Məhkəmə qərarları › İş №e-2(075)-781/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-781/2025

29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-781/2025 29.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 4500 (dörd min beş yüz) manat pulu, 65.40 (altmış beş manat qırx qəpik) manat dövlət rüsumu olmaqla cəmi 4565 (dörd min beş yüz altmış beş) manat alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tanışları vasitəsi ilə tanımışdır. Cavabdeh qohumlarının avtomobilini idarə edirdi. Həmin avtomobilə ziyan vurmuşdur. Vurduğu ziyanı birdəfəli ödəyə bilmədiyinə görə aralarında razılaşma oldu. Həmin razılaşma əsasında 4500 manat ziyan pulunu hisə-hissə verməyə öhdəlik götürdü. Biz həmin borcu rəsmiləşdirmək üçün Bakı şəhərində yerləşən 32 saylı notariat kontoruna getmişlər. 23 iyun 2022-ci il tarixdə orada notarius tərəfindən kredit müqaviləsi tərtib edildi. Borc pulu cavabdeh xx.xx.2013-cu il tarixdək qaytarmağı öhdəsinə götürdü. Bundan sonra hər ikisi həmin kredit müqaviləsini imzaladı və kredit müqaviləsi notarius tərəfindən təsdiq olunduqdan sonra hər birinə bir nüsxəsi verildi. Cavabdeh hal-hazırda Bakı şəhərində fərdi əməklə məşğul olmasına baxmayaraq pulunu qaytarmaqdan yayınır. Lakin cavabdehə dəfələrlə xəbərdarlıq etsə də heç bir əhəmiyyət verməmişdir. Cavabdeh pulunu qaytarmaqdan hər vasitə ilə yayınır. Artıq bir il müddətdə keçmişdir. Bu günə kimi heç bir ödəniş etməmişdir. İddia ərizəsinə görə dövlət rüsumu üçün 65 manat 40 qəpik pul küçürmüşdür. Məcburiyyət qarşısında qalıb, hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmlərinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Lakin İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bütün məhkəmə iclaslarının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları; Bakı şəhəri 32 saylı notariat ofisində bağlanmış İddiaçı ilə Cavabdeh arasında bağlanmış 23 iyun 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixdə ondan aldığı 4500 (dörd min beş yüz) manat məbləğində borc pulu ona qaytarmağı öhdəsinə götürmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 2023-cü il oktyabr ayının 1-nə kimi qüvvədə olan 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsinə əsasən, Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında olan xx.xx.2022-ci il tarixli notarial təsdiq olunmuş kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Cavabdeh 4500 (dörd min beş yüz) manat məbləğində pulu xx.xx.2023-cü il tarixinədək ona qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. İddiaçı kredit müqavilələri üzrə öhdəliyini yerinə yetirərək 4500 (dörd min beş yüz) manat məbləğində pulu Cavabdeh vermiş, lakin cavabdeh öhdəliyin icrası müddətinin başa çatmasına baxmayaraq kredit müqaviləsi üzrə öhdəliyini icra etməmişdir, 4500 (dörd min beş yüz) manat məbləğində pulu iddiaçıya qaytarmamışdır. Odur ki, iddiaçı cavabdehdən 4500 (dörd min beş yüz) manat pul məbləğini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4500 (dörd min beş yüz) manat pulu, 65.40 (altmış beş manat qırx qəpik) manat dövlət rüsumu olmaqla cəmi 4565 (dörd min beş yüz altmış beş) manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh 4500 (dörd min beş yüz) manat pulu, 65.40 (altmış beş manat qırx qəpik) manat dövlət rüsumu olmaqla cəmi 4565 (dörd min beş yüz altmış beş) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev Azərbaycan Respublikası adından QƏTNAMƏDƏN ÇİXARİŞ Şəki Rayon Məhkəməsi Şəki şəhəri İş № 2(075)-781/2025 xx.xx.2025-ci il Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 4500 (dörd min beş yüz) manat pulu, 65.40 (altmış beş manat qırx qəpik) manat dövlət rüsumu olmaqla cəmi 4565 (dörd min beş yüz altmış beş) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar