKLMB-10238 saylı kredit müqaviləsi üzrə cəmi 1250,67 manat pul və ödənilmiş 33 manat məbləğində dövlət rüsumu ödənilməli, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2023-cü il tarixli, SKLMB-10238 saylı kredit müqaviləsi üzrə pulun ödənilməsi üçün yetərli olmazsa qalan məbləğ Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, SKLMB-10238 saylı kredit müqaviləsi üzrə 993,81 manat əsas, 80,81 manat faiz, 20 manat cərimə borclu olmaqla, cəmi 1094,62 (min doxsan dörd manat 62 qəğik) manat pul və ödənilmiş 33 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh məxsus girov qoyulmuş qızıl-zinət əşyalarına, yəni 1 ədəd 750 əyarında 4,3 qram çəkidə tək qaşlı üzüyə, 1 ədəd 585 əyarında 7,1 qram çəkidə qaşlı bilərziyə, 1 ədəd 585 əyarında 2,9 qram çəkidə qaşlı sırğaya, 1 ədəd 585 əyarında 3,4 qram çəkidə tək qaşlı üzüyə, 1 ədəd 585 əyarında 3,8 qram çəkidə nazik boyunbağıya, 1 ədəd 585 əyarında 1 qram çəkidə qaşlı üzüyə, 1 ədəd 500 əyarında 3,5 qram çəkidə kişi üzüyünə yönəlsin, həmin əmlaklar açıq hərracda satılsın, satışdan əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2023-cü il tarixli, SKLMB-10238 saylı kredit müqaviləsi üzrə cəmi 1094,62 manat pul və ödənilmiş 33 manat məbləğində dövlət rüsumu ödənilsin. Girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2023-cü il tarixli, SKLMB-10238 saylı kredit müqaviləsi üzrə pulun ödənilməsi üçün yetərli olmazsa qalan məbləğ Cavabdeh tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar