Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-799/2022 24.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı4, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “evdən istifadə hüququnun tanınması və maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu, Baş Göynük kəndində yerləşən 0,36 ha həyətyanı torpaq sahəsində yeləşən Cavabdeh adına qeydə alınan fədi yaşayış evinə onların istifadə hüquqlarının tanınması və onların həmin evdən və həyətyanı torpaq sahəsindən istifadələrinə cavabdeh tərəfindən edilən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, onun və ailə üzvülərinin o cümlədən valideynlərinin adına Baş Göynük kəndində pay torpaq verilmişdir. Eyni zamanda Baş Göynük kəndində yerləşən həyətyanı torpaq sahəsi ata-anasının, onun, ailə üzvülərinin mülkiyyətinə verilmişdir. Həmin həyətdə fərdi yaşayış evi mövcud olmuşdur. X1 yaşlı olmuşdur. Bildirmişdir ki, bacısı Cavabdeh Zəkəriyə qızı və onun həyət yoldaşı X6 atasının yaşlı olmağından istifadə edərək onun adına etibarnamə götürümüş və atasının ömrünün sonuna kimi baxmaq adı altında ona “Qarasov adlanan” ərazidə yerləşən pay torpağı satmaq adı ilə bir sıra sənədlərə qol çəkdirmişlər. Daha sonra eyni zamanda atasının Baş Göynük kəndində olan mülkiyyətində olan yaşayış evini də eyni məqsədlə bacısı Cavabdeh Zəkəriyə qızına bağışlanmasını təmin etmiş və güya atası qeyd edilən əmlakı Zöhrəyə bağışlamışdır. Daha sonra atası ahıl yaşında həmin evdən çıxarmış bayıra atmışlar. Məhz buna görədə atası bağışlanma müqaviləsini mübahisələndirərək Şəki rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmə gedişatında atası rəhmətə getmişdir. Hal-hazırda onların böyüyüb boya-baş çatdıqları fərdi yaşayış evi bacısı Cavabdeh Zəkəriyə qızının adına qeydə alınmış və onun tərəfindən qapısı bağlı saxlanır. Həmin evin yerləşdiyi 0,36 ha həyətyanı torpaq sahəsi çıxarışa əsasən onun, arvadı - İddiaçı3, qızı -İddiaçı1, oğlu - İddiaçı2 və Cavabdeh Zəkəriyə qızına adına birgə mülkiyyəti kimi DƏDRX-nin 12 Saylı Şəki Ərazi İdarəsində qeydə alınmışdır. Belə ki, xx.xx.2018-ci il tarixli çıxarışdan göründüyü kimi, həyətyanı sahənin 4/6 hissəsi onun və ailə üzvülərinin adınadır. Lakin cavabdeh şəxs nə onları həyətə, nə də evə buraxmır. Beləliklə də hazırda mülkiyyətlərində olan torpaqdan məhrum olmuşlar. Məhkəmə iclasında əlavə olaraq göstərmişdir ki, 2011-2012-ci ildə yaşadıqları Baş Göynük kəndindən ailəlikcə çıxaraq Bakı şəhərinə köçmüşlər. Hazırda Bakı şəhəri, Bülbülə qəsəbəsində evləri vardır və ailə üzvləri ilə təxminən 12 ildir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev “A”, Y/S, 182/2 ünvanında yaşayır və həmin ünvandakı yaşayış evində pasport qeydiyyatındadırlar. Bildirmişdir ki, atasının cavabdehə bağıladığı əmlakı məhkəmə qaydasında mübahisələndirsələrdə bütün məhkəmə instansiyalarında bağışlama ləğv edilməmişdir. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə göndərərək səhhətləri ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilmədiklərini bildirmiş və buna görə iddiaya iştirakları olmadan baxaraq tələblərinin təmin olunmasını məhkəmədən xahiş etmişlər. Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərmiş və həmin etiraz ərizəsində göstərmişdir ki, məhkəmənin icraatında olan 2(075)-799/2022 saylı mülki iş üzrə cavabdeh qismində işə cəlb olunmuşdur. Bakı şəhərində yaşadığından və səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmir. Göstərmişdir ki, iddianı qəbul etmir və aşağıda göstərilənlərə əsasən iddianı qanunsuz və əsassız hesab edərək onun rədd ediməli olduğunu bildirmişdir. Belə ki, göstərmişdir ki, atası X2 rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 05 yanvar 2018-ci il tarixli, 4Ə-7 saylı bağışlama müqaviləsinə əsasən özünə məxsus olan Şəki rayonu, Baş Göynük kəndində yerləşən torpaq sahəsinin 2/6 hissəsini və həmin torpaq sahəsində yerləşən 71 kv.m fərdi yaşayış evini ona bağışlamışdır. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi RX seriyalı, ******* nömrli, **********03-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışına əsasən 0.36 ha torpaq sahəsinin 2/6 hissəsi və 71 kv.m fərdi yaşayış evi onun şəxsi mülkiyyətindədir. Qeyd etmişdir ki, iddia üzrə iddiaçılardan qardaşı İddiaçı4 Zəkəryə oğlununun təyziqi ilə X1 ona qarşı Şəki rayon Məhkəməsində qaldırdığı Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 05 yanvar 2018-ci il tarixli, 4Ə-7 saylı bağışlama müqaviləsinin və onun əsasında verilmiş 30 may 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair iddiası Şəki Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(075)- 1351/2020 saylı qətnaməsi ilə rədd edilmidir. Həmin qətnamədən verilən apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsində baxılaraq həmin məhkəmənin 2(107)-168/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə şikayət təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-168/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən verilən kassasiya şikayəti üzrə başlanmış 2(102)-3059/2022 saylı mülki iş hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Elşad Şamayevin icraatındadır. Həmçinin etiraz ərizəsində göstərilmişdir ki, Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən “yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın”. Bildirirəm ki, iddiaçılar mənim ailə üzvlərim deyillər və onlara mənə məxsus olan fərdi yaşayış evindən istifadə hüququ vermək niyətim yoxdur. Mübahisəsi gedən mülkiyyət üzrə iddiaçılar torpaq sahəsinin 1/6 hissəsinin mülkiyyətçiləridir. Onların mülkiyyətində olan həmin torpaq sahsindən onların istifadəsinə tərəfimdən heç bir maneə yaradılmır. Həmin torpaq sahəsi naturada bölünə bilər və buna dair iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən “Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər”. Hazırkı halda iddiaçılar onun qardaşı və bacıları odsalar da onlar onun ailə üzvləri deyillər. Belə olan halda ona məxsus olan əmlakdan istifadə etməyə dair qaldırdıqları iddianın qanuni əsası yoxdur. Bildirmişdir ki, iddiaçıların istinad etdikləri köhnə Mənzil Məcəlləsi 30 iyun 2009-cu il tarixli, 845-İİ1Q nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş hesab edilmişdir. Həmçinin hazırkı hüquq münasibətləri 2009-cu ildən sonra yaranan münasibətlər olduğu üçün bu hüquq münasibətlərinə yeni Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. İddiaçıların köhnə Mənzil Məcəlləsinin 123 və 53cü maddələrinə istinad etmələri tamamilə yalnışdır. Mübahisəsi gedən əmlak 2018-ci il tarxində artıq onun mülkiyyətinə keçmişdir. Bunu təsdiq edən çıxarışın notarila qaydada təsdiq edilmiş surəti Etiraza əlavə etmişdir. Bundan başqa iddia ərizəsində iddiaçıların onların mülkiyyətlərindən istifadə etmələrinə maneə olmağına dair fikirlərinin isə heç bir sübutu yoxdur. Belə ki, o, artıq uzun müddətdir ki, səhhəti ilə əlaqədar olaraq Şəki rayonu, Baş Göynük kəndində ola bilmir. Həmin torpaq sahəsinin isə 2 metr hündülüyündə daş hasarı və ya tikanlı məftildən hasarı yoxdur. O yalnız özünə məxsus olan evin qapısını kilidləyib evdən çıxmışdır. Torpağa isə dörd tərəfdən yol var və istənilən tərəfə qapı açılması mümkündür. Mübahisəli mülkiyyət naturada bölünə bilər. İddiaçılar mülkiyyətdən istifadələrinə necə maneə törətdiyini yazmadıqları kimi, bu maneənin nədən ibarət olduğunu da bildirməmişlər. Heç bir hüquqi və maddi əsası olmayan iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən “mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur”. Yuxarıda da qeyd etdiyi kimi mübahisəli əmlakın 2/6 hissəsi və fərdi yaşayış evi onun şəxsi mülkiyyətindədir. Bu əmlaka sahiblik, istifadə və sərəncam hüququ vardır. Digər mülkiyyətçilərin istifadə sahiblik və sərəncam hüququna heç bir maneə yaratmadığı kimi onların da onun mülkiyyətində olan hissəyə istifadə hüququ əldə etmək istəkləri qanuna ziddir. Göstərmişdir ki, Mülki Məcəllənin 215.2-ci maddəsinə əsasən “paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər”. Təqdim edilən hüquqların dövlət qeydiyyatına dair Çıxarışdan da göründüyü kimi mülkün ona düşən hissəsi dəqiq müəyyən edilmiş və payına uyğun hissəsi onun sahibliyimə və istifadəsinə verilmişdir. Bütün yuxarıda göstərilənləri nəzərə alaraq e- 2(075)-799/2022 saylı mülki iş üzrə iddiaçılar X5 və qeyrilərinin on qarşı qaldırdıqları "mənzilə istifadə hüququnun tanınması və maneənin aradan qaldırılması barədə” iddialarının rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə iclasında iddiaçının məhkəməyə göndərdiyi Etiraz ərizəsinin məzmununa uyğun və oxşar olan izahat vermiş, əlavə olaraq da göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-168/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən verilən kassasiya şikayəti üzrə olan 2(102)-3059/2022 saylı mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında xx.xx.2022-ci il tarixdə baxılaraq qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bildirmişdir ki, iddianı əsassız hesab etmiş. Buna görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(075)-1351/2020 nömrəli qətnaməsindən görünür ki, X3 “onunla Cavabdeh arasında Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 05 yanvar 2018-ci il tarixli, 4Ə-7 saylı bağışlama müqaviləsinin və onun əsasında Cavabdeh adına verilmiş 30 may 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş RX seriyalı, ******* nömrəli fərdi yaşayış evinin çıxarışından görünür ki, Şəki rayonu, Baş Göynük kəndində yerləşən **********03-10301 reyestr nömrəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,36 ha torpaq sahəsinin 2/6 hissəsi Cavabdeh, xx.xx.2017-ci ildə isə həmin torpaq sahəsinin 1/6 hissə İddiaçı1, 1/6 hissə İddiaçı2,1/6 hissə İddiaçı3 və 1/6 hissə İddiaçı4 adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin 2(107)-168/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(075)- 1351/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Elektron məhkəmə sistemindən əldə edilərək işə əlavə edilmiş iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məxsus şəxsiyyət vəsiqələrindən görünür ki, onlar Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev “A”, Y/S, 182/2 ünvanında yaşayırlar və həmin ünvandakı yaşayış evində pasport qeydiyyatındadırlar. Məhkəmə iclasında iddiaçının və cavabdehlərin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, iddiaçı ilə cavabdeh yaxın qohumdurlar. Beləki İddiaçı4la cavabdeh bacı-qardaş, digər iddiaçılar isə cavabdehin qardaşı uşaqları və gəlinləridir. Məlum olmuşdur ki, cavabdehin X1 özünün Şəki rayonu, Baş Göynük kəndində olan evini və həmin evin yerləşdiyi 0.36 ha torpaq sahəsinin 2\6 hissəsini xx.xx.2018-ci il tarixdə qızı olan cavabdehə bağışlamışdır. Bundan sonra cavabdeh bağışlamanı qəbul etmiş və bağışlanmış əmlakı xx.xx.2018-ci il tarixdə öz adına qeydiyyata aldırmışdır. Bundan sonra İddiaçı4 daxil olmaqla digər hüquqi varislər qeyd edilən bağışlama müqaviləsini mübahisələndirmiş, lakin birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və digər instansiya məhkəmələri də həmin qətnaməni dəyişdirmədən saxlamışdır. İddiaçılar iddianı müdafiə etmiş, cavabdeh isə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, hazırda mübahisə predmeti Şəki rayonu, Baş Göynük kəndində yerləşən **********03-10301 reyestr nömrəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,36 ha torpaq sahəsinin 2/6 hissəsi Cavabdeh, torpaq sahəsinin 1/6 hissə İddiaçı1, 1/6 hissə İddiaçı2,1/6 hissə İddiaçı3 və 1/6 hissə İddiaçı4 adına qeydə alınmışdır. Deməli qeyd edilən fərdi yaşayış evi tam mülkiyyət hüquq üzrə cavabdehin mülkiyyətində olsa da həmin evin yerləşdiyi 0.36 ha torpaq sahəsi həm iddiaçıların həm də cavabdehin paylı mülkiyyətlərindədir. Göründüyü kimi həm iddiaçıların həm də cavabdehin mülkiyyətlərində olan torpaq sahəsin naturada bölünməmişdir. Belə olan halda qeyd edilən torpaq sahəsi üzərində tərəflərin torpaq paylarının yeri dəqiq müəyyən deyildir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddiaçıların paylı mülkiyyətlərində olan torpaq sahəsindən istifadə etmələrinə hər hansı maneçilik etməsi qanuna ziddir. Buna görə də iddiaçılar cavabdehdən onların paylı mülkiyyətlərində olan torpaq sahələrindən istifadə etmələrinə maneə olmasını qadağan etməyi tələb etməkdə haqlıdırlar. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 169.1-ci maddəsinin tələblərinə əsasən yalnız Mülki Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Lakin məhkəmə hesab edir ki, iddianın “istifadə hüququnun” tanınması hissəsində iddiaçılarla cavabdeh arasında hüquq münasibəti 2018-ci ildə yarandığından iddianın istifadə hüququnun yaranması hissəsinə münasibətdə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin həmin dövrü tənzimləyən hüquq normaları tətbiq edilməlidir. Belə ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə qeyd edir ki, qüvvədə olan Mənzil Məcəlləsinə əsasən iddiaçılar cavabdehin ailə üzvləri hesab edilmirlər. Bundan başqa iddiaçılar artıq uzun müddətdir ki, mübahisə predmeti olan evi birdəfəlik tərk edərək Bakı şəhərinə köçmüş və hazırda da Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev “A”, Y/S, 182/2 ünvanında yaşayırlar və həmin ünvandakı yaşayış evində pasport qeydiyyatındadırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməklə İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 verilmiş 30 oktyabr 2017-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən paylı mülkiyyətçisi olduqları Şəki rayonu, Baş Göynük kəndində olan 0,36 ha torpaq sahəsindən istifadə etmələrinə Cavabdeh tərəfindən törədilən maneələr qadağan edilməli, əsassız olduğundan iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Tələb edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 verilmiş 30 oktyabr 2017-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən paylı mülkiyyətçisi olduqları Şəki rayonu, Baş Göynük kəndində olan 0,36 ha torpaq sahəsindən istifadə etmələrinə Cavabdeh tərəfindən törədilən maneələr qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-799/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-799/2022
24.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver